Dünyanın 8-ci möcüzəsi Azərbaycanda tikilir (Fotosessiya)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 6 651
Səs ver:
(səs: 5)

 

Dünyanın 8-ci möcüzəsi Azərbaycanda tikilir

Sahildəki süni adalardakı şəhər iki ilə hazır olacaq
Hazırda 11 göydələndə və bir neçə sosial obyektlərdə tikinti işləri intensiv şəkildə davam edir
Azərbaycanda ilk dəfə süni adaların üzərində şəhər salınır. Qırx süni adanın üzərində müasir şəhərsalma tələblərinə cavab verən "Khazar İslands” layihəsinin birinci mərhələsi üzərində ciddi iş aparılır.
Layihə ilə bağlı tikinti 2010-cu ilin sentyabrında başlanıb. Buradakı tikililər 600 min sakinə hesablanıb. "Khazar İslands” Bakı şəhərindən 28 km məsafədə, Sahil qəsəbəsinin şimal-şərq hissəsində yerləşir. Tikinti işləri "Avesta” Konserni tərəfindən aparılır. Burada beynəlxalq standartlara cavab verəcək yaşayış binaları, ofislər, ticarət-əyləncə mərkəzləri, bir sözlə, insanın ehtiyacını təmin edəcək bütün şəraitlər təklif olunur. Qeyri-adi memarlıq üslubu, ekoloji təmiz, yaşıl bulvarlar və ən son texnologiyalarla təmin olunmuş yaşayış və qeyri-yaşayış sahələri şəhərin fərqliliyini hiss etdirir.
Tikintinin ərazisi 2 min hektarı əhatə edir. "Baş” adadan, iki paralel xətlə uzanan tikililərdən, onların boyunca çoxmərtəbəli binalar ucaldılmış kiçik adalardan və villalar üçün ayrıca adalardan ibarətdir. Kompleksin tikililəri və adaları körpülərlə birləşdiriləcək.
Hazırda 11 göydələndə və bir neçə sosial obyektlərdə tikinti işləri intensiv şəkildə davam etməkdədir. Tikintinin birinci mərhələsinin başa çatması 2013-cü ilin sonuna planlaşdırılır.
Qeyd edək ki, adalarla bağlı bu layihə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun böyük qardaşı Hacı İbrahim Nehrəmliyə məxsusdur. Bir müddət əvvəl Hacı İbrahim burada görülən işlərin dövlət layihəsi olmadığını bildirmişdi. O qeyd etmişdi ki, bu layihəyə 30 milyard vəsait xərclənəcək: "İş adamı olaraq dünyanın ən gözəl şəhərini Azərbaycanda tikirəm. Hazırda yeni binalar inşa olunur, onlardan artıq 4-ü hazırdır. 2013-cü ildə həmin şəhərdə 6 min insan yaşayacaq. İtalyanlar qəzetlərində yazıblar ki, dünyanın 8-ci möcüzəsi Azərbaycanda tikilir”. 

Bakı sahilində Dubaydakı məşhur Bürc Xəlifəni geridə qoyacaq otel tikiləcək

Tezliklə Azərbaycan dünyanı daha bir layihəsi ilə təəccübləndirəcək. Belə ki, tikilməkdə olan Xəzər adaları Havay adalarından geri qalmayacaq. Milli.Az xəbər portalının məlumatına görə, möhtəşəm şəhərin görüntülərini ANS telekanalı yayımlayıb. Beləliklə, 25 ildən sonra Xəzərin qoynunda salınmış bu nadir incini görə biləcəyik. 2016-cı ildə isə sadəcə bir hissəsini...

Xəzərin qoynunda salınan şəhər "Xəzər Island”, yəni "Xəzər adaları” adlanacaq. Bu şəhərin dünyada analoqu olmayacaq. Çünki 8 km dənizin içərisinə doğru uzanan şəhəri salmaq üçün burada süni adalar yaradılıb. Elə şəhər də bu adaların üstündə salınacaq.

Artıq Qaradağ rayonu ərazisindəki dağlardan əraziyə maşın-maşın torpaq da gətirilir. Tikinti işləri isə 4 km dənizin içərisinə doğru aparılır. Ərazidə bir neçə restoran və yaşayış binalarının tikintisinə start verilib. Şəhərə aparan yolun bir hissəsi isə asfalt qatı ilə örtülüb.

Bir milyon əhalinin yaşaması üçün nəzərdə tutulan şəhər bütövlükdə 25 ilə hazır olacaq. Amma 2016-cı ilə qədər şəhərin 10 faizi istifadəyə veriləcək ki, bu da ilkin mərhələdə 100 min əhalinin burada yaşaması deməkdir. Amma burada yaşamaq istəyənlər üçün məsrəflər də ucuz deyil. Mənzillərin bir kvadrat merti 3500 manatdan başlayacaq. Xüsusilə şəhər elitasının maraqlarına uyğun olan bu məkandan arzu edənlər bank sənədləşməsi olmadan ipoteka yolu ilə mənzil ala bilərlər.

Layihənin müəllifi İbrahim İbrahimov Xəzər adalarının möhtəşəmliyilə dünyaya səs salacağına inandığını bildirib.

"İdeya gəldi, vərəq tapmadım qeyd etməyə, bir köynək aldım, onun kartonunu çıxarıb, ilkin versiyanı çəkdim və sonra yerli memarlara verdim. 7 günə möhtəşəm bir layihə hazır oldu. Bu layihə xalçanın naxışlarıdır”, - deyə İbrahim İbrahimov vurğulayıb.

Dünyanın ən hündür, 185 mərtəbədən ibarət oteli burada olacaq

Layihə rəhbəri İbrahim İbrahimovun sözlərinə görə, 185 mərtəbədən ibarət otel binası Dubaydakı Burc Xəlifədən də hündür olacaq.

"Mən həmin Bürc Xəlifəni tikən şirkətlə danışmışam. Onları bu binanı Bürc Xəlifdən 50 metr hündür tikməyə çox çətinliklə də olsa, razı salmışam”.

Layihə rəhbəri deyib ki, su üzərində salınan şəhər 30 min kvadrat metr ərazini əhatə edəcək. Bunun da 20 min kvadrat metri insanların yaşaması üçün nəzərdə tutulub. 10 min kvadrat metrdə isə ticarət obyektləri, idarə müəssisələri, stadionlar, əyləncə mərkəzləri, formula-1, formula-2 yarışları üçün məkanlar fəaliyyət göstərəcək. Yaşayış binaları 25 mərtəbədən hündür olmasa da, otellər hündürlüyü ilə fərqlənəcək. Məsələn, dünyanın ən hündür, 185 mərtəbədən ibarət oteli məhz burada olacaq.

Layihə 2 ilə hazırlansa da, ərazidə tikinti işləri artıq 10 aydır ki davam edir. Burada maraq çəkən məqamlardan biri də şəhərin hər bir tərəfdən bulvar ilə əhatə olunmasıdır. Elə ən uzun bulvar da məhz su üzərindəki Xəzər adaları şəhərində olacaq. Bu bulvarın uzunluğu 150 km-ə çatacaq. Diqqət çəkən daha bir məqam isə bu şəhərin küçələrində işıqforun nəzərdə tutlmamasıdır. Çünki, burada yollar kəsişməyəcək.

"Yollar 4 cərgədən ibarət olacaq. Körpünün üstündə 5 zolaqlı xətt olacaq. Biz bunu nəzərə almışıq ki, Qaradağ rayonu böyüyəndə biz daha yolu böyütməyək”, - deyə İ. İbarhimov qeyd edib.

Layihə rəhbəri deyib ki, şəhərə içməli su xətti artıq çəkilib. Dəniz suyunun şirin suya çevrilməsi üçün isə xüsusi cihazlar quraşdırılır. Kollektor sisteminin çəkilməsinə də, xüsusi nəzarət olunur ki, sonradan şəhəri qazmağa ehtiyac yaranmasın.

Xəzər adaları həm də "EKO” şəhər olacaq. Çünki, burada günəş enerjisindən istifadə nəzərdə tutulur. Sahildə 200 meqavatlıq elektrik enerjisi stansiyası olacaq. Qazla işləyən isti su borularla bütün şəhərə paylanacaq və bütün binalara veriləcək. Müəllif inanır ki, bu ecazkar şəhər bütün dünya turistlərinin marağını Azərbaycana cəlb edə biləcək.Milli xəbər portalı
(səs: 5)
Şərhlər: 4
Baxılıb: 6 651
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri