Dünyada qəribəliklər həddən atıq çoxdur, ancaq biz əksər hallarda onlardan xəbərsiz oluruq. Demək olar ki, hər gün oxuduğumuz və eşitdiyimiz hadisələr bizlərdə heyrət, təəssüf və qəzəb doğurur.
- İnkişaf etmiş ölkələr arasında ən yüksək erkən hamiləlik ABŞ və İngiltərədə qeydə alınıb.
- Hər il 120 min qadın və ya gənc qız Qərbi Avropaya satılır.
- Braziliyada reklam çarxlarında çəkilən qadınlarının sayı hərbçilərin sayından çoxdur.
- Bir yapon qadın orta hesabla 84 il, bir botsvanalı qadın isə 39 il yaşayır.
- Eyni cinsdən olan insanlar arasındakı yaxınlıq dünyanın 70-dən çox ölkəsində qadağan edilib, 9 ölkəsində isə ölüm cəzası tətbiq olunur.
- ABŞ-da 1 ildə 13,2 milyon insan estetik əməliyyat etdirir.
- Dünyanın üçdə biri müharibə vəziyyətindədir.
- Dünya əhalisinin beşdə biri gündəlik 1 dollardan da az qazanır.
- ABŞ-da qaradərili insanların həbs olunma ehtimalı 33 faizdir.
- Hər il 10 dil ölür.
- Dünyada 27 milyon kölə var.
- İntihar nəticəsində ölənlərin sayı, silahlı qarşıdurmalarda ölənlərin sayından çoxdur.
- Siqaret çəkənlərin 82 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır.
- Hər il 2 milyon gənc qız və qadın sünnət olunur.
- Afrikada 30 milyon insan AIDS virusuna yoluxub.
- Hər gün dünya əhalisinin yeddidə biri, yəni 800 milyon insan aç qalır.
- İngiltərədə süpermarketler müştəriləri haqqında hökumətdən daha çox məlumata sahibdirlər.
- Rusiyada hər il 12 mindən çox qadın ailə zorakılığı nəticəsində həyatını itirir.
- Yoxsul ailələrdə uşaqların psixoloji problemlər yaşama ehtimalı zəngin ailələrdəki uşaqlarla müqayisədə 3 dəfə çoxdur.
- 2002-ci ildə dünyada edamların 81 faizi ABŞ, Çin və İranın payına düşüb.
- Vaşinqtondakı lobbi sənayesində 67 min insan, hər seçilmiş Konqres üzvü üçün isə 125 adam çalışır.