Zaman haqqında aforizmlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 9 743
Səs ver:
(səs: 5)
Axmaqlar zamanı necə öldürəcəyini, ağıllılar isə necə qazanacağını düşünər.
(Alain)

Həyatınızı sevirsinizsə zamanınızı boşuna sərf etməyin, çünki zaman həyatın özüdür.
(Benjamin Franklin)

Xoşbəxtlik uğura, uğur isə zamanı dəyərləndirməyə bağlıdır.
(Seneca)

Etdiyiniz işin ən yaxşısını, bir də zamanında edin, o vaxt dağ başında olsanız belə insanlar sizi tapar.
(Thomas Brown)

Zaman, tez əldə edilən və ucuz olan şeyləri silər.
(Roy Chansior)

Zamanın azaltmadığı, yumşaltmadığı üzüntü yoxdur.
(Cicero)

Zaman böyük bir müəllimdir, ancaq çox təəssüf ki, daima şagirdlərini öldürür.
(Curt Goertz)

Zamanın, kimə dost, kimə düşmən olacağı bəlli olmaz.
(Shakespeare)

Zamanlarını ən pis şəkildə istifadə edənlər, ən çox, zamanın qısalığından şikayət edərlər.
(La Bruyere)

Zamanında bir addım atmayan tənbəl, sonradan yüz addım atmaq məcburiyyətində qalar.
(GİOVİO)

Zamanın dəyərini edəcək işi olan bilər
(atalar sözü)

Səhər itirəcəyin bir saatın bütün gün zərərini çəkərsən.
(William Whately)

Boş zaman yoxdur, boşa keçmiş zaman var.
(Tagore)
(səs: 5)
Şərhlər: 7
Baxılıb: 9 743
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri