İnternet klublar: qadınlar və uşaqlar nə ilə məşğuldur? (Araşdırma)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 804
Səs ver:
(səs: 0)

İnternet klublar: qadınlar və uşaqlar nə ilə məşğuldur? (Araşdırma)

  
Peşəsi və maraq dairəsi ilə bağlı informasiya almaq üçün və yaxud da digər bir səbəbdən bir çoxumuz internetdən istifadə edirik. İndi çoxumuzun evində 24 saat açıq internet xəttimiz də var. Demək olar ki, həyatımızın ən önəmli atributlarından birinə çevrilən internet, əksər mövzuda köməyimizə yetir. Evdə, işdə interneti olmayanlar isə internet-klublardan istifadə edir. Lakin bu qisim istifadəçilərin əksəriyyəti kişilər, xüsusilə də uşaqlar olur.

 
Kiçik şəhərlərdə internet klublar qadınlara daha rahatdır?

 

Bizim ölkədə qadınlar internet-klublara getməyə çəkinir. Bir səbəbi ətraf mühit olsa da, digər bir səbəbi də məhz kabinələrin olmaması və klubların qadınlar üçün normal şərait yaratmamasıdır. Belə ki, internet-klubların əksəriyyəti sadəcə yan-yana qoyulmuş stullar və kompüterlərdən ibarət olduğu üçün içəridə olan qadınlar çoxluq təşkil edən kişilərin diqqətində olurlar.

 

Düzdür, sadəcə əyləncə üçün internet-klublara gedən və etik olmayan saytlara baxan qızlar da az deyil. Amma əsl problemi ciddi bir iş üçün məcburiyyətdən internet-klublara gedən qız-qadınlar yaşayırlar.

Bəzən insanlar deyirlər ki, böyük şəhərlərdə insanlar daha tez mədəniləşir, müasirləşir. İnternet-kluba gələn qızı-qadını narahat etmirlər, buna normal baxırlar və s. Amma müşahidələrimiz göstərir ki, kiçik şəhər və qəsəbələrdə, kəndlərdə fəaliyyət göstərən internet-klublarda bəhs etdiyimiz problemlər yaşanmır.

 

Klub idarəçiləri deyir ki, kiçik şəhər və kəndlərdə hamı bir-birini tanıyır, bütün oğlanlar küçədə gedən qız-qadının kimliyini bilir, artıq hərəkətlərə yol vermirlər. Klub daxilində isə bütün istifadəçilər maksimum nəzakətli olurlar.

 
İnternet-kluba gedən qadınlara niyə pis gözlə baxırlar?

 

Amma gizlətməyə lüzum yoxdu, hamı bilir ki, adətən internet-kafeyə gəlib internetin imkanlarından istifadə edən qızlara birmənalı olaraq "abırsız" damğası vurulur. Çünki bizim internet-klublarda yalnız boş və avara gəzən gənclər toplanır və onlarda internetin yalnız "chat", "tanışlıq" və "msn" olaraq anlayırlar. İnternet-kluba gələn əksər gənclər bu xidmətlərdən istifadə etdiyinə görə ətrafdakı hər kəsin internetdən bu cür yararlandığını hesab edir.

 

Bu yaxınlarda vacib bir yazını bir internet ünvanına göndərməyə hazırlaşanda binamızın elektrik enerjisi bir neçə saatlıq dayandırıldı. Əlacsız qalıb yaxınlıqdakı internet-kluba yollandım. Boş kompüterlərdən birində əyləşdim və brauzeri açıb poşt xidmətinin adını yazmaq istədim. Adətən brauzerlərin ünvan pəncərəsində tez-tez açılan saytların siyahısı görünür. Saytlara nəzər saldım, hamısı əyləncə xarakterli sayt idi. Maraq üçün ünvan pəncərəsində hərfləri bir-bir yazdım, o hərfə uyğun bir dənə də olsun xəbər saytı, qəzetlərin internet ünvanı və ya informasiya saytının adı görünmədi.

 

Təsadüfən mənim oturduğum kompüterdə problem yarandı və nəzarətçi digər kompüterə keçməyimi xahiş etdi. Öncəki kompüterdə etdiyim kiçik yoxlamanı burda da etdim, bu da eyni qayda ilə yalnız əyləncə saytlarının ünvanını göstərirdi. Nəzarətçidən "heç xəbər saytı açan olmur sizdə?" deyə soruşdum. "Bircə mən açıram serverdə, internetlə bağlı xəbərləri oxumaq üçün, bir də ara-sıra təsadüfən iş üçün girənlər açır. Daimi istifadəçilər əsasən əyləncə ilə maraqlanır" deyə cavab verdi.

 
Evdə interneti olmayan tələbə qızlar neyləsin?

 

Yazımızla əlaqədar ətrafımdakı qızlardan, qadınlardan "internet klublarda rahat işləyə bilirsiniz?" deyə soruşdum. Əksəriyyət "yox" dedi. Fikirlərini belə izah edirlər: "bəzi kişilər klubda siqaret çəkirlər, pivə içirlər, hətta söyüş də söyürlər. Onların bu hərəkətləri olan yerdə necə işləmək olar? Adım utanır, kişilərin çoxu internet-klubda intimoqrafik saytlara baxır. MSN-də qızla ucadan danışır. Belə yerdə necə oturmaq olar?

 

Məlumat üçün deyək ki, Bakıda sırf qadınlar üçün internet-klublar da fəaliyyət göstərir və getdikcə sayı artır. Bu klubların açılmasının səbəbi də qadınların ümumi internet-klublara gedə bilməməsidir. Belə klublardan biri də 8 km qəsəbəsində fəaliyyət göstərir.

 

Klubun sahibəsi Xatirə Aslanova deyir ki, vaxtilə özü də bu problemdən əziyyət çəkib. Hərdənbir normal internet-kluba rast gəlsə də, çox vaxt kişi istifadəçilərin verdiyi narahatlıqdan dolayı klubu tərk etməli olub:

"İnternetdən bir dəqiqəlik işim olanda neçə klub gəzirdim ki, hansında daha rahat otura bilərəm. Vaxtımın çoxunu itirirdim. Vaxtilə mənim çəkdiyim əziyyəti çəkən tələbə qızlar indi rahatlıqla bizim kluba gələ bilirlər. Hələ uşaqlarını gətirən qadınlar da var. Məktəbli qızlar da gəlir klubumuza, amma onlara tam nəzarət edirik, yaşlarına uyğun olmayan saytlara girişi qadağa edirik".

 
Azyaşlılar internet klublarda nə işlə məşğuldurlar?

 

Bu sahədə ən ağrıdıcı problem isə azyaşlı məktəblilərin günün çox vaxtını internet klublarda müxtəlif oyunlar və intimosaytlara ayırmasıdır. Bu məsələdə internet klub sahiblərini o qədər günahlandırmaq olmaz, əvvəla bütün klublarda belə saytlara girişin qadaan olunduğu haqda elanlar asılıb, ikincisi də klub əməkdaşlarının bizen maraqları müştərilərin yaşı və maraq dairəsini izləməyə və nəzarət qoymağa imkan vermir.

 

Psixoloq Naib Allahverdiyevin fikrincə, burada bütün məsuliyyət valideynlərin üzərinə düşür: "Hər bir valideyn uşağının hansı saatda harada nə ilə məşğul olduğunu bilməli və onu lazimi formada tərbiyə etməlidir. Valiyeyn özü uşağa nümunə göstərə bilər- məsələn ona kitab oxumağı, televiziyada intellektual proqramları izləməyi təblğ edə bilər".

 

Psixoloq deyir ki, internet klublara müəyyən yaşdan aşağı müştərilərin qəbul olunmasına məhdudiyyət qoymaq da olar. Yalnız internetin olmadığı, sırf kompüter oyunları olan klubları istisna etmək olar:

 

"Bəzi tədqiqatlara görə, kompüter oyunları beynin inkişafına müsbət təsir edir, amma bu hamısına aid deyil, bu oyunlarıln seçiminə valideyn özü nəzarət etəlidir. Fikrimcə, azyaşlı məktəblilərin tərbiyəsində müəllimlər və valideynlərin əlbir fəaliyyətinin böyük əhəmiyyəti ola blər. Məncə, evdə kompüteri olan valideyn uşağının kluba getməsini qadağan etməli, evdə isə onu hansı oyunlar oynadığı və hansı saytlara baxdığına nəzarət etməldir.

 

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 804
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri