Kimdi günahkar?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 2 319
Səs ver:
(səs: 3)
Kimdi günahkar ?
Ərini aldadan qadınmı?
Yoldaşına vaxt ayırmayan ərmi?

Kimdi günahkar ?
Oğurluq edən insanmı?
Onu işsiz buraxanlarmı?

Kimdi günahkar ?
Sürücülərin qabiliyyətsiz olmağımı?
Yoxsa şəhəri 3 ayda abadlaşdırmaq istəyənmi?

Kimdi günahkar ?
Nişanlı ola-ola başqası ilə gəzən oğlanmı?
Yoxsa ona inanan saf qızmı?

Kimdi günahkar ?
Malını baha satanmı?
Yoxsa aşağı qiymətə satıb tərəzidə atanmı?

Kimdi günahkar ?
Əsgər getmiyənmi?
Hərbidə özbaşnalıq edənlərmi?

Kimdi günahkar ?
Qiymətlərini pulnan yazdıran tələbəmi?
Biliyə qiymət vermiyən müəllimmi?

Kimdi günahkar ?
Metroda bir-birini minən camaatmı?
Metropolitenmi?

Kimdi günahkar ?
Seriallara baxıb pozulanlarmı?
Serialları çəkib nümayiş etdirənlərmi?

Kimdi günahkar ?
Əxlaqsızlıq eliyən qadınmı?
Sevirəm deyib ilk yatağa salanmı?

Kimdi günahkar ?
Narkotik maddə istifadə eliyənmi?
Narkotikin gətirilməsini təmin edənmi?

Kimdi günahkar ?
Az yaşlı uşaqları diləndirənmi?
Onlar çöllərdən yığmıyanlarmı?

Kimdi günahkar ?
Yolu piyada keçidindən keçmiyən piyadamı?
Qəza törədən sürücümü?

Kimdi günahkar ?
Hazırlığına getmiyən tələbəmi?
Onu hazırlaşdıran məsuliyyətsiz müəllimmi?
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 2 319
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri