Kişi ilə qadın arasında bu fərq də tapıldı

Müəllif: Qlamurr
Şərhlər: 8
Baxılıb: 5 055
Səs ver:
(səs: 1)
Kişilər və qadınlar, sanki, fərqli planetlərdəndir. Və bu fakt heç kimə sirr deyil. Qadınla kişinin yuxularının da fərqlənməsi isə artıq xəbərdir.  

Böyük Britaniyanın Suonsi Universitetinin alimləri bu faktı aşkar ediblər.  Məlum olub ki, qadınların yuxuları çoxsaylı kiçik detallar və emosional rənglərlə zəngindir. Kişilərin yuxuları isə aqressiya və hadisələrin dinamik inkişafı ilə bol olur.  Alimlərin bu kəşfi iri miqyaslı araşdırmaya əsaslanır. Onlar yüz mindən çox insanın yuxularını analiz ediblər. Məlum olub ki, kişilərin yuxularında avtomobil, silah, zorakılıq tanımadığı adamlarla alovlu sevgi mövzusu daha çox yer alır. Qadınlar isə adətən yuxularında yaxın tanışlarını görürlər. Qadın yuxuları, zəriflik, romantika ilə dolu olduğu halda kişilərin yuxularında kobudluq daha çox yer tutur.  Araşdırma qadın yuxuları ilə bağlı daha bir maraqlı faktı ortaya çıxarıb. Qadınların yuxularındakı hadisələr adətən qapalı məkanlarda baş verir. Kişilər isə yuxularında küçədə, çöldə, bayırda olurlar.  Oqranizmdəki testosteron maddəsinin miqdarı da kişilərin yuxularına təsir edir. Əgər bu maddə çoxdursa, yuxular sərt intim səhnələrlə zəngin olur.
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 5 055
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri