Uşaq olan uşaq azdır artıq!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 2 832
Səs ver:
(səs: 5)
Ən böyük xəyalların yeni bir oyuncaq olması qədər, sadə sevginin nifrət qədər həqiqi olduğu, hesabının bayram səhəri öpüləcək
əllərdən gələcək cibxərcliyilər üzərinə edildiyi, məsumiyətin qaçmaqdan islaq olmuş köynəyin yaxasından hirslə tutub 'xəstə olacaqsan qaçma deyirəm sənə!' deyən ananın sifətinə baxıb pis pis dişini ağartmaqdan keçdiyi...qayğısızlığın baş alıb getdiyi...İnadın, mənə nə! mənə nə! səsləri içində hərəkət etdirilən çiyinlərə mindiyi, bir gizlənpaç oyununda arxasında dayandığı ağacın ardından "mən burada deyiləm tapma məni" cümləsinə gizləndiyi...Çirklənmənin xoşbəxtliyi əks etdirdiyi, gülümsəmənin palçıqlı bir sifətdə əyri süd dişlərinin arasından göründüyü, cibdəki tək dəmir pulla alınan saqqızı paylaşılıb, axan burunların tək hücumda jaketin qollarına silinməsi qədər "öz"-ün olmaq idi uşaqlıq...Ən sevdiyin yeməyin qızarılmış kartof, ən sevdiyin qəhrəmanın Süpermen olması, "böyüyəndə kasmonavt olacamee mən " deyəndə "mən də,mən də" deyə cavab verən dostların varlığı, xəyallarının kiçik hesab edilmədiyi, ən gözəl şeyin xəyal qurmanın özü olduğu bir zaman...
Uşaq olmaq, ananımı daha çox sevirsən atanımı sualına, anadan alınan cəzanın ardından "atamı" deyəcək qədər dürüst olmaq, sonra "amma sənidə çox sevirəm ki" deyə ananın boyuna atlamaq idi...
Bu zamanda isə uşaqlıq, beton binaların arasında bir ovuc saxlanılan yaşıllıqda təbiəti tapmağa çalışmaq olub. Şirin pişik və siçan, dovşan və canavar olan cizgi filmlərini, qan və şiddət ehtiva edən kompüter oyunları əvəz edir artıq... xüsusi uşaq qoxusu vardı körpələrdə, artıq şəhərin tüstü iyindən hiss olunmayan körpə qoxusu...Artıq qaçmaqdan tərləyən uşaqlar yox, kompüter masasında səhərləyən eynəkli uşaqlar var. Düşmək, döyüşmək, yaralanmaq, ağlamaq da yox! Virtual körpələr var. Anasına və atasına yadlaşan, pulla xoşbəxt edilən uşaqlar... xəyalları əllərindən alınan, sevgiyə ac qalan...
Ən sevilən yemək McDonalds, ən sevilən qəhrəman Polad Ələmdar. Süd dişlərinin arasından tökülən sözlər boylarını çoxdan aşan söyüşlər, artıq məsumiyət uşaqlıq üçün kafi deyil! Çünki; istismar edilməmələri lazımdır böyük qardaşları və bacıları tərəfindən. Dünya ruhlarını təcavüz edir, ən çox güvəndikləri böyüklər bədənlərini. Əlində tum paketləri, şüşə silmək üçün vedrələr bütün yolları əzbər bilən uşaqlar qayğısız uşaqları əvəzləyib.
Uşaq olan uşaq azdır artıq!

At yarışı kimi o imtahandan o imtahana qaçdırılan, hər gün xəbərlərdə eşitdikləri təcavüz xəbərlərindən qorxan ailələrin evlərinə gizlədikləri, ana və atasını həftə sonları görən ayrılmış ailələrin yetim, ürkək, doğuşdan təkliyə itələnilən, paylaşmanın öyrədilmədiyi, nağıllar dinləyə bilməyən, cəmiyyətin şiddətinə məruz qalan, ailə dolandırmağa məhkum olan "kiçik insanlar" var!
(səs: 5)
Şərhlər: 10
Baxılıb: 2 832
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri