Kənd müəlliməsi: "Onlar bilsələr ki, gecələr nə edirdim..." - FOTO

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 4 125
Səs ver:
(səs: 2)

Britaniya şokdadır. Ölkədəki sakit kəndlərdən birində məktəbdə fizika-riyaziyyat dərsi verən 47 yaşlı hörmətli, kəndlilərin ciddi və "ağır" qadın kimi tanıdıqları üç uşaq anası gerçək həyatı ilə bağlı sirləri açır.

 The Guardian"a istinadən bildirir ki, cəmi 2920 sakini olan kiçik, sakit Kroft kəndinin sakinləri dünən heyrətləniblər. Məlum olub ki, hörmətli müəllimə gecələr intim şoulara qatılıb, striptiz göstərib və hətta "müştəri"lər də qəbul edib.

47 yaşlı Debi Hyu illərdən bəri gizli saxladığı sirlərini indi satışa çıxardığı "Lapping It Up" adlı kitabında faş edib.

3 övlad anası Hyunun dediyinə görə, bu addımı ehtiyac və yoxsulluq ucbatından atıb.

"Kənddə dərs deyirdim və həftədə vur-tut 25 funt-sterlinq qazanırdım. Pulun azlığı bir yana - kəndin yeknəsəq, hər günü başqasına bənzəyən həyatı məni bezdirmişdi. Üstəlik, uşaqlarımı böyütmək, onlara normal yemək və geyim almaq gərəkdi. Bütün bunlar isə pul tələb edirdi. Bir qədər düşünəndən sonra rəfiqələrimdən birinin təklifini qəbul etməyə qərar verdim və beləcə, intim rəqs şousuna qatıldım. Yaxşı qazanmağa başladım. Kişilər çox olanda, "müştəri" sarıdan kasadlıq çəkməyəndə bir gecəyə 1000 funt qazandığım olurdu", - Hyu yazıb.

Üç övlad anasının dediyinə görə, addımına heyfislənmir.
"Məktəbdə çalışıb təqaüdə çıxandan sonra qızım da o məktəbdə müəllimə işləməyə başladı və eynən mənim kimi həftədə 25 funt alırdı. Qızımın ailəsini dolandırmaq üçün intim şoulardan çəkilmir, gecələri səhərədək "müştəri"lərlə, ya da səhnədə soyunaraq keçirirdim", - Hyu vurğulayıb.

Onun sözlərinə görə, həmkəndliləri bu kitabdan şoka düşə bilərlər: "Axı onlar məni çox ciddi, mühafizəkar, sadə bir qadın kimi tanıyırlar".

 

alt

 

alt
(səs: 2)
Şərhlər: 1
Baxılıb: 4 125
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri