Qadınlar bu yazını oxumasın ARAŞDIRMA

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 3 654
Səs ver:
(səs: 1)

Qısqanclıqdan necə xilas olmalı?

Bu yazı qısqanclığın qurbanı olan kişilər üçündür.

Qısqanc qadını sakitləşdirməyin yolunu bilmək istəyirsiniz?

Qısqanc bir həyat yoldaşınız və ya sevgiliniz var. Qısqanclıqla necə mübarizə aparmaq olar?

Əlbəttə ki, qadını qısqanclığa məcbur edən kişi hərəkətlərində, başqa qadınlarla rəftarında dəyişikliklər etməlidir.

Qadınlar tərəfindən qısqanmaq, davamlı olaraq nəzarətdə olmaq əksər kişilərin zarafat mövzusudur.

Bununla bağlı söhbətlərin nəticəsi belə olur : "Qadınlar necə də qısqancdırlar!"

"Qısqanclıq qadınların təbiətində var" iddiasında olanlar da çoxdur. Buna etirazımız var. Araşdırmalara görə, kişilərin qadınları öldürmələrinin 90 faizi qısqanclıqdan olur.

Güzgü nə deyir?

Qısqanclıq böhranlarında "Sənə inanıram, amma ətrafdakılara inanmıram" deyən kişilərin əksinə, qadınlar qısqandıqları zaman bu qədər bəsit bir yalanın arxasında gizlənmək yerinə "özümə inanıram, amma sənə yox!" deyirlər.

Bəli, açar söz budur: "İnam".

Kişi dostları ilə görüşərkən öz həyat yoldaşının qısqanclığından danışan kişilərə tövsiyəmiz: şikayətlənmək yerinə aynaya baxsınlar. Aynaya baxıb: - "görəsən mənə inanmaq olarmı?" sualını özlərinə versinlər.

Bu suala cavab axtararkən səmimi olmaq lazımdır. Əslində qısqanc qadını anlamağın bir yolu budur. Bəlkə də tək yolu budur!

Məni nə qədər sevirsən?

Qısqanclığın qurbanı olmamaq üçün kişilər mütləq sevgilərini gizlətməməli, bunu hər zaman gündəmdə saxlamalıdırlar.

"Onsuzda onu sevdiyimi bilir" düşüncəsini ağlınızdan çıxarın və sevginizi xüsusi günləri gözləmədən, ağlınıza gələn hər an dilə gətirməkdən çəkinməyin. Sevgilinizə ətrafındakı qadınlardan fərqli olduğunu hər fürsətdə hiss etdirin.

Qadınlar həmişə "məni sevirsən?" sualına "hə" cavabı aldıqlarında da "nə qədər" sualını verərək uzatmaqdan zövq alırlar...

Təbii ki, arxasından gələn sual da "hansı xüsusiyyətlərimi sevirsən?" tipli bir şey olur. Bu isə o deməkdir ki, onu başqa qadınlardan ayıran xüsusiyyətlərini sözlərlə ifadə etməyiniz sayəsində ona "yeganə" olduğu hissini yaşadaraq sizi digər qadınlardan qısqanma ehtimalını minimuma endirə bilərsiniz...

Qısqanc həyat yoldaşının "Hardasan?", "Kimləsən?", "Nə vaxt gələcəksən?" kimi suallarla dolu zənglərindən bezən kişilər! Şikayət etməkdənsə, həyat yoldaşınızı buna vadar edən səbəbləri ortadan qaldırın!

Həyat yoldaşınız və ya sevgiliniz soruşmadan, harada, kimlərlə olduğunuzu, nə vaxt qayıdacağınızı özünüz deyin. Təbii ki, bunu komandirə əzbərdən danışan bir əsgər kimi yox, gündəlik söhbət əsnasında edin. Çünki əzbərlənmiş kimi danışmağınız arvadınızın içini rahatlatmağa yetməyəcək. "Bu işdə bir iş var" kimi şeylər düşünəcək və şübhələnməyə başlayacaq.

Zərərli dostlar siyahısı

Hər görüşünüzə həyat yoldaşınızla getmək istəməyə bilərsiniz. Yalnız kişi dostlarınızla birlikdə olmaq istəyə bilərsiniz. Ya da qadın-kişi qarışıq olan bir kompaniyada həyat yoldaşınız və ya sevgiliniz olmadan da planlar qura bilərsiniz.

Amma hər dəfə sevgiliniz qısqanclıq böhranlarına girib problem çıxaracaq. Bu problemləri dava etmək əvəzinə sakit yollarla həll etməyə çalışın. Məsələn, sevgilinizi dostlarınızla tanış edin. Hərdən bir onlarla birlikdə elə şeylər təşkil edin ki, qız dostlarınızın zərərli olmadığını, kişi dostlarınızın da sizin ağlınıza pis şeylər salmayan insanlar olduğunu görsün. Hətta arada bir evdə dostlarınızla bağlı məsələləri arvadınıza da danışın ki, o da özünü dostlarınızla yaxın hiss edərək onları "zərərli" siyahısından çıxarsın.

İtirmək qorxusu

Qısqanclıq böhranlarıyla həyat yoldaşınız üçün həyatı zindana çevirmək heç də doğru deyil! Əvvəlcə öz hisslərinizi idarə etməyi öyrənin.

Qısqanclıq özünümüdafiə hissindən yaranır... İtirmək qorxusu sevgini canlı saxlamaq üçün lazımdır... Amma qısqanclığı xəstəlik səviyyəsinə qaldırıb həyatı bir-birinizə zindan etməyin...

(səs: 1)
Şərhlər: 1
Baxılıb: 3 654
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri