Qocalma Ata!

Müəllif: guler19
Şərhlər: 25
Baxılıb: 1743
Paylaş:
Səs ver:
(səs: 3)
Bu gün hiss etdim, bu gerçəyi damarlarıma qədər bu gün duydum!
Hər gün yanından yüz dəfə keçdiyim, hər keçdiyimdə diqqətlə baxdığım rəsmi bu gün görürdüm sanki!
Atamla anamın, qucaqlarında mənimlə birlikdə iyirmi  il bundan qabaq xatirələrə saldıqları bir rəsim! Rəsmi əlimə alıb salona doğru addımladım!
Atam nəvəsi ilə, mənim iki yaşlı oğlumla oynayırdı.
Bir rəsmə, bir də atama baxdım. Aman Allahım! İki ayrı-ayrı insan idilər sanki!
Bir zamanlar qucağında oğlunu alıb bağrına basan atam, indi onu nəvəsi ilə əvəz edib....
Yaxşı bəs bundan iyirmi  il sonra necə?! O zaman damı atam aynımda olacaq?! Yoxsa onda mən onun yerinə keçib öz nəvəmi qucağıma...
Al!!! Al bu da sənə zamanın başqa bir oyunu! Hər kəsin gözləri önündə oynadığı, amma heç kəsim fərqinə varmadığı bir oyun!!! Gözümüzü açıb bu oyunun içində olduğumuzu dərk etdiyimizdə çox gec olur! Gec olduğunu da anladığımızda ya ürək getməsindən ölər, ya da qalan ömrümüzü ah vayla keçirərik ki, əgər bunu vaxtında anlamadıysaq...
Üzünə diqqətlə baxdım atamın!
Tükətmişdi, yormuşdu Atamı bu iyirmi  il! Lənət olsun, Yoxsa atam qocalırmı?!
Qocalma ATA, Yalvarıram sənə ata qocalma!
Onunla birlikdə keçirdiyimiz hər gün film kimi gəlib keçdi beynimin dərinliklərindən.
Əlimdən yapışıb yeridiyim gündən taa bu günə kimi... məktəbə aparardın, əynimə paltar alardın, mənasını hələ indi bildiyim axmaq axmaq suallarıma bezmədən, yorulmadan, səbirlə, həvəslə cavab verərdin.
Elə gecələri olardı ki, evə gəlməzdin... Anamdan soruşardım Atam niyə hələ gəlməyib deyə.
- Işdədi qızım, işləyir ki, sənə istədiyin o qırmızı velosipedi alsın - deyərdi anam.
Ata sən necə də fədakar insansan. Bu qədər gecələrini indi mənim axmaq sandığım arzularım uğrunda fəda etmisən! Ata sən necə də qəhrəman insansanmış, bu qədər vaxt heç yorulmadan, sinəni qabağa verib hey işləmiş, çalışmısanmış!
Bağışla məni ATA! Bağışla məni, hələ indi anlayır, indi başa düşürəm.
Yuxusuz keçirdiyin gecələrin hər dəqiqəsinə saniyələr qədər qurban olum ATA!
Qarşına qoyub məsləhətlər verirdin.
- Oğlum bu yol sənin üçün daha uğurlu olar - deyirdin!
Mənsə, mənsə üzümü digər yana tutub – Əşşi sən nə tanıyırsan filankəsi, behmankəsi? Mən bilirəm bu yolun işıq gələn tərəfini də, səs gələnini də!

Bağışla ATA! Indi anlayıram ki, mənim qanmaz-qanmaz düşünərək məcburi davranış adı verdiyim, sənin bu gül ətri gələn məsləhətlərin olmasaydı indi uçurum kənarnda olardım mən! Verdiyin məsləhətlərin hər kəliməsinə həriflərin sayı qədər qurban olum ATA! Sən olmasaydın bu dəqiqə sənin qarşında məğrur şəkildə dura bilməzdim! Zəhmətinin hər anına qurbanam ATA! Saçların, saçların mənim yolumda ağardı! Üzündəki cizgilər mənim cəfamla çoxaldı!  Hər telinə saçlarının sayı qədər qurbanam ATA!  Bağışlayarsanmı məni?! İndi boynuna sarılsam, qarşında diz çöksəm, ağlayıb yalvarsam, bağışlayarsanmı ATA?! Səni incitdiyim günləri, sənə qarşı səhv düşündüklərimi, dediklərinin gizlicə əksini etdiklərimi bağışalayarsanmı ATA?!  Bilirəm... Bilirəm ki, bağışlayarsan.. Sənin qəlbin, sənin hisslərin buna malikdir!  Birdən... Birdən Bağışlamasan?!.. Aman Allahım!! Bu yükün altından necə çıxaram, bu vicdanı necə yuyub təmizləyərəm ATA!  Hər zaman deyirdin atalar bağışlamağa malikdir! Bağışlayacağından əminəm ATA!
Bağışla məni ATA! Qocalma! Yalvarıram sənə, qocalma ATA! Qocalma!
Atalar qarşısında məğrur duruş diləyi ilə...

loading...
(səs: 3)
Şərhlər: 25
Baxılıb: 1743
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
gunka2000
Allah atami mene cox gormesin
24 iyun 2015 00:35
25
Payiz behane idi belkede yarpaq agacdan bezmisdi
Offline
aLoNe AnGeL
Allah Ailemizi almasin bizden..Men hemise bele dua edirem:Allahim ailemi menden alma sen onlari menden alarsan men de ozumu bu dunyadan silerem ya men onlardan qabaq olum ya da birlikde olub ebedi dunyada qovusaq..Ne ailem ovlad acisi ceksin ne de men ailemin acisini cox cetindi coxx..Eyer men o biri dunyada ailemin ovlad acisini cekdiyini gorsem cox darixaram axi necede cekmiyeler..Men onlarin qiziyam..dusundukde bele insanin tukleri urperir cox cetindi insan bunu dusunende deli olur..Inwallah Allah hec kese bu acini gostermez!!!!!!! AAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAMMMMMMMMMMMMMMMMMMMMMMMIIIIIIIIIIIIIIII
INNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNN!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
23 iyun 2015 12:24
24
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
Offline
FISTIK
Tesirli idi Allah valdeyinlerimizi qorusun.
22 iyun 2015 02:27
23
Offline
Antikvar
Oxuduqca kövrəldim,atasını hər kəsdən çox sevən bir insan kimi göz yaşlarımı tuta bilmədim.Atam mənim canım,hər şeyim,nəsihətlərini örnək götürdüyüm tək varlıqdı.Sakit danışığı ilə öz dünyasına qərq edən tək insan,onu dinlədikcə həyatın əsaslarını öyrənməyə çalışan biriyəm mən.Onsuz qalmaq,onu qoxusunu eşitməmək mənə o qədər təsir edirki,kaş bu qədər uzaq olmayardım(En zəif nöqtəmdi mənim bir yerinə bir şey oldumu özümü saxlaya bilmərəm,bu səbəbdən çox şeyləri gizlədirlər məndən...Allah valdeynlərimizin canını sağ eləsin,onlara uzun ömür can sağlığı qismət eləsin...Amin.
22 iyun 2015 01:18
22
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Offline
14MsM
ehh menim yari yerimdi atam olub 1aydi deli kiminem anamida gozu yawli gormek oldurur meni bir yandanda hamilelik ata gozel weydi Allah anami mene cox gorme
22 iyun 2015 00:30
21
Offline
SENSİZ
cox tesirli yazidi GOZ YASIYLA OXUDUM, ALLAH VALIDEYINLERIMIZI QORUSUN ONLARI BIZIM BASIMIZDAN ESKIK ETMESIN dua
21 iyun 2015 23:45
20
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
Offline
Ayselina
Aman Allahim her setiri goz yaslari icerisinde oxudumi . qelbimin ince tellerine toxundunuz.kas menim de atam sag olaydi..kas mende atamin nece yaslandigini gore bileydim.kas kas kas...
21 iyun 2015 23:31
19
Təkcə Allah inandığım zaman yaşadığımı anladım!
Offline
Ayten666
Kas usaq olaydim,yene ay ata,o mesum,qaygisiz vaxtlar olaydi..anam sehvim uste döydüyu zaman....yanina qaçdigim çaglar olaydi...papama yazmisdim
21 iyun 2015 22:50
18
gulun leceklerini qoparmaqla onun gozelliyini qazana bilmezsen!!!
Offline
aliceWOnDer
allah onu menim ustumden esgih etmesin, onsuz men hec kimem, canimin ici her seyimdi
21 iyun 2015 22:45
17
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Offline
BARBI
Offf cox pis oldum men de atami cox sevirem o menim dunyamdi her seyimdi. Onun xetrine deymisdim gedim uzr isteyim atamnnan insannan bagislayar
21 iyun 2015 21:50
16
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Zeynuş
Maraqla oxudum.Allah butun atalari qorusun.Bezileri qocalma ata deyir bezileri ise kaski qocalib sora kocerdin bu dunyadan deyir....
21 iyun 2015 21:12
15
Agaca dayanma çürür,insana güvenme ölür.Aç ellerini Rabbine seni bir tek O görür.
Offline
qanadli melek
Tesirli yazidi.Allah butun ata analari qorusun uzun omur versin
21 iyun 2015 20:53
14
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Offline
SEVGI DENIZIM
Allah valideyinlerimizi qorusun Amin 128
dua
21 iyun 2015 19:56
13
Üstümə qışqıran, acıqlanan, küsən, küsdürən, qısqandıran lakin bir damla göz yaşımı görende dünyanı dağıdan birini sevdim cox sukur seni veren Allahima

♥ :)
Offline
Canavar sevgisi
Cox tesirli sozlerdi. Allah valideyinlerin canina deymesin. Amin
21 iyun 2015 19:52
12
๓๓๓☜ Ruhumuz QARABAGLIDIR ☞๓๓๓
Offline
tek umidim sen
Allah hec birimizi valideyinlersiz qoymasin!...
21 iyun 2015 19:51
11
Ne mutlu TÜRK'üm diyene!...
Offline
rəmsə
Təsirli yazıydı.Allah valideynlərimizi başımızın üstündən əksik etməsin...
21 iyun 2015 19:28
10
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Offline
GünƏşimƏ_AiD_
Cox pis oldum menim atam menim ucun nefedi.hec kese bagli omadiqim qeder bagliyam ona sirdashimdi.qiz olmaqma baxmiraraq biz hekede ata bala qucaqlashib yatiriq.atam menim ucun evezolunmazdi...Hemishe fexr etmishem onla,.bizim aramzida bashka bir bag var.hansiki hec kes basha dushmur.men gozumu acanda ilk atam olub menim ucun.ilk defe ag tuk gorendee hii o qeder aqlamishdimki hele kecen il 40yashi olandaa cix aqlamishdim...her il Yash ustune yash gelir ve men pis oluram.

Allah butun valdeyinleri qorusun..
21 iyun 2015 19:28
9
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
Offline
ell.nell
Valideynler muqeddes varlıqlardı.gozümüzün onunde qocalırlar.gucumuz catmır dur demeye.Amma Tanrı insana ele. sebr verirki.ALLAHA qurban olum butun valideynlere uzun ömr versin

Valideynler muqeddes varlıqlardı.gozümüzün onunde qocalırlar.gucumuz catmır dur demeye.Amma Tanrı insana ele. sebr verirki.ALLAHA qurban olum butun valideynlere uzun ömr versin
21 iyun 2015 19:25
8
Offline
efsane..
Cox tesirli ve gozel yazidi heleki hiss etmirik valideylerin yaslanmasini Allah omur versin valideynlerimize
21 iyun 2015 19:14
7
Offline
Sara035
Allah her kesin atasina uzun uzun uzunomur versin.menim atami aldi elimden bawqa atalara deymesin.hecne yaza bilmerem bu xebere.Allah Atama rehmet elesinciyy
21 iyun 2015 19:02
6
Aτasını Yuxuδa Ölмüş Görüв, Oyanarag Aτasına Sarılanlar,
-Bəs Aτasını Yuxuδa Sag Görüв, Oyanarag İçin-İçin Aglayanlar Neyləsin. !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv