Bir kişidən imtina etməli olduğunuz vəziyyətlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 666
Səs ver:
(səs: 1)

Əlaqənizi davam etdirməlisinizmi, yoxsa dərhal ondan uzaqlaşmalısınızmı deyə çarəsiz düşünmək yerinə ağıllı davranın.

Köhnə sevgilisiylə görüşdüyünü öyrəndiniz

Sevgilinizə nə qədər güvənsəniz də, köhnə sevgilisiylə sizdən gizli görüşdüyünü öyrənmək ilk anda şok ola bilər. Amma dərhal özünüzə gəlin; bir qərar vermək lazımdır! Sizə köməkçi olacaqsa, Tom Cruisenin Nicole Kidmanla görüşməyə davam etməsi Penelope Cruzla əlaqəsini çətinliyə salmışdı. Nicole Kidman, həyatı boyunca Tom Cruisenin yanında olacağını söyləmişdi, amma Penelope Cruz eyni fikirdə deyildi.

Düyünü həll edin: O hər şeyi açıq açıq izah etməyi düşünürsə, onu dərhal günahlandırmaq yerinə, izah etdiklərinə qulaq asın. Bir-birinizə nə qədər əhəmiyyət verdiyinizi göstərmək, sizi daha da yaxınlaşdıracaq.

İmtina edin: Köhnə sevgilisiylə həmişə görüşürsə və bu mövzuyla əlaqədar sual soruşanda ya yalan danışır ya da niyə narahat olduğunuzu anlamırsa, deməli ortada görməməzlik edə bilməyəcəyiniz bir problem var. Vəziyyəti qaranlıqda buraxdığına görə, sizdən gizlətməyə çalışdığı nələrsə ola bilər.

Ailəniz ona nifrət etdi

Sevgilinizi çox bəyənməklərini gözləməyin onsuz da. Ailələr, təbiətlərinə uyğun olaraq qoruyucudurlar. Amma ana müdrikliyinə qulaq şəkləmək pis bir fikir olmağa bilər.

Düyünü həll edin: Ailəniz sevgilinizin geyim tərzinə, qulağındakı sırğaya ya da keriyarası olmamasına fikir verirsə, bir az haqsızlıq edə bilərlər. Bu vəziyyətdə seçiminizin arxasında durun.

İmtina edin: Çox təəssüf ki, ailələr ümumiyyətlə haqlı çıxarlar. Ananız yaxşı bir işi olan, yaraşıqlı və varlı sevgilinizdən niy xoşu gəlməsin ki? Bəlkə də gözləri eşqdən kor olmadığı üçündür. Ailənizə qulaq asıb, addımlarınızı diqqətli atmaq ehtimalla sizi incidilməkdən qoruyacaq.

Əsla evlənmək istəmir

Yalnız bir neçə aydır birlikdəsinizsə, il sonuna doğru önünüzdə diz çökməsini gözləmək çox məntiqli olmaya bilər. Amma həyatdan və gələcəkdən gözlədiklərinizin fərqli olması, çox gecikmədən düşünməli olduğunuz bir mövzudur.

Düyünü həll edin: Gələcəkdə nələr olacağı sizi çox düşündürmürsə, hadisələri rahatlıqla gedişinə buraxa bilərsiniz.

İmtina edin: Birlikdə keçirdiyiniz gözəl bir gündə, əlaqənizlə əlaqədar elə bir şey söyləyəndə, "Nə əlaqəsi var? Aramızda keçənləri bu qədər ciddi qəbul etməməlisən" kimi bir cavab aldınızsa, qaçın.

 

(səs: 1)
Şərhlər: 1
Baxılıb: 2 666
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri