Bəs sizcə necə, müasir insansınız?!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 896
Səs ver:
(səs: 5)
Mövzumuz müasirliyi və "köhnə baxışlı” fikirləri toqquşdurmaqdır.Müasirlik deyəndə ilk ağıla gələn əyləncə,kef çəkmək,azadlıq,sürətli inkişaf və s.-dir.Düzü Azərbaycan üçün məhz elə müasirlik və köhnə əqidə bir yerdə cəmləşməlidir.Çünki Azərbaycan özü strateji mövqeyinə görə Avropa ölkəsidi,coğrafi mövqeyinə görə isə Asiya.Elə hər şey məhz bu anlaşılmamazlıqdan gedir.

İlk öncə Avropa və Asiya-dan başlayaq.Daha dəqiq şərq və qərbdən.Əslində elə həyat şərqdə başlayıb desək yanılmarıq.Daha sonra "şərq fikirlərini” istismar edən yeni dünya ölkələri inkişafın bütün sahələrində Şərqi ötmüşdür.Elə indinin özündə də,inkişaf,müasirlik deyəndə ağıla gələn Avropa və okeanın o tayıdır.Qayıdaq movzunun əsas obyekti Azərbaycana...

Azərbaycanda müasirliyi hər insan öz arşını ilə ölçür. Amma yenədə hər kəs şəxsi subyektiv fikirdən başqa ümumi fikir də formalaşdırıb.Müasirlik dedikdə,yeni telefonun,yeni imicin,yeni stilin, yeni fikirlərin başa düşülür. Amma biz bu fikirlərin ancaq özümüzə sərf edəni və ya görmək istədiyimizi görürük.

Amma biz nədənsə müasirliyin məhz mənfi və bizə lazım olmayan tərəflərini görürük,halbuki, müasirlik dediyimiz həmdə müsbət mənalarla dolu idealogiyadır. Müasirliyin bəsit nümunələri kimi : söz azadlığı,təhsilin yüksək metodikası, tədris işlərinin ciddiliyi, texnologiyanın inkişafı, və.s-ları göstərmək olar.Bu sadalananlar heç müasirlik dediyimiz düşüncənin 0.01 % belə deyil. Saysız hesabsız tipik misallar gətirərək,onsuzda sizə və mənə açıq-aydın görürən nüanslara toxunmaq istəmirəm.
Sadəcə müasirliyi və "köhnə fikirləri” toqquşddurub ideal olmasa da o-na yaxın bir cəmiyyət yaratmaq elə biz insanların qələbəsi olar.Əslində idealogiyanın mərkəzində,heç kəsin həyatına müdaxilə etməmək –adlı ana fikir yerləşir. Hər insan özünə cavabdehdir fikirləşən müasir gənc , hər insan özünə və ətrafındakılara cavabdehdir deyən "azərbaycanlı”ya qarşıdır.
Əslində movzumu öz şəxsi subyektiv fikrimlə tamamlamaq istəyirəm.Keçmişimi danmıram.Və keçmişimdə olan papağı bir az yanaki qoyan "qədeş” babalarıma da unutmuram.Mən sadəcə insanların qərbdən gələn müasirlik sözünü səhv anlamalarına göz yuma bilmirəm. Tipik gəncin " əgər saçımın ortası qaldırsam və Deivid Beckhama oxşasam müasir olacam” düşüncəsinin nə qədər səhv və yanlış olduğunu demək istəyirəm.Halbuki, Avropadaki bənzəmək istədiyin gənc hər həftə bir kitab oxuyur və öz düşüncəsini genişləndirir sən isə özünəməxsus tərzdə vaxtını boş keçirmək üçün "hobbi” axtarırsan.Demək ki,idealogiyanın səhv tərəfini tərənnüm edirsən.
Çox cüzi insan məsləhət ilə yola gəlir vəya düzgün yolu seçir. Əslində insanı onun özündən yaxın dost/düşmən yoxdur.İnsan özü düşünüb səhv yolda olduğunu anlamalıdır.

Müasirliyimizi və əxlaqımızı əndazəli şəkildə tərəzidə onların hər ikisinin bizim həyatıma və gələcəyimizə daim işıq saçacağını görəcəyik

Bəs siz necə fikirləşirsiz,müasirlik düzgün şəkildəmi qəbul edilib? Və ya bir vətəndaş olaraq siz özünüzü müasir hesab edirsizmi?
(səs: 5)
Şərhlər: 7
Baxılıb: 3 896
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri