Viktor Hüqonun "Səfillər" romanından aforizmlər

Müəllif: Catwoman666
Şərhlər: 7
Baxılıb: 18 641
Səs ver:
(səs: 5)
Müqəddəs olmaq- müstəsna bir şeydir: ədalətli olmaq isə qaydadır.
 
Yolunuzdan çıxın, yıxılın, günah iş görün, ancaq ədalətli olun.
 
Mümkün qədər az günah etmək- insan üçün qanun budur. Heç günah etməmək isə mələklərin arzusudur.Yer üzündə nə varsa günaha tabedir. Günah cazibə qüvvəsinə malikdir.
 
Qaranlıq içində olan qəlbdə günah doğar. Müqəssir günah edən deyil, bu qaranlığı yaradandır.
 
O, qısqanclığı işə salaraq, qəzəbdən haqiqət, intiqamdan isə ədalət doğurmuşdur....
 
Tanrı evi qorumursa, onu mühafizə edənlər əbəs yerə qoruyurlar.
 
İnsan öz-özündən qorxmalıdır. Əsl oğru xurafatdır, əsl qatillər isə- qəbahətlər.
 
Ot olub yeyilməkdənsə, diş olub yemək yaxşıdır.
 
Vicdan-bizdə mövcud olan biliklərin məcmusudur.
 
Dərdli adamlar geriyə baxmazlar. Onlar qara talelərinin dallarınca gəldiyini çox gözəl bilirlər.
 
Ağıllı o adama deyərlər ki, vaxtında özünü dustaq edə bilsin.
 
Hər əzablı yolun bir istirahəti var.
 
Gülmək günəş kimidir, o, insanların üzündən qış soyuğunu qovur.
 
Bəşər alicənablığının ən yüksək nümunəsi başqalarının işlədiyi günahın cəzasını çəkməkdir.
 
İndi ucuz olan nədir? Hər şey bahadır. Təkcə dərd ucuzdur. Bax bu dərdi lap havayıca alarsan.
 
Qəlbi soyutmaq olar. Taleyi dəyişmək olmaz.
 
Sağlam düşüncə yalan deyə bilməz.
(səs: 5)
Şərhlər: 7
Baxılıb: 18 641
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri