Özümüzə müsahibə - BEŞMƏRTƏBƏ

Müəllif: Miss_Oxatan
Şərhlər: 8
Baxılıb: 1 797
Səs ver:
(səs: 4)
Dəyişmək istərdinizmi?

1. İllərin sürətini...
 - Hə. Hər gün ən azı 10 yeni fikir, planla yuxudan durub, 15 yenisini fikirləşə-fikirləşə yatıram...

2. Çevrənizi...
 - Hə. Təsadüfi, sadəcə məndən faydalanmağa çalışan adamlar çoxdur ətrafımda...

3. Adınızı...
 - Yox. Adıma öyrəşmişəm

4. Yaşınızı...
 - Yox. Ancaq psixoloji yaşım həmişə bioloji yaşımı ən azı 5-10 il üstələyib.

5. Bədəninizi...
 - Hə... Arıqlamaq pis olmazdı.

Görüşməyi arzulardınızmı?

1. Yadplanetlilərlə...
 - Yox. Mən materialistəm, gözümlə görmədiklərimin mövcudluğuna inanmıram.

2. İlk sevginizlə (ilk sevdiyinizlə)...
 - Yox. Açığı, deyəsən olmayıb axı ilk sevgim...Sevməyi bacarmadım heç...

3. Məhəmməd Füzuli ilə...
 - Hə. Onun bu qədər hərarətlə vəsf etdiyi sevginin düsturunu öyrənmək üçün...

4. Vanqa nənə ilə...
 - Yox. Keçmişimi onsuz da bilirəm, gələcəyimin konturlarını isə özüm cızmaq istəyirəm.

5. İlk insan olan Adəmlə...
 - Yox. Həvva məndən əvvəl artıq yoldan çıxarıb onu...

Darıxırsızmı?

1. Uşaqlığınız üçün...
 - Hə!!! 20 qəpiklik süd dadan dondurmalar, monpansye şüşə konfetlər, sürmək üçün növbəyə durduğumuz velosipedlər, "Gecəniz xeyrə qalsın, körpələr” – verilişi, açıq qoyaraq qorxmadan yatdığımız qapılar və indio ən böyük defisitə çevrilmiş geniş ürəklər üçün darıxıram çox...

2. Uzaq bir yer üçün...
 - Hə. Telefonsuz, istənilən kommunikasiyasız, hələ də qarlı uzaq-uzaq yerlər arzusundayam...

3. Dünyasını dəyişmiş kimsədən ötrü...
 - Hə. Nənəm, onun müdrik məsləhətlərindən ötrü yaman darıxıram.

4. Gələcəyi gözləməkdən...
 - Yox. Gələcək onsuz da gələcək.

5. Bəzən izahsız...
 - Hə. Depressiyada olanda...

Oxuya bilirsizmi?

1. Hər gün kitab...
- Hə. Oxumaq, oxumaq və yenə də oxumağa elə vərdiş ediblər ki, bizi.

2. Hər səhər qəzet...
 - Yox. Çünki qəzetlərin on-line versiyasını oxuyuram.

3. Elektron material...
 - Hə. Həyat özü sanki elektronlaşıb, avtomatlaşıb, virtuallaşıb.

4. Mahnı...
 - Hə. Ayda-ildə bir dəfə karaokedə.

5. İnsanları üzündən...
 - Yox... İnsanlar zombiləşib...

İnanırsızmı?

1. Sevdiyinizə yüz faiz...
 - Yox. Sevgi özü də nisbidir.

2. Bəşəriyyətin xoşbəxt gələcəyinə...
 - Yox. Nisbilikləri absurd sayıram...

3. Allaha...
 - Yeganə sualdır ki, nə hə, nə də yox cavabını verəcəyimi bilmirəm və acizəm bu seçim qarşısında...(kim bilir, bəlkə də bu sualın predmeti qarşısında)  

(Bu suala cavabı mətni icad edən şəxs bu cür verib.Mən isə öz növbəmdə "HƏ İNANIRAM" deyirəm,Şəksiz və şübhəsiz.Mən isə ALLAHA inanıb inanmamaq arasında qalanları aciz adlandırıram)

4. İlk dəfə rastlaşdığınız adamın vədlərinə...
 - Yox. Uşaq deyiləm ki...

5. "Siz hamıdan yaxşı adamsınız” sözünə...
 - Yox!.Saxtalıqlar və saxta münasibətlər o qədər çoxalıb ki...
(səs: 4)
Şərhlər: 8
Baxılıb: 1 797
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri