Xəyali yaşayarkən doğrunu İtirmək

Müəllif: guler19
Şərhlər: 10
Baxılıb: 582
Paylaş:
Səs ver:
(səs: 2)
Yer üzündə yaşayan çox insan həyatı boyunca bir çox xəyal qurar və bunlara çata bilmək üçün çox çalışar. Kimi bu dünyaya istiqamətli xəyallar qurarkən, kimi də İslam uğruna edə biləcəklərini və bütün bunların özünü çatdıracağı gözəl nəticəsni düşünər, xəyal edər. Yalnız bu dünyanı düşünən və bütün planları və istəkləri bu dünya üzərinə qurulan insanlardan bəziləri, qurduqları xəyallara elə qapılarlar ki, çox vaxt həqiqi həyatdan uzaqlaşarlar. Məsələn universitet imtahanına hazırlanan bir şagirdin imtahanlara hazırlaşmaq yerinə, universiteti daxil olduğunu və məktəb həyatı boyunca nələr edəcəyini xəyal etməsi ya da tətil xəyalları qurması, bütün gələcəyini mənfi istiqamətdə təsir edə bilər. Bunu bilərək işi buraxmaq və xəyal qurmaq, əslində doğru olmayan bir dünyada əylənmək, başıboş gəzmək kimi bir şeydir.

İnsan, doğru olmadığını və bir müddət sonra oyanacağını bilə-bilə xoşuna gələn bir dünya yaşadar xəyalində. Nəfsini sərhəd tanımadan doyurmağı hədəflərkən, itirdiyi zamanın fərqinə çata bilməz çox vaxt. Xəyal qurmaq gözəldir, ancaq zaman sürətlə irəliləyirkən və itiriləcək tək bir saniyə belə yoxkən xəyallara dalmaq insanı böyük dağıtmalara sürüyər.

Bu dünyaya gəlmə məqsədini nəfsini doyurmaq olaraq düşünən insan üçün də yaşadığı həyat, xəyal aləmindən fərqli deyil. Bu dünyanın ötəri bir əylənmə yeri olduğunu və əsl həyatın axirət yurdu olduğunu bildiyi halda insan, əsl həyatı üçün heç bir şey etmirsə və bütün həyatını nəfsini doyurmaq üçün yaşayırsa, ömürünü xəyal quraraq keçirən bir insandan heç bir fərqi qalmaz. Yaşanan bu xəyal aləmini insana cazibədar və bəzəkli göstərən şeytan, insanları sonu gəlməyəcək istəklərlə və ehtiraslarla aldadaraq, sonunda ölüm olan bu dünyaya sıx bağlar. Ölümlə birlikdə əsl həyata oyanan insan isə özünə tanınan müddəti əylənərək keçirdiyi üçün böyük bir peşmanlıq yaşar. Bu peşmanlıq universitet imtahanına hazırlaşmayan və qazana bilməyən bir şagirdin yaşadığı peşmanlıqdan çox daha böyükdür. Sonsuz həyatını əbədi olaraq oda atan və əslində dogru olmayan bir xəyal üçün boşa vaxt itirən insan üçün artıq geri yol yoxdur. Geri dönüşü olmayan bir yola girib son bir fürsət istəmək yerinə, o yola girmədən əvvəl bizə tanınan zamanı çox yaxşı qiymətləndirməli və yalnız Allahın razılığını güdərək yaşamalıyıq. Tək xəyalimiz Allahın razılığını qazanmaq və cənnətinə qovuşmaq olsun inşallah. Xəyalların arxasından qaçarkən ,doğrularıi itirməmək ümidiylə.

loading...
(səs: 2)
Şərhlər: 10
Baxılıb: 582
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Catwoman666
xeyallariniz gerceklesmirse gunah kimdedi? bes gunahkar varmi burda? insan ozu hec ne elemirse sonra aglayib hec bir arzum yerine yetmir deye bimez!!! bele demek cox asandi amma men ozum de hec ne elemirem. cunki menim esl heyaim uniye daxil olandan sonra baslayacaq.
12 iyul 2015 01:48
10
Viking
Offline
Narın Yağış
Heç bir xəyalım gerçəkləşməyib indiyə qədər... bircə xəyal etdiyim unisversitetə daxil olmağımdır daxil olum öz ayaqlarım üstdə dayanmağıma bir addım yaxşınlaşmış olacam..bəlkə onda gerçəkləşməyən xəyallarıım üçün üzülməkdən əl çəkəcəm..
9 iyul 2015 21:45
9
Sənli "Günah" a dəyişmərəm sənsiz "Savab"ları heart
Offline
aliceWOnDer
Allah ne arzumuz var yerine yetirsin..
9 iyul 2015 20:26
8
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Offline
Sucan
menim o qeder gozel xeyallarim var idi ama neyse hamsi puç oldu mehv oldu dahada pis oldu xeyal qurmaq bos seydi heqiqet olmur mence
9 iyul 2015 17:54
7
Offline
vipbetul
xeyal insani gercek alemden uzaqlashdirar ne qeder qeseng olsada sadege xeyali xeyal ederek deyil onu gercek etmeye mugadile ederek yashamaq lazimdir
9 iyul 2015 17:21
6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
GünƏşimƏ_AiD_
insan arzularsiz xeyllarsiz qala bilmez..ele bill onlar bize yashmaqa stimul verir..men xeyal etmeyi cox seven biriyem....anam deyireee mene ki az uch goyerde heyat acidi salar senir yere..deyirem ay arvad nece mustbed enerji verirsenee adamaa..122
9 iyul 2015 17:13
5
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
Offline
hazal♡
Cox xeyalarim var insAllah olar
9 iyul 2015 13:45
4
Sevmək asan oldugu kimi, unudmagda asan olur zamanla...O:-)
Online
BARBI
Ona gore xeyallarla yox aci heqiqetlerle yasamaq lazimdir. Menim de tek xeyalim cennetime qovusmaqdir
9 iyul 2015 06:29
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Nergız33
Düzdu bir cox insan o biri dünyanı düşünmeden yaşayır .
9 iyul 2015 05:14
2
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
Offline
Dosta_inam
Çox doğru qeyd edilib,bu dünya geldi gederdi,esas axiretimizdir,Allah her birimizi cennetin qapılarına doğru irelilemeyi nesib etsin,bizleri pis emellerden çekindirsin,Amin.
9 iyul 2015 05:07
1
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv