Dünyanın ən qiymətli üzüyü

Müəllif: Fialka
Şərhlər: 9
Baxılıb: 4 265
Səs ver:
(səs: 3)
Dünyanın ən bahalı üzüyü İsveçrədə auksionda hərraca çıxarılıb. Auksionda satılan üzüyün qiyməti rekord həddə çatıb. 25.59 karatlıq yaqut qaşlı üzük 30 milyon dollara (təxminən 40 milyon manata) satılıb.

İsveçrənin Cenevrə şəhərində yerləşən Sothebys Hərrac Evində ötən gün satılan üzük mətbuatın diqqətindən yayınmayıb. "The Sunrise Ruby” (Günəşin doğuşu) adlı 25.59 karatlıq yaqut üzüyün sahibinin adı hələ ki, açıqlanmır. Yaqut, beləliklə, almazdan sonra satılan ən dəyərli cavahirat olub.

Ən bahalı ikinci üzük isə "The Historic Pink” (Çəhrayı tarix) adını daşıyır. 8.72 karatlıq bu üzük 15.9 milyon dollara satılıb. Bu üzüyün, I Napoleonun qardaşı oğlu Mathilde Bonapartea aid olduğu güman edilir.
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 4 265
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri