Lars fon Trierdən sitatlar

Müəllif: tek umidim sen
Şərhlər: 5
Baxılıb: 2 469
Səs ver:
(səs: 3)
Çəkmənin içində daş olanda insanı necə narahat edirsə, kino da elə narahat olmalıdır.

Haqqımda düşündükləriniz vecimə deyil. Jurnalistlər tez-tez sözlərimi təhrif edirlər, amma mən bunu sakit qarşılayıram artıq. Belə bir söz var, eşitmisiz? "Mürəkkəblə əlləri yumazlar”. Müsahibə verərkən, həmişə bu sözü xatırlayıram.

Mən nudizmlə maraqlanan ailədə doğulmuşam. Uşaq vaxtı mənə etmək istədiyim hər şeyə icazə verilirdi, mənim dərsə gedib getməməyim valideynlərimi maraqlandırmırdı.

Valideynlərim tez-tez məni nudist düşərgəsinə aparardılar. Ora haqda heç bir erotik xatirəm yoxdur, amma ordakı kiçik poçt şöbəsini xatırlayıram. İçəri girirsən, poçt işçisinin ancaq şlyapası var. Əslində onun sviteri də var idi, çünki içəri yetərincə soyuq olurdu. Amma içəri kimsə girəndə o soyunmalı idi. Qayda belə idi.

Anam mənə indiyə kimi atam olduğunu düşündüyüm adamın əslində əsl atam olmadığını deyəndə bunun bioqrafiyam üçün yaxşı fakt olacağını düşündüm.

Həyata yalnız bir şeyə təəssüf edirəm. Balaca olanda bir quşum var idi, hər gün onu yedizdirirdim. Tətilə gedəndə quş yaddan çıxdı. Qayıdanda gördüm ki, ölüb. Həqiqətən təəssüflənirəm. Kann festivalında dediklərimə görə üstümə hücuma keçəndə isə (Trierin Hitler haqda dedikləri nasizmə haqq qazandırması kimi qiymətləndirilmişdi) özümü velosipeddən yıxıldığına görə valideynləri tərəfindən danlanan uşaq kimi hiss edirdim.

Öz statusumla qürur duyuram: "Kann festivalının persona non-qratası”. Bu status mənə yaraşır. Deyəsən festival tarixində belə şey olmamışdı.

Politkorrektlik – Amerikanın dünyaya bəxş etdiyi ən pis şeydi. Məhz politkorrektlik dürüst diskussiyanı öldürdü, ona görə də indi insanların çoxu nədəsə ittiham edilməkdən qorxduqlarına görə susmağa üstünlük verirlər.

Kimləsə birlikdə olanda onda mənə qarşı nifrət oyadacaq nəsə deməməyim mümkün deyil.

Əgər kimsə məni döymək istəyirsə, o bunu etməkdə sərbəstdir. Amma xəbərdarlıq etməliyəm: mən bundan həzz ala bilərəm.

Pozğunluq? Başqalarına mane olmadıqca, mən burda pis heç nə görmürəm.

Praktik olaraq bu dünyada heç kimə zərər vermədən yaşamaq mümkün deyil. Sən hətta nəfəs alanda belə, havanı kimdənsə almış olursan. Mənə gəldikdə isə mən çalışıram balıqlardan başqa heç kimi incitməyim. Əlbəttə, balığa da yazığım gəlir, amma mən bir qoca balığı tivola tutanda, başqa bir  gənc və xoşbəxt balıq üçün yeri boşaltmış oluram. Yaxud da düşünürəm ki, tutduğum balıq bir neçə ay idi depressiyadan əziyyət çəkirdi və özünü öldürmək haqda düşünürdü. Amma bilmirdi bunu necə etsin. Əgər sən balıqsansa, bu elə də asan deyil.

İnsan şüuraltı olaraq həmişə melanxoliyaya can atır. Nakam sevgi xoşbəxt sevgidən daha romantikdir və kədər, yaxud ağrı kimi, biz melanxoliyanı daha kəskin hiss edirik, nəinki xoşbəxtliyi.

Mən çoxlu fobiyaları olan insanam. Amma kamera ilə qeyri-adi nəsə etmək kimi fobiyam yoxdur.

Mən də hamı kimiyəm. Mükafat almağı sevirəm, amma onlar məni xoşbəxt etmir.

Süjetlər bizim ətrafımızda yaşayır. Hətta bu otaqda belə min cür hekayət var. Bilirsiniz ki, bu stul bura necə gəlib çıxıb? Onda kimlər oturub? Niyə burda məhz bu stul dayanıb? Bəs bura gətirilməyən digər stul hardadır?

Necə yəni mən komediya çəkmirəm? Mənim filmlərimin çoxu komediyadır. Sadəcə onlar çox melanxolikdirlər.

Sən Allah, mənim filmlərimi müzakirə etməyi dayandırın, gedin özünüzünküləri çəkin.

Mənbə: "Esquire”
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 2 469
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri