Internetə və Əsasəndə Facebooka daxil olan Qızlara... [ OXU ]

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 4 550
Səs ver:
(səs: 4)
alt

Sən! Əsl facebook gənci. Sənə bu adı layiq gördüm, çünki sən bu ada sonuna qədər layiqsən. Sənə qarşı elə bir kin bəsləyirəm ki, bu ad da azdı sənin üçün.. Sənə səndən bəhs edəcəm bir az, xarici görünüşündə “ çox gözəlsən, ürəyim, sənə heyranam, sənin üçün ölürəm” sözlərini eşitməyə alışmısan. Amma bir az da bunları eşit, görək bunları eşitməyə hazırsanmı?... İlk öncə bu yuxudan ayıl və özünə gəl, və mən çox gözələm, məndən bir dənədir sözlərini unut.. Gözəllik salonuna gedib 10 manata saçını düzəltdirib, o da olmazsa evdə saçlarını fenlə yandırana qədər düzəldib, bir şüşə dolusu ətiri üstünə vurub gəlirsən alış-verişə.. Nazlana-nazlana gəzirsən, arxanca 3 oğlan birdən düşür və sən bundan zövq alırsan.. Bəzən də rəfiqənlə ətrafdakıların fikrini öz üzərinə çəkmək üçün bütün mağazaları gəzirsən. Bəlkə də göründüyün qədər soyuq deyilsən, ama hər kəs elə desin, nə də olsa buna layıqsən!. Mc Donaldsda 1 manata aldığın (milkshake) kokteyli içində bir damcısı qalmayana qədər içib sonra onunla şəkil çəkdirib facebook-a qoyursan.. Çünki sən Elit-sən axı.. Bizim oğlanlar da dəli olurlar internetdə qızların belə fotolarını görəndə.. Niyə belədir bilmirəm, heç bir oğlan üçün hər hansısa bir oğlanın çay, qəhvə, kokteyl içərkən çəkdirdiyi şəkillər maraqlı deyil.. Ama sən gözəlsən axı, bir də əlində kokteyl, balaca uşağın yeməyini əmməsi kimi sən də onu içirsən haa, kimlərinsə marağını özünə çəkdiyini düşünürsən. Starbucks adlı içində nə olduğunu bilmədiyin kofeni güclə içib, sonra twitter-də “starbuck superdi”, facebookda isə “starbucks kofe keyfi” adlı status yazırsan. Çünki sən supersən.. 50 qəpiklik kofe ilə özünə şöhrət qazandırmaq dərdindəsən.. Ailənin güclə qazandığı pulun yarı qiymətinə I Phone alırsan özünə. Amma həyatda hər şey o qədər asan deyil. Amma sənin üçün mükəmməl və əlçatmaz olmaq üçün güzgünü qabağında öz şəklini şəkib internətdə yayandan sonra “Sən gözəlsən, əlasan” kimi sözləri eşitmək bəs edir. Sənin üçün yetər ki, şəkildə I Phonenin logosu alma şəkli görünsün. Və hər kəs öz yerini bilsin, çünki Mən I Phone 4 işlədirəm dedirtmək istəyirsən. Bir dənə də olsun mənalı söz bilməsəndə facebookda gözəl sözlər, mənalı fikirlər səhifəsinə üzv edirsən özünü, ordan da yazılan gözəl sözləri (copy paste) öz səhifənə köcürürsən. Sən belə sözlərin heyranısan axı. Amma “Mən istədiyimə rol, istədiyimə yol verirəm” kimi sözləri statusunda yazıb, elə sənin ağılda 5-10 nəfər onu bəyənəndən sonra evdə sevincdən dəli olub hər tərəfə tullanan birisən.. Zarafat deyil 10 nəfər sənin fikrini bəyənib. Bəlkə də onu da bəyənmək üçün hər birinə ayrılıqda mesaj yazmısan. 3 gündə bir sevgili dəyişdirirsən. Sənin üçün sevgi bir oğlanın o gözəl sözlər səhifəsindən köçürdüyü sözləri sənə mesaj olaraq göndərməsidir.. Vaxt gəlib ondan bezdikdən sonra da elə həmin səhifədən mesaj yazıb onu sındırdığını, məğlub elədiyini fikirləşən birisən. Sən dünyanın mərkəzisən. Çünki facebookda şəklini 50 nəfər, statuslarını isə azı 10 nəfər bəyənir. Çox populyarsan, sevilirsən. Ən azından virtual aləmdə və facebook profilində elədir.. Sevgi dediyin şeyi yalnız internet üzərində yaşayırsan. Hər həftə bitirdiyin bir oğlanla olan əlaqəni də vecinə belə almadığını və nə qədər əlçatmaz olduğunu bildirmək istiyirsən. Əslində sənin belə fikirləşməyinə kömək edən “dostların”çoxdur yanında.. Ama onların heç birinin fikrində dostluq yoxdu. Onlar sadəcə internetdə profil şəklini bəyənəcək insanlar axtarırlar. Heç kəs səni düşünmür. İstədiyin qədər onları Ailə, dost, qardaş kimi dostluğa qəbul etsən də... Bundan əlavə qrup qurmusunuz özünüz üçün, yalnız yazdıqlarınızı və fotolarınızı bəyənmək üçündür. Heç bir yazıya baxmadan bəyəndim düyməsinə basmaq üçün. Yalnız öz aranızda bir-birinizi bəyənirsiniz. Aldadın özünüzü nə qədər istəsəniz, onsuz da əsl həyatda nə qədərdə istəsəniz bəyəndim düyməsi olmayacaq yanınızda..

(səs: 4)
Şərhlər: 1
Baxılıb: 4 550
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri