"Kin saxlamaq, zəhəri özün içib digər insanın ölməsini gözləməyə bənzər."

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 7 257
Səs ver:
(səs: 0)

Belə deyirlər, "Kin saxlamaq, zəhəri özün içib digər insanın ölməsini gözləməyə bənzər." Olduqca sərt bir deyiş, ancaq eyni nisbətdə doğru.

Qisasınızı içinizdə tutmaq, kimə qarşı olursa-olsun, ən çox sizi təsir edəcək. Radio proqramı prodüseri və əlaqə mütəxəssisi Jordan Harbinger, "Kin saxlamaq əksəriyyətlə tək tərəflidir" deyir. "Qarşı tərəf problem olan mövzunu ağlından belə keçirmir ola bilər."

Zərər

Harbinger, buna baxmayaraq əlaqələrin ciddi şəkildə təsirlənə biləcəyini söz edir. Məsələn, bütün gün IKEA'da ona köləlik etmənizə minnətdar olmuş kimi görünməyən qız yoldaşınızı düşünün. Rahatsızlığınızdan heç danışmırsınız. Sabahısı gün marketdən almasını istədiyiniz kiçik bir şeyi almağı unudunca da, partlıyırsınız. Qız yoldaşınız eynilə belə düşünür, "Sevgilim ağlını itirib. Fiyonk makaron yerinə burğu makaron almışam deyə kresloda yatıram!" Harbinger, "Kin tutaraq sağlam bir əlaqə yaşaya bilməzsiniz." deyə danışır.

Bununla birlikdə, kin saxlamağın zəhərli təsirləri ümumiyyətlə iki adamın kənarına keçə bilər. Məsələn, dostlarınızdan biriylə danışmırsınız, ortaq yoldaşlarınız axşam yeməyinə ikinizi birdən çağırmaq mövzusunda istəkli olmayacaq. San-Diegodan yaşayan terapist Jeff Palitz, "Kin tutarsanız, içinizdəki mənfi duyğular digər əlaqələrinizi də mənfi təsir edəcək" deyir. Digər bir deyişlə, kin tutaraq özünüzü kənarlaşdırırsınız. Eyni məntiq ailələr üçün də həyata keçirilə bilər. Içdə tutulan mənfi duyğular elə bir nöqtəyə çatır ki, kimsə əsl problemin nə olduğunu xatırlaya bilməz hala gələ bilər.

Vecə almamaq

Oldu, kin tutmaq həqiqətən çox zərərli. Yaxşı, incimiş hissləri yox sayaraq vecə almamaq? Deməsi asan, etməsi çətin; deyil mi? Palitz'e görə, nə olursa olsun bir nöqtədə qərar verməniz lazım olacaq: "Ya vecə almayacam, ya da bu mövzuda bir şey edəcəyəm." Hansı yolu seçəcəyiniz, digər adamla əlaqənizi davam etdirmək istəyib istəmədiyinizə bağlı.

"Əgər əlaqəni düzəltmək heç içinizdən gəlmirsə, ehtimalla artıq görüşmək istəmirsiniz" deyir Palitz. Əlaqəylə birlikdə içinizdəki kini də unudun getsin. Prosesi asanlaşdırmaq üçün ailənizlə, dostlarınızla danışın, gündəlik tutun. Öz özünüzə, əlaqəni davam istəmədiyiniz birinə qarşı kin saxlamağın nə qədər axmaq olduğunu təkrarlayın . Bu yalnız sizə zərər verər, qarşıdakına deyil.

Ya da düzəltmək

Əgər münasibətləri əhəmiyyət veririrsinizsə və buraxmağa da niyyətiniz yoxsa, digər adamla üzləşmək məcburiyyətindəsiniz. Ancaq bunu etmədən əvvəl mütləq sakitləşin. Bu 20 dəqiqə də davam edə bilər, 20 gün də ... Lazım olan müddət tamamilə vəziyyətə və sizə bağlıdır. "Üzləşmə günündən əvvəl, o adama bir məktub yazın" deyir Palitz. Məktubu versəniz əhəmiyyətli deyil. İlk oturuşda içinizdəki bütün kini, qəzəbi atın. Sonra araya saatlar (bəlkə də günlər) qoyun və bu səfər yeni bir məktub yazın. Bu sayədə həm duyğularınızı tarazlamaq öyrənərsiniz, həm də danışığınızın mükkəməlişdirmiş olarsınız.

Danışmağa başladığınızda, sadiq olun. Deyək ki bir yoldaşınız, sizin çox istədiyiniz bir işə müraciət etdi. Həm də iş elanını sizdən eşitmişdi ... Sizin istədiyiniz işin üzərinə atladığı üçün onunla danışmağı kəsdiniz. Ancaq indi sizin də mükəmməl bir işiniz var və yoldaşınızla köhnə günlərdəki kimi oyun izləməyi darıxırsınız. Necə etməli da aranı düzəltməli? Telefonu əlinizə alın və onu axtarın. Artıq bu vəziyyəti davam etdirmək istəmədiyinizi söyləyin. Səsinizi eşitdiyində çox təəcüblənməsinin xaricində, ehtimalla o da rahatlayacaq. Hətta etdikləri üçün üzr belə diləyə bilər. Telefon danışmanızı qısa edin, ancaq bir sonrakı oyun günü üçün də sözlə. Palitz, "Kişilər həmcinsləriylə aralarındakı yoldaş problemlərini arxada qoymağa uyğundurlar." deyir. Dəqiqə keçmədən, özünüzü içinizdəki nifrətdən xilas olmuş birlikdə təzahürat edərkən tapa bilərsiniz.

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 7 257
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri