Azərbaycanlılar necə evlənir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 289
Səs ver:
(səs: 0)

Camaat xalasıqızı ilə gərdəyə girməkdə israrlıdır. Tibb elminin qanunları, acı statistika onlara heç nə demir. Başqa vaxtı İranı bəyənmirik. Amma İranda istər yaxın qohumlarla olan nigahlarda, istərsə də başqa nigahlarda tibbi uyğunluq haqqında arayış tələb olunur. Amma Azərbaycan xalqı israr edir. Öz uşaqlarını evləndirməkdə israr edir. Bu məsələdə Azərbaycan hökumətinin günahı yoxdur. Kim bunlara başa salır ki, başqa yerdə qız yoxdur? Guya xalasıqızlarından başqa hamı əxlaqsızdır. Qətiyyən belə deyil. Əksinə, müşahidələr göstərir ki, yüngüləxlaqlı qızlar adətən xalasıoğullarına ərə gedir. "Oğulun acizi qohum yerdən qız alar". Bu əsəri Salam Qədirzadənin adını unutduğum əsərindən oxumuşam. Məncə bu Salam Qədirzadənin ən yaxşı cümləsidir. Aciz oğlan və yüngüləxlaqlı qız. Əla tandemdir. Söz yox ki, yaxıln qohum nigalarını ancaq bu tendemdən ibarət deyil.


Digər formanı isə bu cür təsvir etmək olar: Oğlan ona görə xalasıqızı ilə evlənir ki, qız onun gözünün qabağında böyüyüb. Guya başqa qızlar barda böyüyüblər? Azərbaycanlının işlərində məntiq axtarmazlar.

 

Bunun fəlsəfi açıqlaması elə də çətin deyil. Klan-nəsil nigahları ibtidai icma quruluşunda geniş yayılmışdı. O zaman insanlar sosiallaşa, cəmiyyətə adaptasiya ola bilmirdilər. Var-dövlət başqalarına çatmasın deyə uşaqlarını da öz qohumlarına ərə verirdilər. Azərbaycanda bu qədər qohum nigahının yayılmasının səbəbi də insanların hələ də ibtidai icma quruluşunun təfəkküründən çıxa bilməməsidir. Bu xalq irəliyə doğru bir addım da atmayıb.
Yeri gəlməsə də bir şey yazaq. Azəri sevgililər heç vaxt öpüşmürlər. Onlara elə gəlir ki, sevdiyin adamı öpmək olmaz. Guya bununla qız oğlanın gözündən düşər.

Rusiyaya gedib, orda min oyundan çıxanlar öz kəndlərinə qayıdıb "təmiz qız" axtarırlar.
İslam təfəkkürü Azərbaycan təfəkkürünün yanında ciddi şeydir. İslamda zinakar ancaq başqa bir zina edənlə evlənə bilər. Rusiyadan gələnlərin əksəriyyəti də QİÇS daşıyıcısıdır. Çünki Rusiyada intimual xidmət çox bahalıdır, bizimkilər ucuzlarından istifadə edirlər. Evlənəndən sonra qadınlarını burda qoyub təkrar nataşaların yanına gedirlər. Ya da qadınlarını ora aparırlar. Rus dilini bilməyən kənd qızı isə bütün günü evdə oturub ərini gözləyir. Saçlarının qara rəngini dəyişib sarıya çevririlər ki, skinxedləri azdıra bilsinlər.

 

QHT sektoru intimual maarifləndirmə üçün kifayət qədər iri məbləğdə qrantlar alıb. Amma ortada heç bir nəticə yoxdur. Azərbaycanda, xüsusilə Cənub bölgəsində azyaşlıların nigaha cəlb olunması kütləvi şəkildədir. Azyaşlılarla qanuni nigah bağlamırlar, qanun bunu qadağan edir. Azyaşlıları gərdəyə mollalar salır. Qafqaz Müsəlmanları İdarəsinin Mollaları. Cinayət Məcəlləsinin 152-ci maddəsi "On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya intimual xarakterli digər hərəkətlər etmə" adlanır və üç ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. Bu cür faktlar dəfələrlə aşkarlanıb. Amma hələ bu işi görən gənclər və mollalar haqqında heç bir tədbir görülməyib. Hacı Allahşükür Paşazadə isə Qarabağa cihad etməkdən danışır.

 

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 289
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri