Adsız

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 1 622
Səs ver:
(səs: 2)
Bir insan çəkirəm. Ancaq bilmirəm hardan başlıyım. Dərdli olsun yoxsa dərdiz? Ölü olsun yoxsa diri? Necə olsun?

Mən rəssam deyiləm əsərlər yaradam. Heç çəkməyə əlimdə yoxdu. Mən gözümlə, ağlımla çəkəcəm. Çəkəcəm mən o adamı. Ona ad belə verməyəcəm. Qoy o adsız olsun. Adı elə Adsız olsun. Dərdi, qəmi az olsun.

Birinci başından başlayıram. Kənarlarını elə bərk çəkməliyəm ki, çıxmasın çölə. Ona görə qələmin ucunu biraz möhkəm basıram kağıza.Qalın qəliblər qururam. İçini bərk-bərk doldururam. Ancaq o doldurduğum şeylərin tərkibində nələr olduğunu bilmirəm. Çəkdikdən sonra rəngləyəcəm axı. Onsuzda hər şey o rəngin altında qalacaq. Heç o tərkibin nə olduğunu öyrənmək belə lazım deyil. Çünki üstü örtüləcək, yox olub gedəcək.

Bədən hissəsinə keçdim. Çiynini geniş elədim ki, çoxlu ulduzlar yığa bilsin deyə. Sinəsini düzənliklər kimi böyük elədim ki, o ulduzlar çoxaldığında ardını sinəsində reallaşdırsın və əlbət də ki, başqa medalları da olacaq onları da asa bilsin deyə. Axı o yaşayacaq. Yaşamaq bir savaşdı. Hər qalib gəldiyində medal asacaq çiyinlərinə, sinəsinə. Məğlub olduğundasa itirəcək.

Orqanlarından hər şeyi enən çəkdim. Biri xaric.O xaric olan onu ürəyidi. Ürəyinin sadəcə rəngini dəyişdim qırmızı əvəzinə qara elədim. Axı o da insandı mükəmməl ola bilməz.

Qolları. Qollarının birini qısa birinisə uzun elədim. Qoy o uzun əliylə hər hansısa bir şeyə sahib olduğunda onu tuta bilsin. Onu bərk-bər tutub özünə tərəf çəksin. Buraxmasın. Özünü qoruya bilsin düşnənlərindən.

Qısa əlidə onun işinə yarıyacaq. Uzun əli uzaqlarda savaşdığında qısa əli də onun yan yörəsini qoruyacaq. Çünki uzqlarda nə qədər düşməni varsa Adsızın, yan-yörəsindədə bir o qədər düşmanı olacaq.

Aayaqları. Ayaqlarını normal çəkdim. Ancaq yenədə düzəliş verməyi unutmadım təbii ki. Sol ayağını sağ ayağından qısa elədim. Bir ayağı yerdə olduğunda o birisi göydə olsun deyə. Bir ayağı dünyaya digərisi isə Allaha yaxın olsun deyə.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 1 622
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri