Sahib olduqlarınızın dəyərini bilin

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 601
Səs ver:
(səs: 2)
Bir zamanlar bir psixologiya kitabında oxuduğum bir hissə vardı…

Həyatın və sahib olduqlarının qiymətini bilmək üçün tövsiyə edilən bir metod var idi içində… Deyilirdi ki;

"Hərdən özünüzü çox pis hiss etdiyinizdə, həyatın sizin üçün çəkilməz hala gəldiyini düşündüyünüzdə özünüzə 10 dəqiqə ayırın və öz cənazə mərasiminizi düşünün"…

Cümləni ilk oxuduğum zaman çox təəccüblənmişdim…

Mən girişdə daha müsbət yazı və tövsiyə gözləyirdim…

Amma "öz ölümümüzü və cənazəmizi" düşünməyimiz tövsiyə edilirdi…

Tüklərim tikan-tikan oldu və yazarın axmaqladığını düşündüm o an…

Amma ön mühakimə düşməni biri olaraq oxumağa davam etdim… Deyirdi ki; "bunları düşündüyünüzdə dünyadakı yerinizi, dünyanı tərk etdiyinizdə meydana gələcək boşluğu, sevdikləriniz və sizi sevənlər üçün əhəmiyyətinizi anlayacaqsınız…

Xüsusilə insanların sizin üçün nələr söyləyəcəklərini, onlar üçün nə ifadə etdiyinizi hiss etməyə çalışın…"

O andan geriyə dönmək şansınız olmadığını, həyat deyilən kreditinizin qurtardığını və onlara cavab vermə şansınızın olmadığını düşünün… Təkrar sarılma, bir dəfə daha öpmə ehtimalınızın olmayacağını hiss edin… Dünyadakı küslüklərin, ayrılıqların, döyüşlərin yanında bu ağrının və geri dönülməzliyin qorxunc çarəsizliyini yaşayın…

Buraxın canınız incinsin, buraxın alovlar içində qovrulsun bütün ruhunuz… Orada, o mərasimdə düşünün özünüzü… Seyr edin bu an ətrafınızda olanların üz ifadələrini… Ağıllarından və ürəklərindən keçən cümlələri xəyal edin…

**************

Kitaba davam etmədən kənara atdım və gözlərimi bağlayıb eynilə düşünməyə başladım…

Həyat yoldaşımı, oğlumu, anamı, atamı, qardaşlarımı və digər bütün ətrafmı oturtdum tək-tək öz cənazə mərasimimdəki yerlərinə…

Bir-bir yerləşdirdim tabutumun ətrafına hamısını… Həyatımda çox nadir hallarda bu qədər canım incinmişdi…

Görürdüm "ataaaa…" deyə ağlayan oğlumu…

Həyat yoldaşım qucağında "ağlayan əmanətimlə" ayaqda dayanmağa çalışırdı…

Anam, ciyərindən bir parça canlı-canlı qoparılmış kimi həm içinə həm xaricinə axıdırdı gözyaşlarını…

Qardaşlarım, qohumlarım "çox erkən getdi, doya bilmədi oğluna.." deyirdi ağrıyan səs tonlarıyla…

Və dostlarım… Onlar da çaşqın idi… Bəzisi "daha dünən birlikdəydik, necə olar.." deyirdi…

Bunları seyr edib onlara "xeyr ölmədim, buradayam.." demək istədim xəyal olduğunu unudub…

Sonra başa düşdüm yazıçının nə demək istədiyini daha davamını oxumadan kitabın…

*************

Əhəmiyyətini başa düşmək əhəmiyyətli bir anlayışdır… Bəlkə də heç ağılımıza gəlməyən və gəlməyəcək bir anlamanı göstərmək istəmişdi yazıçı… Kitabı oxumağa nə gücüm qalmışdı, nə də istəyim…

Almalı lazım olan dərsi və mesajı almışdım… İndi nə kitabın adını nə də yazıçısını xatırlamıram…

Yaxınlarımda buraxdığım izləri, yaşananları və yaşana bilməyənləri əldən keçirərək mən danışdıracaqdım xəyalımda…

İçlərini oxuyacaqdım, ssenari mənə aid olaraq…

Yaşayarkən nələr yazmışdım, ölümümlə nələr oxuyacaqdım…

Yazarın məqsədi "Yaşamanın və hələ nəfəs alır olmanın qiymətini göstərmək idi…" Mənim də elə…

Sözü çox uzatdım bilirəm… Amma həyat dediyimiz həlli 2 sətirlə yekunlaşdırıla bilməyəcək qədər girintili və çıxıntılıdır…

Mən o gün qurduğum o xəyalla, canımın bütün yanmasına baxmayaraq YENİDƏN DOĞULDUM…

Kompüter diliylə "format atdım həyatıma"…

Sahib olduqlarımın fərqinə vardım və hələ nəfəs alır olduğum üçün şükr etdim…

Gözlərimi açdığım anda o pis və ağrılı səhnə bitmiş, oyun pərdəsi enmişdi…

Yaxşı ya xəyal deyil də, həqiqət olsaydı və pərdə bir daha açılmamaq üzrə bağlansaydı…

Bu da final. Bu yazını bura qədər oxumanıza dəyər məncə…

Bəlkə pis oldunuz amma davamını gətirsəniz buna dəyər məncə…

Mən bu axşam melanxoliyəm və bir az şişirtmiş ola bilərəm…

Məncə bu yazını yalnız oxuyaraq buraxmayın…

HƏRDƏN BU YAZIDAN ALDIQLARINIZI DÜŞÜNÜN VƏ HƏYATINIZI NƏZƏRDƏN KEÇİRİN…

Ölümün kimə və nə vaxt gələcəyini Uca ALLAHdan başqa bilən yoxdur. Məhz buna görə hazır yaşayarkən və nəfəs alarkən edə biləcəklərinizi edin, təxirə salmayın…

Bilərək - bilməyərək qırdığınız ürəkləri təmir edin…

Sizi sevənlərə və sevdiklərinizə daha çox zaman ayırın…

Və ən əhəmiyyətlisi;

SAHİB OLDUĞUNUZ HƏR ŞEY ÜÇÜN, TƏKRAR -TƏKRAR ŞÜKR EDİN UCALAR UCASI YARADANa…
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 2 601
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri