Bir qızım olsaydı əgər adını...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 13
Baxılıb: 7 600
Səs ver:
(səs: 4)
Bir qızım olsaydı əgər, adını "GECƏ” qoyardım;
Qapqara gözlərindəki parıldayan ulduzlarla Tanrının yaratdığı kainatın aynasını göstərsin deyə...

Bir qızım olsaydı əgər, adını "MÖVSÜM” qoyardım;
Dörd mövsümün bütün gözəlliklərini, beşinci bir mövsüm kimi özündə daşısın və bəzən bir son bahar kimi hüznlü, bəzən də bir yaz günü kimi parlaq olsun deyə...

Bir qızım olsaydı əgər, adını "HÜZN” qoyardım;
Bütün duyğular içində insana ən çox yaraşan bu duyğu kimi, olduğu hər yerə ruhunun rəngini qatsın deyə...

Bir qızım olsaydı əgər, adını "DƏNİZ” qoyardım;
İnsanlar, min illərdi qan qırmızısına çevirmək üçin çalışdıqları halda, inadla bir uşağın mavi gülüşünü üzündən əksiltməyən dünya kimi, insanlara mavi gözləri ilə baxsın deyə...

Bir qızım olsaydı əgər, adını "YAĞMUR” qoyardım;
Yağan yağışın insanlara fəqr qoymadan yağması kimi, haqlının da haqsızının da başına ədalətlə yağsın deyə...

Bir qızım olsaydı əgər, adını "SU” qoyardım;
Su qədər saf, su qədər duru, su qədər həyat qaynağı olsun və insanlar ondan vaz keçməsin deyə...

Bir qızım olsaydı əgər, adını "HƏVVA” qoyardım;
Həyat onunla başlasın və bir adam, onun uğrunda cənnətdən qovulmağı gözə alacaq qədər sevsin deyə...

Bir qızım olsaydı əgər, adını "NAĞIL” qoyardım;
Bir ömür boyunca mənim həyatımın məndən ona miras qalacaq olan nağılını, gözlərində kəlimələrində bütün insanlara danışsın deyə...

Hərçənd ki, indiki zamanda heç kəs qızının olmasını arzulamır. Böyük əksəriyyət oğlu olmasının xəyalını qurur, amma düşünmürlər ki, o oğlu da dünyaya gətirən bu günün istəmədikləri qızı, sabahın ANAsıdır.
(səs: 4)
Şərhlər: 13
Baxılıb: 7 600
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri