Qan analizi vasitəsilə ölüm tarixini müəyyənləşdirmək olur

Müəllif: Miss_Oxatan
Şərhlər: 11
Baxılıb: 5 876
Səs ver:
(səs: 5)
Yeni qan analizi metodu hazırlanıb. Yeni metod yaxın 5 il müddətində ölüm riskini müəyyənləşdirmək imkanı yaradır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Finlandiya və Estoniya mütəxəssisləri 17 min sağlam insandan qan nümunələrini götürərək onları 100-dən çox birləşmə ilə skaynerdən keçiriblər.Alimlər analizlərlə yanaşı, bir neçə il müddətində təcrübə üçün qan verən insanları da izləyib, təcrübə aparılan müddət ərzində həlak olanların qanlarını sağ qalanların qan analizləri ilə müqayisə ediblər.

Aparılan araşdırma zamanı həkimlər  yaxın zamanda öləcək insanların orqanizmində 4  Biomarker birləşməsi olduğunu müəyyənləşdiriblər. Hansı ki, həmin birləşmələr insanlarda onkoloji xəstəliklərə, infarkt, iflic və digər ölümcül patologiyalara gətirib çıxarır.
Bildirilib ki, birləşmələr vasitəsilə insan orqanizmində olan gizli xəstəlikləri və 5 il müddətində yaşayıb yaşamayacağını müəyyənləşdirmək mümkündür.
(səs: 5)
Şərhlər: 11
Baxılıb: 5 876
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri