İcazə ver

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 131
Səs ver:
(səs: 4)
Bəzən özümüz öz qarşımızda elə zavallı vəziyyətdə oluruq ki, özümüzdən qorxuruq. Çünki bilirik bizim ən böyük düşmənimiz elə özümüzük. Bəzən hər hansı bir sıxıntımız olanda çarəni içkidə, siqaretdə tapiriq, yüzlərlə ağılsız hərəkətlər edirik. Halbuki bizi bunları etməyə heç kim məcbur etmir. Allah Təala (c.c.) bizim qarşımıza qoyduğu tapşırıqların cavabını bizim öz ixtiyarımıza buraxır amma biz doğrunu tapmaq yerinə başqa yollara əl atırıq, ağılsız həll yollarına.
Həyat prinsipləri çox qəribədir. Biz lazımsız hər şeyi həyatımızda yoxlamaq istəyirik və nəticədə özümüz məğlub oluruq, öz gözlərimizdə kiçilirik,dəyərsizləşirik, gücsüzləşirik. Özümüzə görə kiçildiyimiz halda başqalaraına ən güclü, yenilməz biri kimi görsənməyə çalışırıq. Baxmayaraq ki...
Ağıllı insanlar onsuzda bizlərdə bizim gizlətdiklərimizi görə bilirlər. Belə halda özümüzdən niyə qaçırıq, niyə özümüzü aciz vəziyyətə salırıq, dərdlərimizi bölüşmək yerinə, niyə özümüzü ən güclüymüşük kimi göstərməyə çalışırıq və ən nəhayət niyə yalnızlığa qapanmağa çalışırıq?!
Halbuki bölüşsək bütün olanları...Həyatın ağırlığını az da olsa çiyinlərimizdən atsaq, təbəssüm etsək- amma saxta yox, ürəkdən gələn bir təbəssüm. Bir ömrü bölüşsək doya- doya...Keşmişin qaranlıq izlərini həyatımızdan, ürəyimizdən silə bilmək üçün vergüllərlə birlikdə oxusaq bizə aid olan hekayəni, daxilimizdəki günəşdən işıq alıb aydınlatsaq dünyamızı..Bəlkə də biz buna məcburuq..
Sevinclər bölüşdükcə artar, kədərlər isə azalar...Dərdlərimizi, sevinclərimizi bölüşməyə icazə verək bir- birimizə..Qorxursansa bundan, xoşbəxtliyin sənin olsun, kədəri bölüş güvəndiklərinlə. İcazə ver səni incitmədən qəlbindəki kədərlərə toxunsunlar, zehninin bulanıqlığını silsinlər, ruhuna yaxın olsunlar. Yetər ki, üzündə bircə dəfə ürəkdən gələn təbəssüm görülsün. Dənizlərin hər zaman sakit olmadığı bəllidir. Icazə ver qasırğalara qalib gələn güc versin sevdiklərin sakit dənizinə, bərabər aşılsın bütün çətinliklərin öhdəsindən. Sadəcə Ruhunun dərinliklərindən xəbərsiz buraxma. Bölüş dərdlərini, sirrli olma, yalnızlığa qapanma.

Düşünsək, yəqinki yalnızlığı biz özümüz uydurmuşuq.
(səs: 4)
Şərhlər: 2
Baxılıb: 2 131
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri