Ancaq Azərbaycanda...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 547
Səs ver:
(səs: 9)
* Ancaq Azərbaycanda papaqla asfaltdan keçən deyir ki, şəhərliyəm.

* Ancaq Azərbaycanda "kəndçisən” sözü təhqir hesab olunur.

* Ancaq Azərbaycanda imkanı olan öz qızının adına şadlıq sarayı açır.

* Ancaq Azərbaycanda konduktorlar əzilməmiş pulları bəyəndikləri qızlar üçün saxlayırlar.

* Ancaq Azərbaycanda birinə "qara sənə çox yaraşır” deyərlərsə, tez də əlavə edirlər "allah yaraşdırmasın”.

* Ancaq Azərbaycanda milləti panikaya salmamaq üçün ciddi xəbərləri gizlədirlər.

* Ancaq Azərbaycanda bir sirr verəndə yavaşca deyirlər və əlavə də edirlər "divarların da qulağı var”.

* Ancaq Azərbaycanda Qurban bayramında kəsilmiş qurbanları pulla satanlar da tapılır.

* Ancaq Azərbaycanda instituta qəbul olandan ilk soruşulan sual bu olur ki, "özün qəbul oldun, yoxsa .....?”

* Ancaq Azərbaycanda sinif nümayəndələrinə imtahanın qiymətləri pulsuz yazılır.

* Ancaq Azərbaycanda imtahanın qiymətini aşağı salmaq üçün müəllimlə danışanda deyir ki, "Bazarda deyilsən”.

* Ancaq Azərbaycanda bir az qarın yağması hər şeyə - işığa, qaza, suya, hətta telefon xəttlərinə də təsir edir.

* Ancaq Azərbaycanda Qızlar namaz qılıram deyə özünü sığərtalıyır..

* Ancaq Azərbaycanda Bakılılara iş yoxdur...

* Ancaq Azərbaycanda Naxışlarını çox bəyənərək aldığı yeni bir mebelin üstünü başqa bir örtük ilə örtərək istifadə edirlər.

* Ancaq Azərbaycanda Balon qazı alarkən buraxırmı, buraxmırmı deyə kibrit yandırıb nəzarət edirlər.

* Ancaq Azərbaycanda Yeməkdə əti bıçaqla deyil, çəngəlin yanıyla kəsməyə çalışan bir kişi görə bilərsiniz.

* Ancaq Azərbaycanda qırmızı işıqda durduğunuz üçün sizə arxadan siqnal verəllər.

* Ancaq Azerbaycanda Elektronik kalkulyatoru, pultu neylona salıb, üzərinə də əlavə qab keçirib istifadə edirlər

* Ancaq Azərbaycanda On illik bir avtomobilin kreslo üzlərini çıxarmadan istifadə etməyi bacarırlar

* Ancaq Azərbaycanda 1 sürücü dönməyi bildirən işıqları yandırmaq əvəzinə qolunu çıxararaq "dönürəm" hərəkəti edə bilər.

* Ancaq Azərbaycanda 1 sürücü qırmızı işıq yaşıla dönən kimi önündəki hər kəsi axmaq sanaraq siqnala basa bilər.

* Ancaq Azərbaycanda Qəzet kağızı ən yaxşı şəkildə istifadə olunur (Şüşə silmə bezi, papaq, dəsmal, süfrə bezi)

* Ancaq Azərbaycanda 1 Azərbaycan qadını, dənizə diqqət çəkməmək üçün paltarlarıyla girib, bütün diqqətləri üzərinə çəkə bilər.

* Ancaq Azərbaycanda Avtomobilinin arxasına YU MƏNİ yazan 1 Azərbaycanlı deyil bəs kimdi?
(səs: 9)
Şərhlər: 5
Baxılıb: 2 547
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri