Vaxtında istəməsini bilənə hər şey vaxtında gəlir

Müəllif: my_angel
Şərhlər: 11
Baxılıb: 4 559
Səs ver:
(səs: 7)
Dəmiri dəmirlə döydülər, Biri isti idi, biri soyuq idi. İnsanı insanla qırdılar, Biri ac idi, biri tox idi...

Qan və sümük bütün insanlarda mövcuddur. Fərqli olan ürək və niyyətdir...

Müəllim şam kimidir, özü yanıb tükənərkən ətrafını işıqlandırar.

İnsanlar sevdiyi şeyləri məhv etməyə, sonra da məhv etdiyi şeyləri yenidən sevməyə və dəyər verməyə meyllidirlər... 

Mən insanları nə irq, nə sinif, nə də dininə görə mühakimə edirəm. Tək əhəmiyyət verdiyim şey insanın insan olmasıdır və bu mənim üçün kifayətdir.

Sevgilər bitki adları ilə başlayıb heyvan adları ilə qurtarırlar.

Söylənəcək sözün çoxluğu bəzən insanı lal edir. Susub qalırsan...Haqlılığın susqunluğu digər susqunluqlara bənzəməz.

Başqa planetlərdə həyat olub olmadığı ilə maraqlanırıq. Sanki bu planetdə yaşaya bilmişik kimi...

Heç kəsə düşmən evində yaşmağı arzulamıram heç düşmənimə də...

Mən inqilab görmüş və bunun nəticəsində ailəmi itirmiş, müharibə yaşamış biriyəm. Amma məni adi bir sevgi hekayəsi sındırdı...

Başqasının səhvinə dözsək də, öz səhvimizə qarşı amansız olmalıyıq. 

Sizə hücum edən düşmənlərdən qorxmayın. Sizə yaltaqlanan dostlarınızdan qorxun.

İnsanların ən böyük dostu, çətinliklərdir. Çünki, insanları qarşılaşdıqları çətinliklər qüvvətləndirir.

Bir "sağ ol"a sığdırdı məni, yerə göyə sığdıra bilmədiyim.

Ağlın varsa, gücə, qızıla, nüfuza tabe olma! Qoy sənə rəhbərlik edən ancaq təmiz vicdanın olsun.

İnsan nə qədər böyük ruhlu olsa eşqi o qədər dərin bir şəkildə duyar.

Vaxtında istəməsini bilənə hər şey vaxtında gəlir.

Hər ötən dəqiqə həyatını dəyişmək üçün bir şansdır.

Qadın-həyatın bütün mərhələlərində kişinin xilaskarıdır...

Ən çox xoşumuza gələn insan özümüzə bənzətdiyimiz insandır.
(səs: 7)
Şərhlər: 11
Baxılıb: 4 559
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri