Biz niyə kitab oxumalıyıq?

Müəllif: tek umidim sen
Şərhlər: 9
Baxılıb: 818
Paylaş:
Səs ver:
(səs: 4)
Etiraf edirəm ki, mən asılıyam. Bütün həyatım boyu bu asılılıq davam edib. Uşaqlığımdan bəri. Mən asılı olduğuma görə utanmalıyam, amma utanmıram.

Mən sadəcə kitab mağazasına qayıdacam. Kitabxanaya qayıdacam. Sonsuz növbəsi olan elektron kitablarımın arasına dönəcəm. Dolu rəflərimin arasına qayıdacam.

Onlar məni tanıyır və sevirlər. Burda mənə lazım olan hər şey var. Mən niyə dayanmalıyam?

Bəs siz niyə başlamırsınız? Siz çox oxuduqca həyatınız da dəyişəcək. Bu belə baş verir...

Siz uğursuzluqlardan, stressdən və sıxıntıdan qaçmağın ən rahat yolunu tapacaqsınız Alkoqola və dərmanlara üz tutmağa ehtiyac yoxdur. Pulunuza qənaət edin. Kitab oxumağa başlayın. Kitabxanalarda keçirin boş vaxtlarınızı. Başqa dünyalara baş vurun. Obrazların həyatını yaşayın. Bu daha ekonomikdir, daha sürətlidir.

Kitab oxuyan adama kim yuxarıdan aşağı baxar?

Siz ailənizin olduğunun fərqinə varacaqsınız Bilirəm sizin valideynləriniz, qardaşınız, bacınız var, üstəgəl xeyli xala, bibi, əmi, dayı...

Bəlkə də yox.

Bəlkə siz bu dünyada özünüzü ən tənha biri kimi hiss edirsiniz? Tərk edilmiş.

Siz həqiqətən təksiniz, yoxsa özünüzü tək hiss edirsiniz, fərq etməz, yaxşı oxucu olmaqla siz özünüzə qohumlar tapacaqsınız.

Bu bəşəri, tamamilə açıq və həqiqətən çox gözəl ailədir. Bu oxucular ailəsidir. Kitabsevərlər. Ədəbiyyat narkomanları. Kitabxana xəstələri. Sən bizlərdən biri olduqdan sonra dünyanın hər küncündə bir doğma qəlbə qovuşacaqsan. Bizim ailədə bir-birini tanımaq üçün bir gizlin işarədən istifadə olunur. Sadəcə kitab götür və oxumağa başla. Tələb olunan budur.

Biz səni görəcəyik.

Tanıyacağıq.

Bizə ehtiyacın olanda yanında olacağıq.

Siz qlobal məsələlərin bir parçasına çevriləcəksiniz Kitablar vasitəsilə biz keçmişlə əlaqə qura bilirik. Bundan başqa kitablar mədəniyyətlər, ölkələr, sosial siniflər və qruplar arasında ünsiyyət üsuludur.

Kitablar bizə başqa həyatlara girməyə icazə verir.

Bəli, bu möhtəşəmdir.

Siz heç vaxt başqa biri olmaq, getmədiyiniz yerlərə getmək, öz həyatınızda edə bilmədiklərinizi yaşamaq istəməzdinizmi?

Bütün bunlar kitablarda var. Siz hələ gözləyirsiniz?

Siz yaxşı danışmağı öyrəcənəksiniz Söz ehtiyatını artırmaq, yazı qabiliyyətini inkişaf etdirmək, qrammatikanı daha yaxşı öyrənmək üçün əvəzedilməz üsuldur oxumaq.

Çox oxuduqdan sonra bir dostunuz sosial şəbəkədə yazdığı statusda qrammatik səhv buraxanda siz gülə-gülə onun səhvini düzəldəcəksiniz. Siz həmişə arzuladığınız kimi, "qrammatika kralı” olacaqsınız.

Siz növbələri, dayanacaqları və gözləmə zallarını sevəcəksiniz Bu həqiqətən sizin həyatınızda dönüş nöqtəsi ola bilər. Səbirsiz halda bir ayağınızı qaldırıb o birinin üstünə qoyursunuz, dərindən ah çəkirsiniz, qəzəblənirsiniz, narahat olursunuz nəyisə gözləyəndə… bunların əvəzinə sadəcə oxumaq.

Siz cibinizdən, yaxud çantanızdan maraqlı bir kitab çıxarmaqla həm əyləncə, həm ünsiyyət, həm də intellektual stimuliyasiya qazanırsınız.

Siz daha xoş insana çevriləcəksiniz Bəlkə də siz  daha xoş birisi olmaq kimi bir istəyiniz yoxdur, amma ətrafdakılar bunun əleyhinə olmayacaq.

Bəlkə də siz heç vaxt rasizmin, işgəncənin və ya yoxsulluğun qurbanı olmamısınız. Ola bilər ki, siz heç vaxt qarşılıqsız sevgidən əzab çəkməmisiniz. Sizin üçün bəlkə də tənqid etmək şəfqət göstərməkdən daha asandır.

Kitablar bütün bunları tamamilə düzəltməyəcək. Amma mühakimə etməmişdən qabaq düşünmək imkanı yaradacaq. Kitabları oxuduqca siz dünyadakı başqa həyatları da görəcəkisiniz. İndiyə kimi haqqında heç nə bilmədiyiniz həyatlar haqda...

Sizdə daha güclü anlayış hissi yaranacaq. Daha çox maraq. Daha az "biz onlara qarşı” düşüncəsi, daha çox "biz hamımız birlikdə”.

Siz çox şey biləcəskiniz Siz fantastika oxusanız belə mədəniyyətlər, münasibətlər, tarix, qorxu, insan psixologiyası, ruhun müxtəlif təzahürləri, müharibənin nəticələri, dünyanı işğal edəcək robotlar, suda belə öz plaşlarını quru saxlamağı bacaran super-qəhrəmanlar haqda öyrənə biləcəksiniz.

Çox bilmək istəyirsiz? Elm-kütləvi ədəbiyyat oxuyun. Tərcümeyi-hallar, tarixi, cari hadisələr haqqında kitablar. Zarafat edirəm, gündəlik hadisələr haqda oxumasanız da olar. Onun əvəzinə tarixi ədəbiyyat oxuyun, bu halda siz müasir dövr haqda daha çox öyrənmiş olacaqsınız.

Fəlsəfə. Psixologiya. Memuarlar. "Özün et” kitabları. Siz nəyləsə maraqlanırsınızsa, bu haqda kitablar tapa bilərsiniz.

Siz özünüzdə yaradıcı başlanğıc açacaqsınız Siz beyninizi təzə informasiyalarla doldurduqdan sonra, nəsə çox gözəl bir şey baş verəcək.

Sizin ağılınız oyanacaq.

Əslində, yaradıcılıq — əlaqələri yaratmaq bacarığıdır. Yaratdıqlarına heyran olduğumuz insanlar məhz əlaqələrin yaradılmasıyla məşğul olurlar. Onlarda geniş məlumat bazası var. Onlar poeziyaya elmə sızmağa icazə verirlər. Onlar inanca və tarixə birlikdə çərənləməyə imkan verirlər.

 Jurnalist, yazıçı və blogger Enni Müller

loading...
(səs: 4)
Şərhlər: 9
Baxılıb: 818
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Ayselina
Ən əsasi serial və filmlərə sərf etdiyimiz vaxtı kitablara sərf etsək; həm nitqimizin gözəl inkişafında, həm dilinizin leksikasini, həm də intellektual səviyyənizi inkişaf etdirmiş olarsınız. .
3 iyun 2015 00:41
9
Təkcə Allah inandığım zaman yaşadığımı anladım!
Offline
vipbetul
niye kitab oxumaliyiq savadli dunyagorushlu natiq gozel selist danishiq qabilliyeti axilli ozumuzu apaqmaqi bilen bagaran her saheden basi cixan daha kitab haqqinda danisharken utandiqimizdan hesh ne bilmediyimize gore qacmayan biri olmaq ucun,ishimizde ideal olmaqi bacarmaq ucun,bunu cox uzatmaq olar
3 iyun 2015 00:29
8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Catwoman666
bedii eserler, kitablar oxumagi sevirem amma nedense oxumuram(( cox sevdiyim kitablar var. onlari alsam maraqla oxuyaram. kitab oxumaq insanin beynine, fikirlerine, psixologiyasina da musbet tesir edir
3 iyun 2015 00:13
7
Viking
Offline
Mrs.A
Maraqli hekayeleri oxumaqi sevirem.
2 iyun 2015 20:41
6
Acısı çox olan qizların guluşu gozel olur.!
Offline
GünƏşimƏ_AiD_
Kitab oxumaqa bayiliram esasandee eyer o aqlamali Romantik ve ya dedektiv kitabdisaa vabshey..oxuya oxuya yaxshiyiram men kitabi..
2 iyun 2015 15:52
5
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
Offline
Antikvar
Necədə gözəl yazılıb,kitab oxumaqı sevirəm,insanın zehnini inkşaf etdirir,dunya görünüşü ,biliyi artır.Oxumaqla əlavə hər bir şeydən xəbərdar olmaqla özümüzü dahada inkşaf etdiririk.Tşk canım məqalə üçün.
2 iyun 2015 14:40
4
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Offline
Dosta_inam
Çox düz qeyd edilib,kitab bize her şeyi heyati öyredir,malesef indi kitab oxuyan o qeder azalib ki,teşekkür.
2 iyun 2015 14:39
3
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Offline
Fialka
Kitab oxumağın insan üçün o qədər saymaqla bitməyən faydaları var ki, insanın insani keyfiyyətlərini , düşüncələrini dəyişən və bir çox bacarıqlarını özündə kəşf edən bir vasitə yaradır. İnsan hər halıyla seçilir oxumayan birisindən , ən azı arada olan fərqlərdə hiss olunur.
2 iyun 2015 14:37
2
Offline
BARBI
Kitab oxumaq zehni guclendirir dil qabiliyyetini inkisaf etdirir, ruhun qidalandirir
2 iyun 2015 14:32
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv