Bunları bilirdizmi?

Müəllif: Meleknur
Şərhlər: 10
Baxılıb: 3 023
Səs ver:
(səs: 3)
İlk dəfə 19 yaşımdaykən o mənə Marqo deyə müraciət etdi. Biz ayrıldıq. O getdi. Getdiyi gündən o adla heç kəsin məni çağırmasına izn vermədim. Niyə? Çünki mən xatirələrə qayıtmıram, çünki mən sadəcə unuduram məni unudanları. 30 il sonra Mayamiyə səfərim zamanı kütlənin içindən Marqo deyə bir səs eşitdim. Qocalmış, əynində dilənçi kürkü olan o idi. Marqo deyirdi. Heç nə demədim. Mənə ayrılan otağa keçib ağladım. Və o gün anladım ki, mən dəmir filan deyiləm, sadəcə qadınam...

Ən qısa avtobioqrafiya üzrə yaşlı bir fransız qadın qalib olub:
- " Əvvəllər mənim hamar dərim və qırışmış yubkam var idi, indi isə - tərsinədir".

Selfie
1 - "Borderline selfitis": (Bu xəstəliyin sərhədində olmaq) - Şəxsin öz şəkilini gündə ən az üç dəfə çəkməsi, amma sosial şəbəkədə paylaşmaması;
2 - "Acute selfitis": (Bu xəstəliyin irəliləməsi) - Şəxsin öz şəkilini gündə ən az üç dəfə çəkməsi və hər birini gündə 3 dəfə sosial şəbəkədə paylaşması;
3 - "Chronic selfitis": (Bu xəstəliyin xroniki hal alması) - Nəzarət edilə bilməyəcək dərəcədə şəxsin öz şəkilini gecə-gündüz ard-arda çəkməsi və gündə altı dəfədən çox sosial şəbəkədə paylaşması. Psixoloqlar bu xəstəliyin hələ müalicəsi olmadığını, lakin idrak davranış terapiyası ilə müvəqqəti bir müalicə edilə biləcəyini vurğulayıb.

Meksikada bir tarlada 1100 il əvvəl qurban edilmiş insanlara aid kəllə sümükləri aşkarlanıb. 150 nəfər insanın məhsulların bərəkətli olması və yağışın yağması üçün qurban kəsildiyi bildirilir.
Bu sümüklər Teotihuakan Krallığını əhatə edən su kanalını tədqiq edilərkən tapılıb. Qazıntılar zamanı bölgədə su allahına aid heykəllər, tüstü qabları və s. tapılıb.
Qeyd edək ki, Meksikada qurulan sirli dövlətlərdən biri olan Teotihuakan insanların qurban kəsilməsi kimi mərasimlər təşkil edən Asteklərdən min il əvvəl qurulub. Kolumbdan əvvəlki sivilizasiyaların bəziləri insan qanına kainata nizamverici bir qüvvə kimi baxır və qan axıtmaq üçün insanları qurban kəsirdilər...

Cizgi filmlərinin sonları:
1. Tom və Ceri son bölümdə dəmiryolu relslərinin üzərində oturaraq intihar edirlər.
2. Tweety cizgi filminin sonunda Tweety Silvestrın ayaqlarını və qollarını kəsir.
3. Qırmızı papaq cizgi filmində əslində ovçu olmur. Canavar nənəni də, Qırmızı papağı da yeyir.
4. Çəhrayı Panter cizgi filmində qara rəngli Panterlər atalarının adına ləkə gətirdiklərini söyləyərək Çəhrayı panteri küçədə gedərkən parça parça edirlər.
5. Süngər Bob və Patrik restorandakı yanğın səbəbilə həlak olurlar.
6. Red Kit Cizgi filmində Red Kit Daltonlarla döyüşdə tam öldürüləcək məqamda qaça bilir...

Tanınmış fransız yazıçısı Viktor Hüqoya "Məşhur olduğunuzu nə vaxt hiss elədiniz?” sualını verirlər. Cavabında yazıçı deyir: "Qış ayları idi. Evimə çatanda gördüm ki, qapının açarını itirmişəm. Özü də, tərslikdən ayaqyoluna getməyim gəlirdi. Bilirsiniz ki, qışda havanın soyuq olması ilə əlaqədar adam bu cür şeylərə daha dözümsüz olur. Bir sözlə xəlvətə salıb verdim özümü evimin bir küncünə. Elə təzəcə işə başlamışdım ki, haradansa jandarm peyda olub qolumdan tutdu, üstümə bağırdı: Heç utanmırsan-dedi-adam da Viktor Hüqonun evinin qarşısında belə iş tutar?”
Bax, onda anladım ki, artıq məni tanıyırlar.

Ərəb şeyxləri 11 milyonluq yağış sifariş ediblər. Bundan sonra əmirliyin əhalisi quraqlıq və isti havadan əziyyət çəkməyəcək.
Sözügedən layihə xüsusi qurğuların mənfi ionları toplaması və onların öz növbəsində yağış buludlarının yaranmasında istifadəsindən ibarətdir. Belə ki, layihə çərçivəsində alimlər bir neçə süni yağış təşkil edib və bu yağışlar demək olar ki, təbii yağışlara bənzəyib.

«Ən böyük həbsxana cahil bir insanın beyninin içidir.»

Sevdiyin insanı başqa birisi ilə paylaşmaq qara torpaqla paylaşmaqdan daha ağır bir hissdir...(Qənirə Paşayevanın yaxın günlərdə oxuyucularla paylaşacağı "Mənim nənəm..." hekayəsindən)

Dünyanın 5 qəribə hadisəsi.
1---1978-ci ildə Volqoqrad vilayətində yaşayan Nikolay Aleksandroviç Lipatov ildırım vurması nəticəsində ağır zədə alır və möcuzə nəticəsində sağ qalır. Sağalandan sonra 3 avropa dilində sərbəst danışmağa başlayır.
2---1987-ci ildə Tula vilayətində pensioner Qennadi Serqeeviş Smirnov yük maşını ilə hasar arasında qalır, başından ciddi zədə alır. Növbəti gün alman dilinde danışmağa başlayır.
3---1992-ci ildə isə Yaroslavlda ağır xəstəlik keçirən qızcığaz sağaldıqdan sonra başa düşülməz dildə danışmağa başlayır. Sonradan aydın olur ki, bu eramızdan əvvəl III əsrdə mövcud olan Şumər dilidir.
4---Moskva psixatriya institutunda 70 yaşlı insult keçirmiş qadının rus dilini unudaraq ivrit dilində danışmağa başlaması hamını heyrətə gətirir. Məlum olmuşdur ki, nə vaxtsa bu qadın ivrit dilini bilib, ancaq o zaman laaap kiçik yaşda idi ve Ukraynada yaşayırdı.
5---Yaxın keçmişdə baş verən bir hadisə: Şotlandiyada 50 yaşlı qadın yuxudan durduqda öz ana dilində qeyri-adi danışdığını hiss edir. Məlum olur ki, bu Cənubi Afrika ləhcəsidir. halbuki, qadın oralarda heç zaman olmayıb.

20 illik əziyyətdən sonra isveçrəli bioloq Marks Kobert pomidor və almanın genlərini birləşdirərək içi qırmızı alma ala bilmişdir.

Ilk dəfə Çin imperatoru Liu Çunqda müşayət olunan və bu günə qədər nadir hallarda da olsa yenə rast gəlinən "pupula duplex" adlı xətəlik var . Bu iki göz almasına malik olmaqdır.

Amerikada bir gəncin paylaşdığı bu status tez bir zamanda bütün dünyaya yayılaraq gülüş mənbəyi olub:
"Həyatımı Justin Bieber`ə borcluyam. O məni həyata qaytardı. Bir neçə ay əvvəl qəzaya uğradım və uzun müddət komada qaldım. Bir gün otağımdaki radioda Justin Bieber`in səsini eşitdim. Və dərhal oyanıb radionu söndürdüm"   

Anatidaephobia xəstəliyindən əziyyət çəkən insanlar elə zənn edirlər ki, onları hansısa ördək izləyir.

Eynşteyn ilk evləndiyi qadına "Hər gün paltarlarını səliqəyə salacağı və şəxsi əşyalarına əsla toxunmayacağı” şərtlərini irəli sürən sənəd imzalatmışdı.
(səs: 3)
Şərhlər: 10
Baxılıb: 3 023
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri