Gözləmə dönməyəcək

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 347
Səs ver:
(səs: 0)

 

http://imgs.su/tmp/2012-01-23/1327300341-435.jpg

Gözmə dönməyəcək' dedi.
C
avab vermədim. Üzünə baxdım, mənalı olmayan üzünə. Pis bir x
əbəri verərkən bir insanın necə də belə soyuq rəftar edə bildiyini heç anlaya bilməmişdim. Eləcə baxdım. Bəlkə də mənasız baxışlarım. Bəlkə də bir şeyi gözlədiyimi hiss etdirəcək bir baxış... Onu vecimə almadığını görəndə təkrar etdi:Gözləmə dönməyəcək..

Bilirdim dönməyəcəyini. Gedənlərin ‘dönəcəm' vədlərini dönməmək üzrə getdiklərini bilirdim. Bilirdim, tərk etmənin gedənlərə xoş gəldiyini. Gedənin getdiyi yerə öyrəşdiyini bizi unutduğunu bilirdim.. Bəlkə də gedənə deyil, qalana düşürdü kədərlənmək. Kədərlənməkmi? Yoxsa mən həqiqətən kədərli idimmi? Necə olar! Həyatımın ən gözəl saatlarını mən bu qəhvə masasında keçirdim. Bu o adam şahid idi buna. ‘Gözləmə dönməyəcək' deyən, o üzü mənasız olan adam.

Yenə səsləndi stəkanlara bir şey doldurarkən. ‘Gözləmə dönməyəcək'
Baxdım üzünə. Uzun uzun baxdım. O mənə heç baxmırdı. ‘Gözləmə dönməyəcək' deyərkən belə baxmırdı. Hər gün saat üçdə, qəhvənin pəncərəsindən rahatlıqla gələni-gedəni görə biləcəyim bu masa, məni görməyə alışmışdı... Hər gün bəli.
Neçə il oldu? Neçə il oldu..Günləri sayılmış neçə illər..
Çayımı önümə qoyarkən eyni sözləri zümzümə edirdi. ‘Gözləmə dönməyəcək'

Nə deyə bilərdim. İlk gün bura gəldiyimdə, əlində nimçəsi sağa sola qaçan bir cavan idi.İndi isə üzündə yüngül bir gülümsəmə, ağır addımlar atmağa diqqət göstərən yaşı ötmüş bir insan. İllərcə eyni şeyi söyləməkdən bezmədi. ‘Gözləmə dönməyəcək'
Söylədiklərinə diqqət belə etmirdim..Qoymurdum ki. onun sözləri mənim qəlbimə dəysin..O hər səhər mənə yaxın gəldiyin də, çayımı hər dəfə masanın üzərinə qoyduğundan eyni sözləri təkrar edir..Gözləmə dönməyəcək..
Dönməyəcəkdi.Əlbətdə bilirəm.Hansı gedən dönmuş ki. fikirləşirəm...Hər gün bir ümidlə gəlirəm..Hər gün dönəcək deyə düşünürəm..Hər gün onun səsini eşidəcəm deyə gəlirəm..Amma ki. bu insanın sözlərini eşidirəm..Gözləmə dönməyəcək..

İki saatın tamamında durdum yerimdən..Mənə cay gətirən oğlanın yanına getdim..
Ona hesab üçün müraciət edtiyim zaman mənə pulun miqdarını demədi.. Sadəcə gözlərimə baxıb yenə həmin sözləri təkrar etdi..Gözləmə dönməyəcək..Diyib ..Getdi..Məndən də pulu almadı..
Zaman keçdi..Bir il ərzində mən heç ora getmədim..Həmin zamnadan sonra getdim..Və həmin o oğlan yox idi..Ordakılardan soruşanda..Həmin oğlabnın öldüyünü dedi..Çox pis oldum..mən neçə il sonra gəlmişdim..O yox idi..Göz yaşlarımı saxlaya bilmədim..
Ölüm səbəbini isə onun öyrənəndə mənə belə dedilər..O səni sevirmiş..Sizin başqa birini gözlədiyinizi bilirdi..Ona görədə dözə bilmədi..Özünü öldürdü..Sizi hər gün gözləyirdi..Siz gəlmiyən də çox pis olurdu...

Bu sözləri eşitdim..Durdum..San ki. dünya başıma fırlandı..Mən birini gözləyərkən məni ölümünə sevən biri..Eh..
O mənə dediyində kaş bilərdim..Kaş onu qoymazdım ölməyə..Bilirəm ki. kaşlar da heç nəyi dəyişdirmir....O, ölməzdi..Mənə yenə hər gün o sözü deyərdi..Gözləmə gəlməyəcək..
İndi səni gözləyirəm..Və sən də yoxsan..

Siz siz olun heç vaxt gözləməyin..Gedən dönməyəcək..Yaxınınzdakı insanın qədrini bilin..Və onun sizə olan duyğusunu anlayın...

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 347
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri