Bax və gör

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 343
Səs ver:
(səs: 5)
Nə çox şeyə baxarıq, görmədən,
Nə çox şeyi görərik, qiymət vermədən,
Nə qədər az şeyin qiymətini bilərik, itirmədən!

Baxdığını görə bilmək, gördüyü gözəllikləri fərq edərək dəyərini bilmək və bu dəyərlərə şükr edə bilmək, insanın özünü xoşbəxt etmə yolunda sahib olduğu ən gözəl üstünlüklərdəndir. Baxdığı yerdəki, yaşadığı hadisələrdəki gözəl və müsbət yanları görə bilməklə artar, xoşbəxtliyin keyfiyyəti! İnsanın özü çəkər, xoşbəxtliyi ya da bədbəxtliyi; bir maqnit, bir süngər kimi. Gözəllikləri görməyi bilənlər, xoşbəxtlikləri; mənfilikləri görməyi bilənlər, isə bədbəxtliyi yaraşdırarlar, bir paltar kimi özlərinə.

Xoşbəxtlik paltarını geyənlər; təbəssümləriylə, sevincləriylə,dincliklə bəzəyərək tamamlayarlar, gözəlliklərini. Bədbəxtlik paltarını geyənlər isə hüznləriylə, kaprizləriylə çirkinləşdirərlər, ruhlarına geydirdiklərini. Bəzən həll edilməsi çox çətin bir riyaziyyat problemi kimi çətin gəlir, adamın özünü xoşbəxt etməsi! Halbuki anlayış, xoşgörüş və gözəl düşünməyi bacara bilmək bu problemin həllini meydana gətirəcək nöqtələrdən ən əhəmiyyətliləri.

İnsanlar çox vaxt ağızlarından düşünmədən çıxardıqları sözlərin, idarə edə bilmədikləri davranışların əsiri olarlar. Hadisələrə ya da kəslərə anlayış çərçivəsindən baxıb, xoşgörüşlü bir tutum sərgilədiklərində, gözəl görüb gözəl düşünməyi vərdiş halına gətirdiklərində, əvvəlcə özlərinə yaxşılıq edərlər, çünki 'davranışlar, davranışları doğurar' sözündən hərəkətlə sərgiləyəcəkləri davranışlar onlara xoşbəxtlik ya da bədbəxtlik olaraq geri dönəcək.
Dünyəvi bir çox dəyərə sahib olunduğunda xoşbəxt olmaq üçün kafi olunacağı sanılar. Halbuki bir çox insan mal, mülk, pul kimi fani dəyərə sahib olduqları halda ruhlarında dincliyin, ürəklərində sevincin əskikliyini yaşayarlar. Bu bədbəxtliklər bəzən doyumsuzluqdan, bəzən əlindəki dəyərlərə şükr etməyi bilməməkdən qaynaqlanar. Buna görə sevinc və dinclik, şam işığı qədər zəif və qısadır.

Sahib olduğu ağılı və ürəyi davranışları ilə gözəlləşdirənlər bişirdikləri 'xoşbəxtlik yeməyinin dadını səbirləri, cəsarətləri və şükrləri ilə doyumsuz edərlər.

Bir çox insan səbr etməyi bilmədiyi üçün xoşbəxtliyin açarını itirmişdir
Bəziləri də xoşbəxtliyin açarı əlində olduğu halda cəsarətsizliyindən o qapını açmağı bacara bilməmişdir.

Xoşbəxtlik qapısını açmağı bacardığı halda şükr etməyi bilməyənlər də əldə etdiklərini çox tez dəyərsizləşdirib, itirmişdir.

Bir düşünün; insanlar hər səhər deyil də sənədə bir dəfə doğan bir günəşə sahib olsadılar, o günün doğuşunu görmək üçün kim bilər nə qədər pul və zaman xərcləyərdilər. Halbuki günəş hər gün bizim üçün heç bir qarşılıq gözləmədən doğulur və bizlər bu gözəlliyin, bu nemətin dəyərini sahib olduğumuz bir çox şey kimi görməməzlikdən gələrək yaşayırıq.
Qısacası xoşbəxt olmaq üçün çox şeyimiz var. Yalnız baxdığımız nöqtədə bu dəyərləri görməmiz lazımdır. Dəyərlərin fərqinə vara bilmək, xoşbəxt ola bilmək üçün edilə biləcək bir neçə tövsiyəmiz var:

Hər yeni günə üzünüzdə böyük bir təbəssümlə başlayın.
Sahib olduğunuz bədən və ruhun sağlam olmasının şükrünü yaşayın.
Gün boyunca sizə təbəssüm edən insanların fərqinə varın.
Gülümsəyənlər olmasa belə siz o gözəl təbəssümünüzlə onları çaşdırın.
İnsanların çirkin ya da lazımsız davranışlarına cavab vermək yerinə onların verə biləcəyi mənfiliklərdən uzaq durun.
Gözəl baxmanın təməlinin bağışlamaq olduğunu unutmayın.
Sahib olmadıqlarınıza şikayətlənmək yerinə, sahib olduqlarınızla xoşbəxt olmağa çalışın..
(səs: 5)
Şərhlər: 7
Baxılıb: 3 343
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri