Arxanca danışırlarsa deməli sən qabaqdasan

Şərhlər: 12
Baxılıb: 23 642
Səs ver:
(səs: 4)
Haqqı hər zaman müdafiə et, anlayan olmasa belə vicdanına hesab verməkdən xilas olarsan. (Herbert Uels)

Hər bir gözəllikdə pislik axtaranlar korlanmış insanlardır,bu günahdır.Hər bir gözəllikdə onun yüksək mənasını görənlər mədəni insanlardır,əsil insan isə gözəllikdə elə gözəlliyi görməyi bacaranlardır. (Oskar Uayld)

Azadlıq ifrat dərəcəsinə çatdıqda özbaşınalığa çevrilir. (M.QANDİ)

Yumor-zarafat arxasında gizlənən ciddilikdir. (P.E.VEYS)

Kişilər sevişmək,qadınlar isə məhəbbət arzusundadır. (Z.Freyd)

Aşiq olarkən insan ağlını itirir və yalnız evləndikdən sonra bu itkini hiss edir. (SAFİR MORİÇ)

Qadin çox şey istəyir,amma birindən.Kişi bir şey istəyir,amma çoxundan. (KONSTANTİN MELAXİN)

Necə ər istəyirsən-kasıb,yoxsa varlı?Kasıba ərə gedəcəksən-ərindən başqa heç nəyin olmayacaq.Varlıya ərə gedəcəksən-ərindən başqa hər şeyin olacaq. (KONSTANTİN MELAXİN)

Sənin qəbahətlərini üzünə deyən düşmən,bunları gizlədən dostdan yaxşıdır. (SOKRAT)

Yaxşı geyinmiş axmaq məclisdə ağzını açana qədər parlayacaq. (Qədim Hind aforizmi)

Hünərsiz ağıl qadınlara,ağılsız hünər heyvanlara xasdır. (Qədim Hind aforizmi)

Mübarizəsiz həyat olduqca cansıxıcıdır. (M.Y.LERMONTOV)

Mənə elə dost lazım deyil ki,hər şeydə mənimlə razılaşsın,mən başımı əyəndə o da əysin,ona qalsa mənim kölgəmdə dostdur. (PLUTARX)

Sözün qədrini bilməyən zəif düşüncəli adam adətən çox danışar. (Ş.MONTYESKE)

Arxanca danışırlarsa deməli sən qabaqdasan. (Cin atalar sözü)
(səs: 4)
Şərhlər: 12
Baxılıb: 23 642
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri