Azərbaycanlı psixoloq internet vasitəsilə qurulan ailələr haqda danışır

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 4 467
Səs ver:
(səs: 1)
alt

İnternetdəki tanışlıq əsasında qurulmuş ailələr heç də həmişə möhkəm və uzunömürlü olmur.

Regional Psixologiya Mərkəzinin baş psixoloqu Dəyanət Rzayev bu fikirdədir. O, Day.Az saytına açıqlamasında bildirib ki, Azərbaycanda internetdə tanış olaraq ailə qurmuş şəxslərin sayı həddindən artıq azdır. «Onları barmaqla saymaq olar», - deyə psixoloq qeyd edib: «Gənclər internetdə tanış olur, müəyyən müddət ünsiyyətdə olur, sonradan hansısa sosial münasibətlər qurur. Azərbaycanda əksər ailələr valideynlərin məsləhətilə, yaxud qohumluq əlaqələri əsasında qurulur. Cütlüklər arasında sevginin olmadığı halda belə, bu cür ailələr daha möhkəm olur».

«Sosial şəbəkələr vasitəsilə tanışlığın birmənalı şəkildə pis olduğunu söyləmək də düzgün deyil. Digər ölkələrdə buna normal yanaşırlar və orada əksər cütlüklər məhz internetdə tanış olaraq evlənir. Amma nəzərə almaq lazımdır ki, bir oğlan internetdə başqa qızlarla da danış ola bilər və sonrakını əvvəlkindən daha çox bəyənər. Bu üzdən də belə tanışlıqlar az halda ailə qurulması ilə nəticələnir», - deyə D.Rzayev bildirib.

Psixoloq eyni zamanda boşanmadan heç kimin sığortalanmadığını və bunun yalnız internetdə tanışlıqla əlaqələndirilməsinin düzgün olmadığını da söyləyib: «Amma çox cüzi narazılıq üzündən dağılan ailələrin əksəriyyəti məhz internetdə tanışlıqla qurulmuş ailələrdir».

 

(səs: 1)
Şərhlər: 2
Baxılıb: 4 467
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri