Küsmüşəm

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 10 986
Səs ver:
(səs: 5)
Yenə nədən küsmüsən?
-Bu gün səndən küsmüşəm Zaman.İnsanların  sənə olan güvənini heç eləməyindən, sənə inamımı qırmağından küsmüşəm .

Yenə nədən küsmüsən?
-Bu gün səndən küsmüşəm Ümid. Səni bu qədər yalançı, bu qədər aciz bilməzdim. Mənə nələr vəd etmişdim. Sabahıma nələr görməli idim mən. Barı sən biz insanları  aldadanlardan olma

Yenə nədən küsmüsən?
-Bu gün səndən küsmüşəm Sevgi. İçimdəki boşluğu doldura biləcək qədər gücün yoxmuş. Bax mənə! Bax diqqətlə! Hansımız var edə bildik bir – birimizi? Sən özünü itirdin, mən də məndəki səni.

Yenə nədən küsmüsən?
-Bu gün səndən küsmüşəm Xəyal. Məni lap uzaqlara apardın. Aldatdın. Elə gözəl libas geyindin ki bər-bəzəklərin mənə əslini göstərə bilmədi. Xülyaymışsan da mənə göstərmədin özünü.

Yenə nədən küsmüsən?
-Bu gün səndən küsmüşəm Ağıl. Sola gedən hisslərimi sağa çəkə bilməyi sənə tapşırmşdışm axı. Niyə bacarmadın? Niyə qaytarmadın geri? Niyə yoxmuş kimi davrandın? Niyə məni tək qoydun? Niyə peşmalıqlarla yalnız qoyursan bizi?

Yenə nədən küsmüsən?
Bu gün səndən küsmüşəm Gecə. Ulduzların gözəlmiş də sən məndən gizlətmisən. Ayın bütün dünaya işıq saçarkən sən hüznünü, yalnızlığını mənə vermisən. Səni necə bağışlayım ki sən günəşi məhrum etmisən?
Yenə nədən küsmüsən?
Bugün özümdən küsmüşəm.
(səs: 5)
Şərhlər: 8
Baxılıb: 10 986
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri