Musiqinin insan sağlamlığına təsiri

Müəllif: Catwoman666
Şərhlər: 9
Baxılıb: 7 474
Səs ver:
(səs: 8)
Musiqinin uşaqlar və gənclər üzərindəki təsiri alimlər tərəfindən dəfələrlə isbatlanmışdır. Musiqinin insan həyatındakı rolu əvəzedilməzdir. Musiqi stresi azaldan vacib bir vasitə olaraq da istifadə edilməkdədir. Əgər stress davam edirsə ya seçdiyiniz musiqiq janrı doğru deyil, ya da bu stresdən böyük problemlər ortaya çıxa bilər.
Hamımıza məlumdur ki, günümüzdə klassik, jazz, muğam, xalq musiqisi dinləyiciləri azalıb. 21-ci əsrin gəncləri pop, rock kimi musiqi janrlarına daha çox üstünlük verirlər. Hər kəsin öz zövqü istəkləri musiqini duyma qabiliyyəti vardır. Biz heç kimin musiqi seçiminə qarışa bilmərik. Sadecə seçim etmədən əvvəl alimlərin apardığı bir təcrübəyə nəzər salaq.
 Wilkes Universitetindən Carl Cahrnetski və Francis Bremnnanın çalışmalarına görə, musiqinin, hər notun belə özünəməxsus xüsusiyyətləri vardır və ona görə insan vücuduna təsir etməkdədir. Mikroblarla savaşan ağız suyu, tər və göz yaşı kimi mayelerdə mövcud olan IgA (immunglobuin A) musiqinin növünə görə fərqli miqdarlarda və tiplərdə ifraz olunmaqdadır. Araşdırmada dörd qrup şagird ayrılmış və hər qrupa fərqli musiqi dinlədilib, 30 dəqiqə sonra ağız suyundakı IgA səviyyəsi ölçülmüşdür.
 Nəticələr:
1. Klassik- 14% artım
2. Jazz- 7.2% artım
3. Səssizlik- 1% azalma
4. Yüksək səsli, küylü musiqi- 19.7% azalma
 
Bu çalışmaya görə diskoteka dediyimiz yüksək səsli, hətta gurultulu musiqi mikroblarla savaşan əsgərlərimizin sayını azaltmaqdadır. Bu aparılan araşdırmaların çoxunda klassik musiqidən istifadə edilir.
Ancaq mütəxəsislər xalq musiqisinin və muğamların da insan psixologiyasına və sağlamlığına müsbət təsir göstərdiyini vurğulayırlar.
Gurultulu, küylü musiqlərin (bunların başında rock gəlir) içərisində olan sərt melodiyalar isə insanlardakı neqativ hisləri ortaya çıxartdığı aşkarlanıb. Bu musiqilərdə vokalistin səsini müşaiyət edən ritmlərin sərtliyinin gənclərə keçdiyini və dinləyicini sakitləşdirmək yerinə tam tərsi aqressiv hala gətirdiyini söyləyən mütəxəsislər küylü musiqilərin gəncləri çılğınlığa, üsyankarlığa vadar etdiyini vurğulayırlar. Rep, rock tərzli musiqilər dinləyib stress atdıqlarını söyləyən gənclər əəslində tam tərsi olduğundan xəbərsizdirlər.
(səs: 8)
Şərhlər: 9
Baxılıb: 7 474
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri