Zaman bizə yox, biz zamana hakim olaq...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 301
Səs ver:
(səs: 4)
Zaman elə axıb gedir ki, saniyyələr elə sürətlə hərəkət edir ki necə keçdiyini bilmirsən.
Gecə yatağına girdiyində, əllərini başının arxasına qoyanda, tavana baxıb düşününcə ki gün ərzində nələr etmisən, yararlı nə etmisən bir baxırsanki məgər sadəcə quru nəfəs almısan.
Nə özün üçün, nə insanlıq üçün, nədə digər tərəf üçün heçnə etmemisən.
Halbuki 24 saatın içinə nələr sığır.

Bu gün gənclərimizin çoxu mütaliə etmək, bilik öyrənmək, Allaha bir az daha yaxın olmaq yerinə gəzməyi üstün tuturlar.
Halbuki o gözəlim dinimiz, nur dolu Quranımız belə ilk olaraq Oxu deyir.
Allah Rəsulu Məhəmməd (s.a.s) peygəmbər belə: beşikdən məzara dək elim öyrənin deyir.
Bəs hərşey elim al deyirsə, ata, ana, kitab, Rəbbimiz belə Oxu, Oxu deyərkən biz niyə bu qədər deyənləri dinləməyib sadəcə Şeytana uyuruq. Niyə sadəcə günlər keçsin diyə gözləyirik.
Bunun adına oturub ölümü gözləməkdən başqa birşey deyilmir. Niyə gənclərimiz Hz.Mövlanəni, Hz.Əlini, ən əsası Rəsullullahımızı örnək almaq yerinə, onlara bəmzəmək yerinə daha çox Holivud ulduzlarına bənzəmək istəyir.
800 il bundan öncə dünyanın döndüyünü, dünyanın dairə olduğunu, atomdan partlayıcı düzəldilə biləcəyini, kainatda hərşeyin dövr etdiyini deyən Hz Mövlanəni araşdırmaq, onun elmini yiyələnmək yerinə, mənasız ulduzlarin həyatını niyə araşdırırıq. Bunu öz iradəmizləmi edirik? Yoxsa nəyinsə təsiri altına düşərəkmi.
Bax mən məs hər gec yastığa baş qoyanda bunları düşünürəm.
Ağlıma gəldikcə acıyıram o günlərini gün edənlərə, məktəb yerinə oyun zalına gedənlərə, üniversitet adı ilə çıxıb kafedə oturanlara.
Beynimin içini yeyib bitirir düşünəndəki müəllimə rüşvət verib qiymət almaq.Axı insan nece bu pisliyi özünə edə bilir.
Daha oxumağın nə mənası!

Rüşvət verib işə girir sonra müdir işdən çıxarır.
Ele bildin ki pul bütün qapıları açacaq...
Xeyir elə deyil o zəhrimar kağız parçasınında aça bilmədiyi qapı var.
Çox maraqlıdır Məhşər qapısınıdamı pulla açacaqlar. Gülünc gəlir elə deyilmi.
Məhz o qapını aça bilmək üçün çalışmalıyıq, zamanı ona görə tarazlamalıyıq.
Gəli bu qızıldan dəyərli zamanı boşa keçirməyək.
İləridə geriyə döndüyümüzdə nəsə etdiyimizi görə bilək.
Zaman bizə yox, biz zamana hakim olaq...
(səs: 4)
Şərhlər: 6
Baxılıb: 2 301
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri