Heçnə təsadüf deyil...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 5 090
Səs ver:
(səs: 5)
Heç bir qarşılaşma təsadüf deyil. Alver etdiyimiz market, yemək yediyimiz restoran, su içdiyimiz bulaq, getdiyimiz səki və orada yanlarından keçib getdiyimiz insanlar... Təsadüf kimi görünən qarşılaşmalar, yolu soruşduğumuz hər hansı biri, yüngülcə toxunduğumuz insan... Bizə gülümsəyən kiçik bir uşaq, önümüzdən birdən uçan quş... Gün boyu yaşadığımız ən sadə hadisə belə hər hansı bir zehni, fiziki, ruhi ya da romantik bir hadisənin qüvvətləndiricisi olar. Kiçik ya da böyük... Bəzən heç hesabda olmayan vəziyyətlərin içinə çəkilərik. Xəyal belə etmədiyimiz hadisələri yaşayarkən taparıq özümüzü. Bir qağayı səsi, bir satıcı qışqırması,aparar bizi illərcə ya da yollar tərəfindən uzaqlara... Həm müəllim həm də şagirdik hər əlaqənin içində. Doğulduğumuz ailə, getdiyimiz məktəblər, sıra yoldaşımız, sevgilimiz,yoldaşımız, uşağımız vs. Hər əlaqə, fərqli bir istiqamətimizin aynasıdır. Və bizlər də onlar üçün bir aynayıq. Fərqindəliyimiz yüksəldikcə, vəziyyətləri və əlaqələri yaşayarkən, özümüzü və yaşanılanları müşahidə etməyə başlarıq. Və əgər yaşadıqlarımıza yüksək idrakla baxa bilməyi bacarsaq, o əlaqə ya da vəziyyəti nə üçün yaşadığımızı qavrayarıq. Düymələrimizə ən çox basan insanlar, ən yaxşı müəllimlərimizdir. O əlaqədə qurban olmadığımızı anlar, əlaqənin bizə nəyi öyrətməyə çalışdığını qavrasaq, dərsimizi alar və yolumuza davam edərik. Əgər bunu edə bilməzsək, o əlaqədə ya da vəziyyət içində məhbus olar, ya daha ağır vəziyyətlər yaşar ya da daha zədədik vəziyyətləri ( o dərsi alana, əskik istiqamətimizi tamamlayana, özümüzü düzəldənə qədər) təkrar təkrar yaşamağa davam edərik. Bəzən bəzi insanların həyatına yalnız katalizator olaraq girərik. Onların həyatlarında dəyişdirməsi lazım olan vəziyyətin düyməsini basar və səssizcə çəkilərik. Və yüksək fərqindəlik içində qalsaq, yaşanılan vəziyyətdən təsirlənmədən, arxamıza baxmadan yolumuza davam edərik. Xülasə olaraq, ən böyük düşmənimiz ən yaxşı dostumuzdur əslində. Çünki bizdə ən böyük dəyişməyə səbəb olar ümumiyyətlə. Və hər qarşılaşma müqəddəsdir. Qarşımızdakı insanın ilahiliyini qəbul edib o şəkildə yaxınlaşsaq, nifrəti, hirsi, günahkarlıq duyğusunu, o insana qarşı məsul olduğumuz və o əlaqəyə məhkum olduğumuz duyğusunu və kini söküb təyin edərik varlığımızdan. Yaşadığımız hər vəziyyət, tanış olduğumuz hər insan müəllimimizdir. Nə qədər qısa müddətdə öyrənsək öyrənməmiz lazım olanları, qarışığımızı həll edib, iç dincliyinə, xoşbəxtliyə, ideal əlaqəmizə və ruhi yoldaşımıza qovuşarıq.
(səs: 5)
Şərhlər: 7
Baxılıb: 5 090
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri