Rəqəmlərin mənası

Müəllif: Catwoman666
Şərhlər: 18
Baxılıb: 2772
Paylaş:
Səs ver:
(səs: 6)
1 - məqsədin, 6 - inamın rəmzidir - bunu "rəqəmlərin atası” deyir.

Numeroloqların dediyinə inansaq, ədədlər yalnız rəqəm və işarələrin ifadə etdiyi kəmiyyət göstəricisi deyil, onlarda başqa bir qüvvə də var. Numerologiya nisbətən son zamanlar tanınsa da, əslində ən qədim elmlərdən biridir. Müəyyən mənada ədədlərin öz dili var, ibtidai qəbilələr bu dili başa düşür və ədədlərin dilində bir-biri ilə əlaqə saxlayırdılar. Qədim əlifbalarda (məsələn, qədim yəhudi əlifbasında) hərflərin də ədədi mənası vardı.

Məlum olduğu kimi, Pifaqor, onun şagirdləri və davamçıları rəqəmlərin sayını azaldaraq 1-9 arasında saxladılar, çünki bu rəqəmlər başlanğıc rəqəmləridir, qalan rəqəmləri onlardan düzəltmək mümkündür. İyirmi əsr keçəndən sonra, məşhur Kornelius Aqrippa 1533-cü ildə nəşr etdiyi "Okkult fəlsəfəsi” əsərində həmin rəqəmləri və onların mənasını verdi.

Xatırladaq ki, elm dünyasında Aqrippanı "rəqəmlərin atası” adlandırırlar. Keçək rəqəmlərin sirrinə:

1 - məqsədin rəqəmidir, əlifbanın ilk hərfi olan "A” ilə başlanan hər şeydə aqressivlik və ambisiya formasında təzahür edir.

2 - gündüz və gecə kimi əks anlayışların rəqəmidir. Tarazlıq və kontrast mənasında işlənir, müsbət və mənfi keyfiyyətləri birləşdirərək tarazlıq yaradır.

3 - dəyişkənlik deməkdir, keçmişin, indinin və gələcəyin rəmzi olan üçbucaqla işarə edilir. İstedad və şən əhval-ruhiyyəni ifadə edir, uyğunlaşmaq rəmzidir.

4 - sabitlik və möhkəmlik deməkdir. Onun möhkəmliyi kvadratla - kosmosun tərəfləri, ilin fəsilləri və od, torpaq, hava və su ünsürləri ilə ifadə olunub.

5 - son nəticəni səyahət və sınaqlar vasitəsi ilə əldə edən risk və təhlükə deməkdir. Onda sabitliyin olmaması bir tərəfdən inamsızlığa gətirib çıxara bilər, digər tərəfdən bu, ən xoşbəxt, ən gözlənilməz rəqəm sayılır.

6 - inam rəmzidir. O, göy qurşağının yeddi rəngini ifadə edərək təbiətlə harmoniyadadır. İdeal rəqəmdir, həm tək, həm də tək rəqəmlərə bölünərək sanki onları birləşdirir.

7 - sirli, məchul və görünməz şeyləri öyrənmək və bilmək yoludur. Yeddi əsas planet, həftənin yeddi günü, yeddi musiqi qamması deməkdir. O, məqsədi (1) və harmoniyanı (6) birləşdirərək, onu həqiqi psixoloji rəqəmə çevirən öz simmetriyasını yaradır.

8 - maddi uğur rəmzidir. İki kvadratla ifadə olunduğu üçün kamil inam rəmzi sayılır. İki yerə bölünəndə bərabər hissələrə ayrılır (4-4). Yenə bölsən, yenə bərabər hissələrə ayrılacaq (2-2-2-2), bu isə dördqat tarazlıq deməkdir.

9 - elementar rəqəmlərin ən böyüyü, uğur rəmzidir. Tam inkişaf etdikdə bütöv bir qrupun cizgilərini birləşdirərək nəzarət faktoruna çevrilir. Doqquz rəqəmi, 3 x 3-ün hasili kimi, dəyişkənliyi irəliyə doğru hərəkətə çevirir.

Dinlər rəqəmlər haqda nə deyir?

İncildə yazılır: "O hər kəsi məcbur etdi, kiçik-böyük, zəngin-kasıb, sərbəst və ya kölə, hər kəsin alnına yapışdırıldı, aləm aldadılan ruhları görsün deyə, şeytanın rəqəmi yazıldı - 666".

İslamda 99 rəqəmi müqəddəs hesab olunur. Çünki Allahın ərəb dilində 99 adı var. Xristian ənənəsinə görə isə bu ədəd Tanrının birliyinə işarə edən mələkləri ifadə edir.
Dinlərə görə 7 qat göy, 7 kainat, 7 qat cənnət, 7 qat cəhənnəm, yerüstü 7 qat, yeraltı 7 qat, 7 əsas rəng, Kəbənin ətrafında 7 dövr, və s. kimi özəlliklər var. Bu özəlliklər barədə bir azdan...

İslam dinində 7 mərtəbə var. Quranın ilk surəsi "Fatihə” 7 ayədir. İslam inanclarına görə, günahkarların gedəcəyi yeddi cəhənnəm var. Namaz qılarkən alın, iki əl, iki düz, iki ayağın baş barmaqları olmaq üzrə gövdənin yeddi əzasının yerə dəyməsi vacibdir. İslam inanclarına görə, ölünün sarındığı kəfən yeddi ərşin olmalıdır. Kəbədə Məscidi-hərəm deyilən məscidin yeddi minarəsi var. İslam inanclarına görə, qiyamət günü Mədinənin yeddi ayrı qapısı olacaq.

Yəhudilərdə müqəddəs şamdan 7 şamın birləşməsindən əmələ gəlir. Yəhudilər Qamış Bayramı dedikləri bayramda məbədlərdə toplanar, mehrabın ətrafında yeddi dəfə dolanarlar. Hindlilərdə, romalılarda, buddistlərdə də belə bir dini mərasim var. Müqəddəs saydıqları bir obyektin ətrafında yeddi dəfə dolanarlar. Krişna Şüurunda müqəddəs rəqəm 108 hesab edilir. Bu Tanrını əhatə edən 108 mələk deməkdir. Krişnaçıların ibadət zamanı istifadə etdikləri müqəddəs təsbehin 108 muncuğu var.

Pifaqor deyir ki, 1 ilahi gücü, 6 soyuğu ifadə edir

Həyatını rəqəmlərə həsr edən Pifaqor rəqəmləri Tanrı sayır, riyazi qanunları dünya üzərindəki bütün sistemlərin təməli kimi qəbul edirdi. Onun fikrincə, hər şey riyaziyyat və rəqəmlərlə izah edilə bilərdi. Rəqəmləri həyatının mənasına çevirən Pifaqor "1" rəqəmini İlahi güc kimi qəbul edir, ”10" rəqəminin isə İlahi ilə boşluğun və ya yoxluğun mükəmməl bir qarışığını ifadə etdiyini iddia edirdi. Pifaqor bununla kifayətlənmir, kainatdakı bəzi anlayışların qarşılığını rəqəmlərlə ifadə edirdi. Onun fikrincə, hər şey bir rəqəmlə müəyyənləşdirilə bilər. Məsələn, 5 - rəngin, 6 - soyuğun, 7 - sağlığın, 8 - sevginin rəqəmidir.

İngilislər 13-ü o qədər sevmir ki...

Bu arada vacib detal kimi xatırladaq ki, 11 sentyabr terrorundan sonra dünyada 11 rəqəmi ilə bağlı da araşdırma aparılıb və onu heç də xoş olmayan rəqəmlər sırasına qatıblar. Məlum olub ki, bu rəqəmdə həqiqətən də bir çox gizli məqamlar kəsişib. Terror aktlarının törədildiyi gün - 11 sentyabr. Həmin gün ilin 254-cü günüdür, cəmi 11 (Numerologiya qaydalarına əsasən 254=2+5+4=11). "Əgər bu cür arifmetik hərəkəti ayın tarixində də etsək (9-cu ayın 11-i), onda cəm yenə də 11 olar: yəni, 9+11=9+2=11. Onu da qeyd edək ki, sentyabrın 11-dən ilin sonuna kimi 111 gün qalır. Daha sonra hind maqları aviareyslərin nömrələrini öyrəniblər. Dünya ticarət mərkəzinin birinci binasıyla toqquşan təyyarə reysinin nömrəsi 11 idi. Həmin təyyarədə 92 sərnişin olub: 92=9+2=11. İkinci təyyarədə isə 65 nəfər olub: 65=6+5 - yenə 11 rəqəmi alınır”.

Bəzi inanclara görə 13 ölüm rəqəmidir. İngiltərədə binalarda 13 saylı mənzil, kinoteatrlarda 13 saylı kreslo olmur. Əgər bir qonaqlığa 13 adam gəlibsə, mütləq 14-cü kürsü də qoyur, ona maneken otuzdurur, qarşısına hətta yemək-içmək də qoyurlar. Almaniya, Avstriya və Skandinaviya ölkələrinə məxsus hava yolları şirkətlərəninin təyyarələrində 13 saylı kreslo olmur. Amma alimlər bu qorxunu xürafat sayır və deyilənlərə inanmır.

loading...
(səs: 6)
Şərhlər: 18
Baxılıb: 2772
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Ağ_Qara
Sitat: Ibrahimova Aysen
Maraqlidi sevdiyim reqem 5.7, bunlardir

Qatılıram
9 may 2015 00:40
18
Offline
zayka15
Cox maraqliydi.11haqqinda olanlar daha diqqetimi cekdi
7 may 2015 23:36
17
Birinin nece gulduyunden terbiyesini,neye gulduyunden ise seviyyesini anlaram
Offline
WiRiN BaLaM
7 si di doğum günüm

7 si di doğum günüm
7 may 2015 22:47
16
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Offline
Catwoman666
reqemlerin her birinin menasi oldugunu dusunurem amma bunlara heddinden artiq fikir vermek lazim deyil. menim enn cox sevdiyim reqemler 666, 14(cunki 14u anadan olmusam) 4, 2 ve s. 3 reqemini de sevirem

...666...
7 may 2015 22:19
15
Viking
Offline
Miss_Angel
menim ad gunum 6 sidi mayin .ama sinamamiam inamli reemim ya yox
7 may 2015 22:13
14
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
Offline
emis
maraqlydi reqemlerin menasini bilmek.ele bir reqemim yoxdu onem verdiyim bir reqem ya ugurlu saydigim reqem sinamamisam hemde inanacagimi dusunmurm.hersey Allahin isidi istese bize ugurda verer ugursuzluqda.tesekkurler.
7 may 2015 21:08
13
Offline
Meleknur
Menim en ugurlu reqemlerim 7 ve 8 dir oktyabrn 7 disinde dogulmuwam dinimizde de 7 reqemi onemli reqemlerden biridir
7 may 2015 20:52
12
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
Offline
isveç.de
Mənim ən çox sevdiyim rəqəm 7, dir. 7 ayın 27 anadan olmuşam.
7 may 2015 19:57
11
Mene sual verilse en boyuk dusmenin kimdir? Deyerem Anamin goz yaslari...

Arxamca danismaga davam et,chunki qarsima chixacaq qeder cesur deyilsen...
Offline
ALESSANDRA
ənnnn sevdiyim rəqəm 6 dırrr)))))))))
7 may 2015 19:43
10
Don't trust anyone ∆
Offline
Antikvar
Maraqli melumat oldu.Ugurlu reqem ve yaxud ugursuz reqem bele inanclara bas qosan biri deyilem)Sonda olan iki arasdirmanida menasiz gordum.Her reqeme bu qeder anlam qatsaq onda heyatimizi reqemlerin sayina ,ozune gore arasdirib hereket edek))
7 may 2015 18:49
9
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Offline
GünƏşimƏ_AiD_
Her bir detalin menasi var.menimsevimli reqemim 7di.birde 13 oda Sevdiyim aktyor anadan olub deye.
7 may 2015 18:06
8
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
Offline
Fialka
Maraqlı məlumatlardı eyni zamanda numoroloqların araşdırmaları biraz heyrətləndiricidi ancaq bəzi ölkələrdə rəqəmləri dövlət səviyyəsində uğursuzlaşdırmaq xürafatdan başqa bir şey deyil)..
7 may 2015 18:01
7
Offline
vipbetul
reqemlerde mena coxdu maraqlida arshdimadi

reqemlerde mena coxdu maraqlida arshdimadi
7 may 2015 17:54
6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Marta
4u anadan olmusam hemde ugurlu reqemimdir
7 may 2015 17:49
5
Немного терпения, и у тебя все получится..
Offline
BARBI
En sevdiyim reqem 13 dur menim ugurlu reqemimdir
7 may 2015 17:46
4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Nur k-off
Men 4-ü oxudum doğum günü tarixidir
7 may 2015 17:43
3
SVETA
Offline
Tomris Müslümova
insana qoyulan ad bele onun taleyinnen xeber vere biler adice herf bele...elece de reqem istisna deyil men inaniram...21 i dogulmusam onun menasini bilmek isterdim
7 may 2015 17:41
2

Sən sadəcə mənimsən...!
Offline
SEVGI DENIZIM
BELE SEYLERE INANMIRAM
7 may 2015 17:38
1
Üstümə qışqıran, acıqlanan, küsən, küsdürən, qısqandıran lakin bir damla göz yaşımı görende dünyanı dağıdan birini sevdim cox sukur seni veren Allahima

♥ :)

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv