Ata evim...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 5 964
Səs ver:
(səs: 3)
Həyətdə vedrədən boşalarcasına yağış yağır…
Mən ağlayıram.
Həyətdə vedrədən boşalarcasına yağış yağır…
Yağışın səsiylə ağlayıram…
Otağımdayam…
illərimi keçirdiyim ata evindəyəm… amma qonağam artıq!
Bu evdə qonağam… Sayılı günlərim qaldı qalıcı yuvama uçmağma…
Qonaq gözüylə görür ev camaatı məni bir neçə aydır…
Anam kristal gözyaşlarını gizləyir məndən
Sakit sakit ağlayır zaman - zaman
Atamın üzü gülsə də, mən görürəm gözlərindəki kədəri… Qonağam artıq otağımda…
Əşyalar yavaş yavaş qutulara yerləşir, otağımsa qonaq otağı olma təlaşındadı…
gələndə bu otaqda qalarsınız deyir anam… Bu otaqda qalacaqmışıq biz! Qonaq otağında… Xoşbəxtlik olsa da gözlərimizdə; birazcada hüzn ələ verir özünü…
Necə keçdi illər? Göz açıb bağlayana qədər keçib getdi…
Nələrə şahid oldu evin mənə ayrılmış bu məkanı… Nə xoşbəxtliklərə, nə hüznlərə, nə çətinliklərə… Kiçik dünyam dedim həmişə otağıma…
Acılarımı da xoşbəxtliklərimi də ən dərindən yaşadığım illərdə… Nələri sığdırdım içinə…
Otağım...Divarımdakı çobanyastıgı tacım quruyub şəkli pozulsa da xoşbəxt edir məni hər baxışımda...İlk qarın torpağa düşdüyünü bu otaqda qeyd etmədimmi!
Baharın mənim bütün xəstəliklərimə çarə olduğunu yenə kiçik dünyamda kəşf etmədimmi?…Bu an əlimdə olan aynam… Göz yaşlarımın mənə nə qədər yaraşdığını orada görmədimmi mən!
Xoşbəxtlik sərxoşu da oldum…
Kədər əyyaşı da…
Sevdim... sevildim…
İncindim...İncitdim… Amma mən heç bu qədər aşiq olmadım… Heç kimi ölümünə sevmədim.. Səni tərk etdirəcək heç kim çıxmadı ki qarşıma… Amma onu səndə tanıdın! Və şahid oldun xoşbəxtliyimə…
Otağım hələ də gedəcəyimi dərk edə bilmir…

5 barmağımı keçməyəcək ədəddə gün qaldı mənim daşınmağıma…
Bəzək-düzəklərin,qışlıkqarımın - yazlıqlarımın qutulanmasına, şkaflarımın boşalmasına hələ də məna verə bilmir nə zamanki daşıma maşını qapının önünə gələcək bu otaq tamamilə boşalacaq bax o an kimsəsiz qalacaq…
Ağlayacağam…
Otağımın ağladığını hiss edəcəyəm…
Gedirəm mən…
Xoşbəxtəmmi?
Çox…
Amma bir az da kədər var içimdə…
Amma mən onu sevdiyim gün dərk etmişdim bu evdən ayrılacağımı…
Sonrasında uzun bir səssizlik…
Çox darıxacam mən bura üçün…
Sirr qutusu otağımçün…
Gedirəm mən…
Nizamını özümüzün təyin etdiyi böyük bir evə…
Orada mən yoxam…
Biz varıq…
Bəlli etməsəm də üzür məni gedişim…
Gəlin oluram mən, həm ağlayaram, həm gedərəm kimisindən…
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 5 964
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri