İndi sən de bu hallar nə qədər düzgündür

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 1 923
Səs ver:
(səs: 5)
SUAL:
Yalnız Azərbaycanda diqqəti cəlb edən, cazibədar, açıq-saçıq geyinən bir xanım görən kimi "FULLLLLLLLLL" sözü işlədilir...
"Full"  özü ingilis sözüdür və yazılışı da elə "Full" kimi məlumdur bizlərə... Bu məsələdə də Azərbaycanlılar öz izlərini qoyublar tarixə - "Full" sözünün sonundakı "L" hərflərinin sayını artırmaqla...
Bəhs olunan anda "Fulllll" sözünün səslənişi zamanı həmin sözü səsləndirən insanın sifət cizgilərini, dil-dodağının 1 saniyənin içindəcə hansı formalar almasını görməyə dəyər! Və həmçinin "Fullllll" sözündə sonunda "L" hərfinin də səslənib bitənə qədər o səsdəki xüsusi avaz və intonasiya xüsusilə təqdirə layiqdir! İnsan beyni bir anın içində ancaq bu qədər kəşflər edə bilərdi!
"Full" sözünün sonundakı "L" hərfinin sayının neçə dəfə artırılması isə görünən obyektin "Fulluluq" dərəcəsinə görə müəyyən olunur!
İndi siz deyin bu hallar nə qədər düzgündür???

SUAL:
Bu gün cəmiyyətimi düşündürən ən əsas məsələlərdən biri "Qadın hüquqlarıdır". Ya cəmiyyət qadın hüquqlarının nə olduğunu bilmir, yada öz cəmiyyət öz qadınlarını tanımır. Bu gün insanlar öz qadınına hörmət et deyəndə nədənsə evə gedəndə ona hədiyyə almağı, onu restorana aparmağı, ona ən azından bir çiçək, parfum almağı düşünür. amma hörmət bu deyilki, bu hörmətin digər bir addımı olan fəaliyyətdir.
Qadına hörmət ilk növbədə ona evdə göstərdiyin nəvazişdir. Onu qadın olaraq deyil həyat yoldaşın olaraq, səninlə bu dünyanı paylaşan ortaq olaraq görməlisən. Onunla bir gün bərabər Yemək hazırlasan, onun ən sevdiyi seriala bir yerdə baxıb o seriali onunla müzakirə etsən, o zaman qadın anlayar ki, sən onun yemək zamanı çəkdiyi əziyyəti necə dəyərləndirirəsən, onun sevdiyi bir şeyi onunla bir yerdə edirsən.
Qadın hüquqları qadını qadın kimi görmək deyildir, qadının özün kimi dəyərli olduğunu anlamaqdır. Qadını dinləmək lazımdır, eşitmək lazımdır... və dinləməyə uyğunda qadına diqqət göstərmək lazımdır.
Yoxsa mən arvadımı döymürəm, söymürəm, o cür ev remont eləmişəm, şərait yaratmışam otursun evdə kef eləsin. Kişinin qadına verdiyi ən çox sual budur: "Nəyin çatışmır sənin? yeməyini alıram, paltarını alıram, isti evin." Budurmu Qadın hüquqlarını anlamaq?
İndi siz deyin bu hallar nə qədər düzgündür???

Sual:
Yalnız Azərbaycanda rüşvət aldıqdan sonra "qadan alaram, halallığını ver..." ifadəsi işlənir!
Bilmirəm Azərbaycanın torpağındandımı, suyundandımı, havasındandımı, yoxsa elə cəmiyyətimizin özündəndirmi, hər şeyin yalnız bizə məxsus versiyasını kəşf edirik! Bu hamımıza məlum olan bir həqiqətdir! Bəşəriyyət yarandığı gündən bəri rüşvət haram buyrulub! Eləcə də İslam dinində də bu məsələyə qarşı qəti mövqe var və təbii ki, haram buyrulur... Tarix yarandığı dövrdən indiyəcən haram buyrulan bir əmələ sahib olduqdan sonra insan hansı üzlə "qadan alaram, halallığını ver..." ifadəsini işlədir, anlamıram!...
İndi siz deyin bu hallar nə qədər düzgündür???

SUAL:
Qulaqdan qulağa oynalınan ən məşhur oyunun ən məşhür sözü budur. "Səni sevirəm”. Sən ona deyirsən, oda başqasına.  Cəmiyyət bu oynu oynamaqda çox maraqlıdır. Biz bunu uşaqikən oynayardıq, amma böyüdüm anladım ki, biz uşaqlar heç bu oyunun mahiyyətini bilmirikmiş, böyüklər bu sahədə daha mütəxəssizdir. O buna səni sevirəm deyir, bu ona səni sevirəm deyir və bu ardıcıllıq davam edir.
Artıq səni sevirəm sözünün dəyəri qalmayıb. Bəlkə bu qulaqdan qulağa dolaşan sözü.. "Mən səni heç kimə vermərəm" sözü ilə dəyişəyin...
Heç olmasa bu yeni söz ancaq ülvi hisslərlə başqasına işlədilmiş olsun.
Yoxsa beyində ki, əxlaqsız düşüncələri həyata keçirmək üçün bir qıza səni sevirəm deyən alçaqlar  və ərə getmək naminə bir oğlana səni sevirəm deyən axmaqlar bu sözün dəyərini öldürməklə bərabər insanların içində ki inamıda məhv edir.
İndi siz deyin bu hallar nə qədər düzgündür???
(səs: 5)
Şərhlər: 7
Baxılıb: 1 923
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri