İndi sən de bu hallar nə qədər düzgündür (3)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 418
Səs ver:
(səs: 3)
SUAL:
Yalnız Azərbaycanda xarici vətəndaşlara və dilimizi bilməyən digər əcnəbilərə zəngin köklərə bağlanan dilimizin söyüşləri və təhqiretmə formaları öyrədilir!
Dəfələrlə müşahidə etmişəm, bir insan öz əcnəbi qonağını dostuyla ya tanışıyla tanış etdikdən sonra söhbətə başlayarkən ilk etdiyi "iş" əcnəbini söydürmək olub! Bu qədər geniş, zəngin, dərin mədəniyyətə bağlı olan bir dilin hansısa söyüş, təhqir ya vulqar sözlərini dərhal əcnəbiyə öyrətməyə nə ad vermək olar? Hələ internetdə də yayılıb xaricdə yaşayan Azərbaycanlıların oradakı yerli əhaliyə Azərbaycan dilində söydürüb, videoya çəkib internet saytlarına yerləşdiriblər!
İndi siz deyin bu hallar nə qədər düzgündür???

SUAL:
Bu gün təhsilə başlayan hər bir gənc elmlə bərabər hörmət etməyi və bu hörmətin ruşvət olduğunu öyrənir. İllər keçdikcə valideyinləri tərəfindən müəllimə hörmət edilən şagirdlərə müəllimlər daha çox diqqət göstərir. 9-cu sinifdən sonra atestat almaq istəyən şagird dərslərini 5 etməkdən daha çox pul tapıb atestatı 5 etməyi düşünür.Demək ki, 11 illik təhsilin sonunda şagird oxuyanın deyil hörmət edənin atestati 5 olacağını öyrənir. bu bizim təhsil və mədəniyyət aldığmız ilk ocaqdan öyrəndiyimiz.
İndi siz deyin bu hallar nə qədər düzgündür???

SUAL:
Yalnız Azərbaycanda Qarabağı işğal altında olmasına baxmayaraq "Şuşa, Laçın, Qarabağ” adında restoran-kafelər fəaliyyət göstərir! ???
Ölənlə ölməyin mümkün olmadığı kimi gedənlə getmək də olmur! Amma yenə də bu qədər biyabırçılıqlara yol vermək olmaz axı! Adı "Şuşa, Laçın, Qarabağ" olan restoranlarda eyş-işrət məclisləri qurub, keflənib, rəqs edib özünü hansısa yüngül formaya salmağa nə ad vermək olar? Bu restoranlara ən azından başqa ad vermək olardı axı...
İndi siz deyin bu hallar nə qədər düzgündür???

SUAL:
Məktəbi bitirən şagird hər nə zülmlə olsada Universitetə qəbul olur. Budur tələbə anlayır ki, oxumasa belə 4 aylıq öndə oturub, müəllimi dinləyib, dəftərə əziyyətlə yazıb, kitabxanalarda kitab axtarmaqdansa bunu hörmətlə həll etmək olur. Bəziləri hətta bu hörmətin yükək olması ilə heç universitetə ayaq baxmamaqla həll etməyin asan olduğunu anlayır. İllər keçir tələbə universiteti bitirir və ən önəmli olan şeyi anlayır. Oxumaqla almaq olanı hörmətlədə almaq olur. Universiteti bitirib həyata atılan bu gəncin universitet illərdinə öyrəndiyi bu olur.
İndi siz deyin bu hallar nə qədər düzgündür???

SUAL:
Yalnız Azərbaycanda torpaqlarımız üçün canından keçmiş insanların əbədi uyuduğu Şəhidlər Xiyabanında öpüşmə səhnələrinə şahid ola bilərsiniz və Əbədi Məşəl yaxınlığında bu səhnələr ən biyabırçı həddə çata bilər!
Pozğun olmağın son həddi olmalıdır bu! O şəhidlərin yatdığı məkanı çalışaq ayda bir dəfə, ya 3 aydan bir, ya 6 aydan bir ya da ildə 1 dəfə də olsa ziyarət edək! Bunu etmiriksə yanımıza əks cinsin nümayəndələrindən birini alıb, şəhidlərimizin ruhunun qarşısında öpüşmək nə dərəcədə doğrudur??? Vallah şəhidlərin o qəbirlərdən ayağa qalxıb danışmaq şansı olsaydı bu torpağı bizə haram edərdi- ki, "mən canımdan keçib, azadlığı uğrunda şəhid olduğum torpağın mən yatan hissəsində sən erotikayla məşğulsan!???
İndi siz deyin bu hallar nə qədər düzgündür???

SUAL:
Yalnız Azərbaycanda düşmən cəbhəsinin saysız-hesabsız hərbçilərini qətlə yetirən Milli Qəhrəman barədə cəmi 3-4 gün danışılmasına baxmayaraq bir estrada insanının bıçaqlanması həftələrlə gündəmdən düşmür! ???
Şou-biznes nümayəndələrinin şəxsi həyatı Azərbaycan, Afrika, Amerika, Avropa, Asiya olmasından asılı olmayaraq hər zaman gündəmdə olub! Amma bəzi dəyərləri şou-biznes dəyərlərindən aşağı tutmağı ən azından insan özünü ar bilməlidir! Bu barədə geniş yazmayacam, amma Mübariz İbrahimovun atılan bir dırnağını çou-biznes nümayəndəsinin bütün həyatına dəyişmərəm!
İndi siz deyin bu hallar nə qədər düzgündür???

SUAL:
Əsgərliyini çəkmiş şəxs artıq iş həyatına atılmalıdır.Necə??? Universitetdə nə öyrəndiki??? deməli 2 yol var. ya "tapış" yada Hörmət. Deyək ki, həmin şəxs əsgərlikdən gəlib, hörmətini edib yeni bir işə düzəlir. Bu şəxs ilk olaraq nə edəcək??? əlbətdəki elədiyi hörməti çıxarmalıdır. Yəni oda hörmətlər almalıdır ki, balans yerinə otursun. Bu insan cəmiyyət üçün necə faydalı olacaq? O işə girəndə ilk bunu anladı ki, verdiyini çıxarmalısan...
İndi siz deyin bu hallar nə qədər düzgündür???

:ehh
Bu gün evdə balaca uşaqların yanında öpüşən, sevən, xəyanət edən, sevisi üçün valideyinləri ilə dilbə-dil olan seriallara baxılır. Bu uşaq ana dilini bu seriallardan öyrənir.
Bu gün əldə etdiyin nailiyyətlərlə deyil, sürdüyün maşın və işlətdiyin telefona görə oğlanlar öyünür.
Bu gün rüşvət verən daha çox hörmət sahibi olur.
eh... bax biz elə balacalıqdan bunu öyrənə-öyrənə, görə-görə gəlirik
Demək ki, problemin həllini özümüzdə axtarmalıyıq... yeni doğulan körpələrdən başlamalıyıq. Onları böyüdükcə yolların azmağa QOYMAMALIYIQ!
İndi siz deyin bu hallar nə qədər düzgündür???
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 2 418
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri