1 dəqiqəyə necə yuxuya getmək olar?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 10 875
Səs ver:
(səs: 6)
Saatların yay vaxtına keçirilməsi bir çox insanlarda yuxusuzluq problemini gündəmə gətirir. Çünki axşam tez yatmağa adət etməmişik. Bəzən yerimizə tez girsək də saatlarla o yan, bu yana çevrilirik. Bir də baxırıq ki, artıq gecə yarısından 3-4 saat keçib və durmaq vaxtına cəmi bir neçə saat qalıb. Digər tərəfdən, səhər də vaxtından bir saat tez durmaq artıq psixoloji cəhətdən bizləri yorur. Bütün bunlar gün ərzində məktəbdə, universitetdə, işdə yuxulu gəzməyimizə səbəb olur. Bəs tez yuxuya getmək üçün nə etməliyik? Bu gün Sizlərə tez yuxuya getməyin çox maraqlı bir üsulunu təqdim edirik. Bu üsul «4-7-8» adlanır.
 
Bunun üçün sadəcə aşağıdakıları etmək lazımdır:
 
1.Nəfəsi sakitcə burundan 4 saniyə ərzində almalı
 
2.Nəfəsi 7 saniyə saxlamalı
 
3.Tələsmədən nəfəsi ağızdan 8 saniyə ərzində buraxmalı
 
Bax, belə sadə bir yol. Bu nəfəs idmanı ürək ritmimizin yavaşlamasına və bədənin sakitləşməsinə səbəb olur. Cəmi bir neçə təkrardan sonra artıq nə zaman yuxuya getdiyinizi anlamayacaqsınız.
 
Bu, həmçinin beyni də sakitləşdirir. Sadəcə ona görə ki, rəqəmləri saymalı və diqqəti nəfəsinizdə saxlamalısınız. Siz bəlkə də bunu anlamayacaqsınız, ancaq mərkəzi  əsəb sistemi tədricən sakitləşməyə, həyəcan hissi isə yox olmağa başlayır.
 
Qeyd edək ki, yuxusuzluq təkcə saatların çəkilməsi ilə baş vermir. Bəzən hər hansı bir problemə görə, yaxud həyəcandan (imtahanqabağı stress, toy və s.) yata bilmir və ya  gecə yarı yuxudan ayılır. Bu üsul həmin vaxtlarda da böyük yardımçımız olacaq.
(səs: 6)
Şərhlər: 8
Baxılıb: 10 875
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri