Hekayə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 273
Səs ver:
(səs: 0)

 http://imgs.su/tmp/2012-01-24/1327387002-435.jpg

Gənc adam, evinin alt mərtəbəsində dülgərlik edirdi. Qapı və pəncərə mövzusunda mütəxəssis idi. Lakin plastik pəncərələr dəbə mindikcə, taxta qapı-pəncərələrə rəğbət azaldı. Buna görə işlər yaxşı getmirdi. Üstəlik də uşaqları böyümüş, biri xaric məktəbə başlamışdı. Xərcləri artınca, yanındakı köməkçisini işdən çıxartdı. İşə bir az daha erkən başlayır, köməkçiyə ayırdığı pulu, uşaqların xərcləri üçün xanımına verirdi.Dülgər bir gün işləyərkən, elektrik kəsildi. Və uzun müddət gözlədiyi halda gəlmədi. Tərslikdən o akşam təslim etməsi lazım olan bir neçə pəncərə vardı. Bekar qalmağı sevmirdi. Aləti yağladı, taxta qırıntılarını süpürdü. Bir az istirahət etmək üçün evə çıxarkən, rubilnikə (güclü elektrik cərəyanını kəsən açar) nəzər saldı. Bu iş normal deyildi. Biri gəlib bağlamışdı açarı. Dəstəyi qaldırınca, işıqlar yandı.
Təxminləri doğru çıxmışdı amma, bu işə bir məna verə bilmirdi. Zarafat desə, belə bir zarafat edilməzdi. Özünü qısqanacaq bir düşməni də yox idi.
İşə başlayanda, yenə eyni şey oldu. Amma bu səfər günahkarı görmüşdü. Oğlu gəlib dəstəyi aşağı endirərkən atası ilə qarşılaşmışdı.
Usta, on yaşına gəlmiş bir uşağın belə bir avaralığını bağışlaya bilməzdi. Bütün günü onun üzündən məhv olmuşdu. Bir dəfə etmiş olsa, səs çıxartmazdı. Amma təkrarlaması, hansı istiqamətdən baxılsa baxılsın, böyük səhv idi. Qulağından tutub möhkəm bir şillə atdı. Hər şey onun yaxşılığı üçün idi. Bəlkə vurduğu şillə avara olmasının qarşısını alardı. Usta oğlunun gözyaşlarını görməməzlikdən gəldi və evə çıxdıqdan sonra, yoldaşına qəzəbli səslə:
— Bu uşağın, məktəbdə kimlərlə oturub durduğunu bilməliyik!.. dedi. Əgər sərbəst buraxsaq, başımıza böyük dərdlər açacaq!
Usta bir müddət düşündü. Sonunda da ən asan yolu tapdı. Oğlunun heç axsatmadan tutduğu gündəliyində, yoldaşlarına aid ip ucu olmalı idi. Yoldaşı buna qarşı çıxsa da ona qulaq asmadı və uşağının gündəliyini oxumağa başladı. Və
gündəliyin ən son səhifəsindən bu sözləri oxudu: «Bu gecə pis bir yuxu gördüm. İşləyərkən atamı elektrik vurur. Allahım onu qoru!.. Mən əlimdən gələni edəcəyəm!..»

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 273
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri