Gözəllik üçün qurban və ya kor olmayın!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 431
Səs ver:
(səs: 2)

Kosmetik vasitələr dəridə ləkələrə, allergik təsirə, hətta korluğa səbəb olur

Hər bir qadın gözəl görünmək və ya gözəlliyini daha da qabartmaq, cəlbedici olmaq istəyir. Bununçün də müxtəlif üsullara əl atır. Bunlardan biri də qadınların gündəlik tələbatına çevrilən makiyaj vasitələridir. Lakin gözəlliyinizə rəng qatmaq üçün faydalı olsa da, bu vasitələr heç də zərərsiz deyil. Beləliklə də, gözəllik qurban tələb edir və qadınlar da könüllü qurban olmaqdan çəkinmirlər. Beləliklə, makiyaj vasitələrinin zərərli xüsusiyyətlərindən, xüsusilə də, vaxtı keçmiş vasitələrin təsirindən danışacağıq. Bu barədə həkim-kosmetoloq Zinyət Süleymanova da öz bilgi və məsləhətlərini bizimlə bölüşəcək.

Vaxtı keçmiş kosmetik vasitələr hansı fəsadları ortaya çıxarır?

Bir çox qadınlar gündəlik həyatında makiyajdan istifadə edir. Bu zaman kosmetik vasitə seçərkən diqqətli olmaq lazımdır. Zinyət Süleymanova bildirir ki, vaxtı keçmiş kosmetik vasitələri digərlərindən seçmək heç də mümkünsüz deyil: "Artıq vaxtı keçmiş hər hansı bir kosmetik vasitəni açanda onun qoxusundan bunu hiss etmək olur. Həmiçinin, belə vasitələrin istifadəsi də çətin olur. Məsələn, onlar dəriyə çox çətinliklə çəkilir. Ona görə də, ucuz qiymət xatirinə belə xarab kosmetik vasitələrdən uzaq qaçmaq lazımdır ki, dəriniz korlanmasın. Belə məhsullardan istifadə üz dərisində səpkilər, gözaltı qaralmalar əmələ gətirir. Kosmetoloq məsləhət verir ki, uzun müddət istifadə etdiyiniz kosmetik vasitələrin rəngi, qoxusu dəyişibsə, onları atmaq lazımdır. Belə vasitələrin allergik təsirləri də özünü biruzə verir. Eyni zamanda, kosmetik məhsulları barmaq vasitəsi ilə vurmaq da mənfi təsir göstərir. Çünki dəridə elastik toxumalar qırılır və dəridə çatlar əmələ gəlir. Dəridəki çatlar infeksiyalara, gözdə allergik xəstəliklərə səbəb ola bilər".

Makiyajın zərərlərindən necə qaçmalı?

Hər bir qadın az da olsa, makiyaj edir. Ən sadə makiyajda belə ya kirpik üçün tuş, ya da göz qələmindən mütləq istifadə edilir. Bunun zərəri olsa da, makiyajın az və ya çoxluğu da öz təsirini göstərir. Ancaq bu mənfi təsirdən qorunmaq üçün kosmetoloq bəzi məsləhətlər verir. Belə ki, makiyaj etməzdən əvvəl mütləq dərinizi təmizləməlisiniz. Tonik və südlə təmizliyinizi etdikdən və üzünüzə nəmləndirici krem sürtdükdən sonra ən az yarım saat gözləməli və daha sonra makiyaj etməlisiniz.
Təmizlənən dəridə məsamələr açılacağı üçün qısa müddət sonra makiyaj etməniz dərinizi yaxşıca havasız buraxacaq. Dəriniz qurudursa, makiyaj etməzdən əvvəl mütləq dərinizə nəmləndirici krem çəkin.

Üzünüzdə uzun müddət makiyaj saxlamayın!

Uzun müddət dəridə qalan makiyaj dərinizdəki məsamələri tıxayar. Dəriniz bir müddət sonra buna reaksiya verərək, makiyajınızı palçıqlaşmış kimi bir şəklə salmağa başlayar. Buna görə də, mümkün qədər yüngül makiyaj etməli və makiyajı üzünüzdə uzun müddət saxlamamalısınız. Yatmazdan əvvəl mütləq üzünüzü təmizləyici sabunla yumalı, yenə tonik, süd və nəmləndirici krem sürtüb, ondan sonra yatmalısınız.

Tuş və göz qələmi korluğa qədər aparır

Bir çox kiprik üçün tuş, göz qələmi və göz kölgəsində tapılan piqment və fatalat kimi kimyəvi maddələr gözdə ciddi sağlamlıq problemlərinə səbəb olur. Ekspertlər, xüsusilə, gecə kiprik üçün tuş və göz qələmi silinmədən yatmanın korluğa çatan problemə gətirib çıxardığını bildiriblər. Gözdəki allergiyaların yüzdə 92%-nin makiyaj vəsaitlərindən qaynaqlandığını ifadə edən mütəxəssislər bu səbəblə təbii məhsullar seçilməsini tövsiyə edir.

Bundan necə qorunmalı?

Rəngli kiprik üçün tuş ilə göz qələmlərindəki rəngverici maddələrin göz quruluğuna da səbəb olduğunu vurğulayan ekspertlər, kosmetik vasitələrin zərərini ən aza endirmək üçün aşağıdakı məsləhətləri irəli sürürlər:
1) Suda çıxmayan məhsullardan qaçının;
2) Toz faraları seçin;
3) Kiprik üçün tuş çubuqlarında bakteriya meydana gəldiyi üçün ən çox 4 ay istifadə edin;
4) Makiyajı təmizləmədən yatmayın;
5) Qələmi yalnız gözün xaricinə çəkin.

Əziz xanımlar, unutmayın ki, sizin üçün ən vacib olan sağlamlığınızdır. Buna görə də, sağlamlığınızı gözəlliyə qurban verməyin!

(səs: 2)
Şərhlər: 3
Baxılıb: 3 431
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri