Traffikinqin QADIN ALVERI

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 680
Səs ver:
(səs: 0)

 

 

Əgər insan yaşadığı ölkədən digərinə köçməyə və ya orada oxuyaraq, işləyərək yaşamağa qərar veribsə Traffikinqin qurbanı olmamaq üçün nə etməlidir?

Traffikinq bir insanın digərləri tərəfindən bir ölkə daxilində və ya caricə istismar məqsədilə (əmək və intimual cəhətdən) yerdəyişməsidir.

Başqa sözlə traffikinq-insan alveridir.

Traffikinq zorakılığın,yalanın,iqtisadi çətinliklərin nəticəsi ola bilər. Traffikinqin qurbanları ilk növbədə qadınlar və uşaqlar olur.

 

İnsan alveri ilə məşğul olanlar öz qurbanlarını bir neçə yol ilə tapırlar.


*Qadınlar üçün xaricdə yüngül iş təklif edilir.(ofisiant və ya dayə)

*Gənc cazibəli qızlar üçün rəqqasə və ya xidmətçi işi təklif edilir.

*Nikah agentlikləri vasitəsilə xarivi vətəndaş ilə evlənmək təklif edilir.

Belə insanlar yad şəraitdə sənədləri və hüquqları əllərindən alınmış halda özünü və ailəsini saxlamaq üçün borcdan-borca düşərək və hər bir işə qatlaşarq traffikinq təşkilatçılarının ovuna çevrilirlər.Traffikinq qurbanları qeyri-qanuni yerlərdə içləyir,cinayətkarlığa cəlb olunur,digər hallarda isə intimual xidmətlər göstərməklə özünü və "iş verən"i dolandırırlar.Onlar hüquqsuz qul kütlələrinə çevrilirlər.

Hər il 2 milyon ancaq 5-15 yaşlı qızlar zorla və ya aladadılaraq yaşadığı yerdən aparılır,satılır və ya qeyri-leqal intim xidmətləri ilə məşğul olan məntəqələrə göndərilir.

Əgər insan yaşadığı ölkədən digərinə köçməyə və ya orada oxuyaraq, işləyərək yaşamağa qərar veribsə Traffikinqin qurbanı olmamaq üçün nə etməlidir?

Ən əvvəl təklif olunan iş yerinin və ya təhsil ocağının qanuni işləməsinə əmin olmalıdır.

İş təklif edən təşkilat qeydiyyatdan keçmiş, lisenziyalı olmalıdır.

Çox vaxt qəzetlərdə belə elanlara rast gəlmək olur:


"Xarici ölkədə yerləşən firmaya ancaq gənc və aktiv işçilər tələb olunur.Maaşı çox yüksəkdir"və s....Təcrübəsiz və içsiz gənclər belə elanların qarmağına düşərək traffikinqin qurbanı ola bilər.

Ən əsası xarici ölkəyə gedərkən heç zaman ortaq rolunu oynayan insanlara sənədlərinizi verməyin,əks təqdirdə onların girovuna çevrilə bilərsiniz.

P.S.Allah hamımızı belə pisliklərdən saxlasın.Amin!

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 680
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri