Qəfəsinə xoş gəldin, dost, ruhunu əynindən çıxar, qandallarını geyin

Müəllif: tek umidim sen
Şərhlər: 7
Baxılıb: 3 883
Səs ver:
(səs: 1)
Necə xoşbəxt görünür hər kəs öz tələsində.Son damla goz yaşı da kirpiklərin ucundan ozunu atar mənfi sonsuzluga...

Öldürmək də ölmək qədər asanmış, yaşatmaq da yaşamaq kimi çətin.

Gerçəkliklə romantika arasından sərhədlər götürülsə  aydın olar ki, əsl gerçək – ən dərində hiss etdiyindi, ən asan yaşadığın yox.

… Heç bir ömür bitmiş fikir deyil, onsuz da, çünki heç bir fikir bitmir, əslində.

Bu dünyada ölümlər belə təkrardı, ölümlərin belə surəti çıxarılmış.

Bizə zamanı tanıtmadılar, əbədiyyət barədə nağıllar yanlış.

Piyadalar ən yaxşı halda vəzirə çevrilər,  şaha yox.

Gecikmiş məğlubiyyət qocalıqdakı ölüm kimidir, adamı elə də incitmir.

Bir ovuc Vətən torpağı satılır, bir udum qürbət havasına…

Bu gün biz öz tələbələrimizə "Fətəli, sən də riyakarmı olmaq istəyirsən?”-deyə bilmirik.

Bədbəxt bir millətin heç bir fərdi tam şəkildə xoşbəxt ola bilməz.

Bir dəfə gerçəkdən sevmiş adam xəstəliyə peyvənd olunmuş kimidi, o ya sevgiyə bir daha yoluxmaz, ya da çox asan keçirər.

"Olmaz” bizim keçdiyimiz ilk dərsdir.

Hər şeyə şübhə ilə yanaşmaqdansa, inanmaq yaxşı olmazdımı, ən azından  inam şübhədən daha xeyirlidir.

O kəslər həmişə hamıdan hər şey umurlar ki, özləri heç vaxt heç kim üçün heç nə etməyiblər.

Kim nə qədər xoşbəxt edə bilirsə, bir o qədər xoşbəxtdir.

Hamı filosof ola bilməz, amma hər kəsin öz fəlsəfəsi olmalıdır.

O adam bədbəxtdir ki, ətrafı yalnız axmaqlardan və yaltaqlardan ibarətdir.

Oxuduğun kitablar bitəndə əsl həyat başlayır.

Tanış olmağa kimsə yox, adamların hamısı tanış.

Xınalı quzular və mömin qəssablar...

Gücünü özünə saxla, dost, həşəratlarla döyüşdə gücün nə önəmi...

Hər şeyi bilmək də heç nə bilməmək kimi yorucudur.

Əzilən tərəf olmaq xoş deyil, əzən tərəf olmaq heç xoş deyil.

Hər şey çox primitiv şəkildə qarışıq,  çox yüksək səviyyədə sadə və aydın.

Dəlilərə gülüb keçən ağılsızlar...

Yaxşı tərbiyə almış, ağlı başında, əsəbləri qaydasında, dərsini əzbər bilən adamlar...

Yaşlı ağaclara da bahar gələr, amma onların ümidləri bir daha göyərməz.

Nə mənası, oturdun, ya ayaqda qaldın, yerin rahat oldu, ya narahat, onsuz da gec-tez düşəcək və hər şeyi unudacaqsan.

Yenə harasa gedir, hardansa qayıdır adamlar.

...Tarixin bizə verdiyi ən böyük dərs ibrət dərsidir.  Kim deyər, bizim keçən dərsimiz nə olmuşdu?!

Qəfəsinə xoş gəldin, dost, ruhunu əynindən çıxar, qandallarını geyin.

Son damla göz yaşı da kirpiklərin ucundan özünü atar mənfi sonsuzluğa...

Yaxşı ki, hər yerdə zaman var, onunla ölməz görünür adamlar.

Küçə, yol qaydaları, durğu işarələri, sözlərin üstündə də vurğu işarələri.

Ən təhlükəli uçurum-ən yaxında olandı.

Yalnız ağılla yaşamaq ağılsızlıqdır.

Daim güclülərin yanında olmaq qəddarlıq, daim zəiflərin yanında olmaq qorxaqlıqdı.

Ağıl da silah kimidir, ancaq döyüşməyə yarayır.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 3 883
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri