Xoşbəxtliyin rəngi

Müəllif: Catwoman666
Şərhlər: 10
Baxılıb: 3 167
Səs ver:
(səs: 5)
İnsanın ruh sağlamlığı ilə rənglər arasındakı əlaqəni araşdıran elm adamları, duyğuların da rəngi olduğunu ortaya qoydular. Depressiyadakı insanların solğun, özünü yaxşı hiss edənlərin isə isti rəngləri seçdiyini söyləyən elm adamları bunun uşaqların və ünsiyyət problemi yaşayanların xəstəliklərinin diaqnozuna köməkçi ola biləcəyini ifadə etdilər. "İtalyan La Repubblica" qəzetində nümayiş olunan xəbərə görə, İngiltərədəki Manchester Universitetindən bir qrup elm adamı sağlam 105 və depressiyadakı 108 yetkinin hər birindən, qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy, bənövşəyi, qəhvərəngi, qara, ağ və bozun 38 tonunun olduğu rəng cədvəlindən ruhi vəziyyətlərinə ən uyğun olan rəngi seçmələrini istədilər. Araşdırmaçılar, depressiyadakıların bozun, sağlam iştirakçıların isə sarının tonlarını seçdiklərini müşahidə etdilər.

Araşdırmanın ikinci hissəsində isə sağlam 204 könüllüdən rəngləri müsbət, mənfi və neytral olaraq ayırmalarını və ən sevdikləri rəngləri seçmələrini istəyən elm adamları iştirakçıların yalnız 10% -nin, ruhi vəziyyətlərini təmsil etməsi üçün boza yönəldiklərini ifadə etdilər.
(səs: 5)
Şərhlər: 10
Baxılıb: 3 167
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri