Bağışlamaq yoxsa fikir verməmək?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 403
Səs ver:
(səs: 0)

Hər şeydən tez küsüb, yaxınlara kin saxlamaqla dəymədüşər adını almısınız? Bu xasiyyətiniz özünüzü də bezdirib? Onda...

***
- İdeal insan olmur. Heç sən özündə ideal deyilsən. Tənqidi eşidib, obyektiv yanaş.

***
- Fikirləşin ki, qarşınızdakı insan doğrudanmı sizin xətrinizə dəymək istəyir. Ola bilsin ki, istəmədən ağzından söz qaçırdıb. İstənilən anda "Bu mənim xoşuma gəlmir" deyib öz fikrinizi bildirə bilərsiniz. Cavab olaraq "Üzr istəyirəm" alacağınıza əmin olun. Növbəti dəfə artıq həmsöhbətiniz nə deyəcəyini əvvəldən biləcək.

***
- Hər deyilən sözə aqressiv yanaşmayın. Bəlkə həmin tənqiddə sizin xeyrinizə olan məqam var. Yüz ölçün, bir biçin.

***
- Qarşınızdakının sizi əsəbləşdirmək niyyətində olduğunu görəndə özünüz olmaqdan çıxın. Bir az şıltaq, heç kimi saymayan bir insan obrazına girin.

***
- Kobud cavab verməyə tələsməyin. İlk növbədə bu etika xətrinə edilməlidir. İkinci isə qarşınızdakı sizi özünüzdən çıxardığı üçün sevinə bilər.

***
- Kin saxlamayın. Bu sizin əsəblərinizə ziyandır. Umu-küsülülüyü aradan qaldırmağa çalışın.

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 403
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri