Mənim yelləncəyim

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 2 949
Səs ver:
(səs: 5)
Mən darıxmışam uşaqlıq yelləncəyim üçün. Onu bir oyuncaq kimi deyil canıma can qatan bir insan kimi sevirdim. O rəngbərəg idi, əlvan idi. Nə yayda nə də ki, qışda solurdu. Ancaq indi həyatın yelləncəyi mənim fəsildən fəsilə rəngimi dəyişir. Qabığımı qopardır. Bəss niyə mənim o yelləncəyim rəngini itirmirdi. Axı indiki fəsillərnən o zamanki fəsillərin nəyi fərqlidi. Eyni deyilmi məgər.

Hər yelləncəyimdə yelləndiyim zaman üzümə sanki şillə vururdu külək. Mən o küləyi belə özləmişəm. Hər önə və arxaya getdiyimdə sanki indi yerə dəyəcəyəm kimi gəlirdi mənə. Bir neçə dəfə yıxılmışam. O yıxılmaları, çəkdiyim ağrıları belə özləmişəm.

Hər qapını açdığımda mən yelləncəyimi görürdüm. O böyük və qoca bir palıddan sallanırdı. Mənə elə gəlirdi ki, o dünyanın ən güclüsüdü. Öz-özümə deyidim ki, görən o illərnən necə asılı qalır o palıddan. İndi isə deyirəm görən insan necə asılı qalır bu böyük və qoca həyatdan.

Həyat da bir yelləncəkdi. Gah o yana gah da bu yana yelləndirir bizi. Uşaq ikən valideyinlərin sən necə istəyirdinsə elə də yelləndirirdilər səni. Seçimin var idi. Ancaq həyatın yelləncəyində seçim etmək olmur. Hələ bir də bu həyat səni qışda yelləndirərsə necə. Bir silkələməsi bəs deyilmiş kimi qışın donduran avazını da qatır. Qışın o kəsici mehi insanın butun bədənini dondurur. Bəlkə də insana əzəmət qatan, onu dözümlü edir bu.

Böyüdüm sonunda. Xeyli illər keçdi uşaqlıq illərimdən. Düz 10 il ayrı qaldım yelləncəyimdən. Və sonunda onu ziyarət etdim.Mən yenə qapını açdım və həmin yelləncəyimi gördüm. Hisslərim yenə həminki hisslər idi. Heç dəyişməmişdi. Mən yenə onu dünyanın ən güclüsü hesab edirdim. Yenə o küləl mənə yenə şillələr vururdu. Yelləncəyimdə yellənərək keçmişimlə indiki günümü qarşılaşdırdım. Bir daha dərk elədim ki, inasn nə olursa olsun irəli getməlidi. Eyni ilə yelləncək kimi daima irəli. Bilməlidir ki, insan o geri donəcəyi kimi yenə də irəli gedəcək. Yenə və yenə....
(səs: 5)
Şərhlər: 9
Baxılıb: 2 949
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri