Məntiqi suallar

Müəllif: yasemin
Şərhlər: 8
Baxılıb: 5 138
Səs ver:
(səs: 3)
1) Yağışlı bir gündə villanın sahibi öldürülür. Polis evə gəldiyində hər kəsi sorğu-sual edir.
Xidmətçi: Mən Uşağa baxırdım, deyir
Bağban: Mən çiçəkləri sulayırdım, deyir
Təmizlikçi: Mən duşu təmizləyirəm, deyir
Aşbaz: Mən yemək hazırlayırdım, deyir
Sual belədi: Sizcə kim öldürüb?
 
2) Padşah bir günahkarı asacaqmış. Vəzirinə demiş:
"Bir kağıza ölüm bir kağıza həyat yaz. bir torbaya qoy. günahkar hansını seçsə o olacaq."
Vəzir, günahkar düşməni olduğu üçün ikisinə də ölüm yazmış. günahkarda bunu bilirmiş.
Amma vəziri padşahın yanında günahlandıra bilməzmiş.
Sual belədi: Günahkar necə xilas ola bilər?
 
3) Bütün gün boyunca eyni sualı soruşub hər səfərində fərqli cavab aldığımız sual nədir?
 
4) Bir kişi yeni tikilmiş hündürmərtəbəli binada 10-cu mərtəbədə yaşayır. O işdən yorğun halda evinə gəlirdi.Lakin o evinə lift vasitəsilə çıxarkən birbaşa 10-cu düyməni basmır. 5-ci düyməni basır və pilləkənlərin geriyə qalan hissəsini yorğun vəziyyətdə ayaqla çıxır.
Sual: Kişi nə üçün belə edir?
 
5) Bir baba maraqlı kitab oxuyurmuş. Az sonra otaqdan çıxan nənə ehtiyatsızlıqdan işığı söndürür. Baxmayaraq ki, otaq tam zülmətə bürünür baba böyük maraqla kitabı oxuyub bitirir. Sizcə O bunu necə edə bilərdi ?
 
6) İnəyin qiyməti 25 man, qoyunun qiyməti 1 man, toyuq isə 0.25 man-dır. 100 manatınız var və bunlardan cəmi 100 ədəd almalısınız. Hərəsindən neçə ədəd olacaq?
 
7) Stolda xətkeş, karandaş, sirkul və pozan vardır. Dairə çəkmək üçün ilk öncə nəyi götürmək lazımdır ?
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 5 138
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri